Azərbaycan Xalqının Sərvətələrini Talan Edənlər

Paşayevlərin şirkəti 4 ildə 18 dəfə böyüyüb

  • News Code : 797873
  • Source : Azadlıq
Brief

Hazırda şirkətin nizamnamə kapitalı 299 milyon 973 min 905 manatdır

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cəmi 10 gün öncə media "Paşa Development" MMC-nin öz kapitalını 1 milyon 700 min manat artırdığını yazmışdı. İndi bu məbləğin daha 2 milyon manat çoxaldığı məlum olub.

300 milyonun 26 min 95 manatı çatmır

 

Vergilər nazirliyinin məlumat bazasında göstərilir ki, hazırda şirkətin nizamnamə kapitalı 299 milyon 973 min 905 manatdır.

2012-ci ildə yaradılarkən, təsisçi "Paşa Holdinq" MMC ona, ilkin kapital olaraq, 16 milyon manat vermişdi. Dörd il yarıma şirkətin kapitalı 18 dəfə artıb.

Şirkətdə belə sürətli boy artımının nədən qaynaqlandığını şərh etmək istəməyiblər. "Paşa Development" MMC-nin Azərbaycan və Gürcüstanda daşınmaz əmlaka yatırım etdiyi bildirilir.

"Dinamo" oteli iki ildir açılışını gözləyir

 

Kapital artımı holdinqin başqa bir törəmə müəssisəsində - "Yeni Dinamo Oteli" MMC-də baş verib. Bakıda - Daxili İşlər Nazirliyinin "Dinamo" idman mərkəzinin yerində tikilən otelin istifadəyə verilməsi ildən ilə ləngiyir.

Ötən il qonaqlarını qarşılayacağı bildirilən otelin açılışı əvvəlcə 2016-cı ilə, indi isə növbəti ilə keçirilib. 28 nömrədən, restoran və sağlamlıq obyektlərindən ibarət bu otel "Absheron Hotel Group" MMC-yə daxildir. Tikintiyə sərf olunan sərmayənin bir hissəsi – 1 milyon 255 min manatı onun kapitalına yönəldilib.

Hədəf Azərbaycandan başqa Gürcüstan və Türkiyədir

 

Bu ilin əvvəlində "Paşa Holdinq" MMC-nin icraçı direktoru Mir Camal Paşayev mediaya açıqlamasında bildirmişdi ki, qarşıdakı 2 ildə qrup Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyəyə də sərmayə ekspansiyasını davam etdirəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib