Tarix Olduğu Kimi

Qanlı 20 yanvar hadisəsinin baniləri, Artur Rəsizadə və digərləri Sovet ordusunu Bakıya çağırmışdı? – Fakt

  • News Code : 806365
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Hafiz Haciyev deyib: “20 yanvarı törədənlər hazırda ölkəmizdə vəzifədədir. Bu şəxslər hazırda Azərbaycanı yenidən soyqırıma məruz qoyurlar. Heç nə dəyişməyib… Qazax rayonunun böyük bir ərazisini ermənilərə verən Şamil Rəsulzadə Artur Rasizadənin əmisidir. Bütün bu faktlar açılmalıdır…”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov 2010-ci ildə belə bir iddia səsləndirib:

«20 yanvar hadisələri zamanı birbaşa indiki baş nazir Artur Rəsizadənin imzası ilə Moskvaya teleqram vurulub və «qayda-qanun yaradılması» üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib».

20 yanvar deputat istintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş Səftər Nəhmədov deyir ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib. Onun sözlərinə görə, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər.

Səftər Nəhmədov deyir ki, 20 yanvar faciəsindən sonra bir nəfər də olsun vəzifəli şəxs baş verənlərə etiraz olaraq istefaya getməyib.

«Ona görə ki, mütəşəkkil şəkildə Mərkəzi Komitə tərəfindən təşkil olunmuş teleqramları onlar Moskvaya özləri göndərmişdilər. Görün həmin dövrdə vəzifədə işləyən Mərkəzi Komitənin 1-ci katibi, Nazirlər Kabinetinin sədri, Respublika Prokurorluğu, DİN, DTK etiraz etdimi ki, Azərbaycana bu qoşun kontingenti nəyə lazımdır, nəyə gəlib. Çünki teleqramları özləri vurub...»- deyə Səftər Nəhmədov bildirib.

Azərbaycan Xalq Cəbhəsinin iqtidarı dövründə baş nazir olmuş Pənah Hüseyn deyir ki, o vaxt yerli hökumətin Moskvaya müraciəti bir faktdır:

«Belə bir sənədin olması 20 yanvar hadisələrilə bağlı olan istintaq materiallarında var idi. Bu da heç vaxt Artur Rəsizadə tərəfindən təkzib olunmayıb. Bu bir faktdır ki, vəziyyətin ağırlığı nəzərə alınaraq Azərbaycan hökumətinin adından belə bir teleqram gedib. Amma bu faktdır və indiyə qədər də bu inkar olunmayıb...»

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyir ki, Bəzi insanlar deyir ki, Sovet hökuməti öz-özünə dağılacaqdı. Amma bu qəti olaraq belə deyil.

Partiya sədrinin sözlərinə görə, o, 20 yanvar hadisələrinin iştirakçısı olub:

“Həmin günləri çox gözəl xatırlayıram. Etibar Məmmədov, Pənah Hüseynlə biz küçələrdə idik. Prezident Aparatının qabağında büyük bir izdiham var idi. Biz bilirdik ki, Artur Rasizadənin məktubu əsasında komunistlər Azərbaycana qoşun göndərib. Biz insanları prezident aparatı ətrafından uzaqlaşdırmaq üçün nə qədər çağırış etsək də insanlar bizə qulaq asmadı. Xalqın milli əzmi o qədər güclü idi ki, xalqımız tankların önündən geri çəkilmədi. Xalqımız ölümün gözünə dik baxdı. Sapı özümüzdən olan baltalar rus qoşunlarını ölkəmizə dəvət edərək insanları qırğına verdi. Bəzi insanlar deyir ki, Sovet hökuməti öz-özünə dağılacaqdı. Amma bu qəti olaraq belə deyil. Komunistlər bu birliyi saxlamaq üçün hər şeyə əl atdılar. Amma sonunda gördülər ki, 20 yanvardan dərhal sonra Bakıda küçəyə 2 milyona yaxın adam çıxdı. Komunistlərin 2 variantı qalmışdı. Ya bu 2 milyonu öldürmək, ya da çıxıb getmək. Onlar xalqa məğlub olub 2 - ci variantı seçdi. Bu hadisə SSRİ-də dərin çatlar yaratdı, nəticədə də xalqlar müstəqilliklərinə qovuşdu.

Parlamentimizin tərkibinə baxanda görürük ki, orada olan insanların bir hissəsi keçmiş kommunistlərdir. İndi maskalanıb özlərini YAP üzvü kimi qələmə verirlər...”

Hafiz Haciyev deyib:

“20 yanvarı törədənlər hazırda ölkəmizdə vəzifədədir. Bu şəxslər hazırda Azərbaycanı yenidən soyqırıma məruz qoyurlar. Heç nə dəyişməyib… Qazax rayonunun böyük bir ərazisini ermənilərə verən Şamil Rəsulzadə Artur Rasizadənin əmisidir. Bütün bu faktlar açılmalıdır…”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib