Azərbaycan Xəbərləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nurçuluğa xidmət edir – Fakt

Mübariz Qurbanlı: Hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir.

  • News Code : 773949
  • Source : Scwra.gov.az
Brief

Belə ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və sair ünsürlərlə yanaşı NURÇU millət vəkili Fazil Mustafa da iştirak edib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib.

Belə ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və sair ünsürlərlə yanaşı NURÇU millət vəkili Fazil Mustafa da iştirak edib.

Allahın dinini təhrif edən və siyasəti İslamdan ayıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın “əhəmiyyətindən” bəhs edərək bildirib ki, bu gün dini mövzuda yazan kifayət qədər jurnalist var. Lakin jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən “sui-istifadə”, “dini siyasiləşdirməyə” cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla yanaşmalıdırlar. O qeyd edib ki, hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir…

Nurçuların Bakıdakı “imamı” millət vəkili Fazil Mustafa konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edərək dini mövzuda yazmağın vicdanla, insani duyğularla bağlı məsələ olduğunu deyib. O, jurnalistlər arasında bu sahədə ixtisaslaşmanın aparılmasının vacibliyindən bəhs edib.

Konfransda azğın “bəhai” sektasını təmsil edən Nəriman Qasımoğlu isə “Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği” mövzularında çıxış ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!