Cühüd Siyasətlərinin Davamı

Hicabfobiya siyasətləri səngimir, Astarada şagird və müəllimələrə Hicab qadağası

  • News Code : 797202
  • Source : Azadliq Radiosu
Brief

Astara rayonunda şagird və müəllimlərə növbəti həftədən məktəbə hicabla buraxılmayacaqları ilə bağlı xəbərdarlıq olunub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Astaranın Şiəkəran kənd məktəbində təhsil alan bir neçə şagirdin valideyni bildirib: “Ötən gün səhər Astaranın məktəblərində şagirdlərə və müəllimlərə xəbərdarlıq olunub ki, növbəti həftədən məktəbə hicabla buraxılmayacaqlar”.

Valideynlər məktəbdə təhsil alan övladlarına münasibətin dəyişə biləcəyindən ehtiyatlanaraq adlarının açıqlanmasını istəməyiblər. Onlar bildirirlər ki, müəllimlərə və şagirdlərə məktəb direktorları xəbərdarlıq edib:

“İndiyədək də belə xəbərdarlıq olurdu. Ancaq bu dəfə deyirlər ki, vəziyyət ciddidir. Hicabı çıxarmayan məktəbin qapısından içəri buraxılmayacaq. Biz bunu təzyiq kimi qəbul edirik. Deyirlər, ‘şarf bağlayın, papaq qoyun, ancaq hicab qəti olmaz’”.

 

“BİR HƏFTƏ HİCABSIZ GƏLİN”

Gün ərzində Astaranın nə icra hakimiyyətindən, nə də təhsil şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, kənd məktəbinin müəllimləri göstəriş gəldiyini təsdiqləyiblər. Şiəkiran kənd məktəbinin biologiya müəllimi Yunus Qulamov deyir, həqiqətən də icra nümayəndələri məktəblərə xəbər göndərib ki, yaxın günlərdə komissiya gələcək, hicablar çıxarılmalıdır:

“Ancaq bildirilib ki, komissiya gələn müddətdə – tutaq ki, bir həftə hicabsız gəlin, komissiya gedər, yenə qərar özünüzdür”.

Yunus müəllim rəsmi qurumların belə qərarlarına münasibətini də gizlətmir:

“Əlbəttə ki, hicablı müəllimələr və şagirdlərin valideynləri arasında narazılıq yaranıb. Burda heç kəs övladına zorla hicab geyindirmir. Uşağın öz seçimidir. Uşaq başını bağlamaq istəyirsə, niyə əlindən alınmalıdır, deyilməlidir ki, olmaz, get papaq qoy, yaxud şarf bağla? Soveti buna görə pisləyirdik. Qanımız bahasına müstəqillik əldə etdik, yenə həmin problem qalmaqdadır. Halbuki, Türkiyədə bu qadağa çoxdan qalxıb. Hətta Kanadada hicablılar aparıcı rolunda çıxış edə bilirlər, Fransada hicablı polisdə də işləyə bilər. Azərbaycandasa hər şeyə qadağa qoymaq vərdiş halını alıb. Kimsə başını örtürsə, digəri niyə bundan narahat olmalıdır, məntiq görmürəm”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib