Anti-İslam Siyasətlərin Davamında

Son Dəqiqə: Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur

  • News Code : 770525
  • Source : ABNA- Xəbər Agentliyi 24saat-a istinadla
Brief

P.S: Fətuhllahçılarla mübarizədə namaz otaqlarını bağlamaq deyil sadəcə köklü sürətdə president aparatından tutmuş qanuinvericilik sisteminə, DİN-dən tutmuş Müdafiə Nazirliyinə kimi yüksək vəzifəli məmurları həbs etməkdir. Unutmaq lazım deyil ki, Azərbaycanda Müsəlman əhalisinin 90 % Şiələr təşkil edir və namazı təkcə azlıqda olan nurçu ünsürləri deyil çoxluq təşkil edən Şiələr də qılır.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda hərbi hissələrdə namaz otaqları ləğv olunur. Səbəb isə, rəsmi Ankaranın narahatlığına son qoymaq bəhanəsidir. 

Redaksiyaya daxil olan adsız reursun verdiyi məlumata görə, son günlər Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdə namaz otaqlarının ləğvinə start verilib. Mənbənin sözlərinə görə, buna səbəb Türkiyədə baş verən 15 iyul qiyam cəhdi və bunun ardınca fətullahçılara qarşı sadəcə Türkiyədə deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilən təqiblərdir. 

Mənbənin sözlərinə görə, Türkiyə mətbuatına Azərbaycan ordusu və DİN-də Gülənçilərin olması ilə bağlı informasiyalar yer alandan sonra, rəsmi Bakı Ankara ilə münasibətlərin gərginləşməsinə yol verməmək üçün hərbi hissələrdəki namaz otaqlarının ləğvinə qərar verib. Siyasi rəhbərlik hesab edir ki, indiki dönəmdə namaz otaqlarının qapadılmaması orduda Gülənçilərin mövcudluğu ilə bağlı ehtimalları qüvvətləndirir. Bu səbəbdən də hərbi hissələrdəki namaz otaqlarının ən azından bir neçə ay müddətinə qapadılmasına qərar verilib. 

QEYD: İddianı təsdiqləmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə yolladığımız sorğuya cavab verilməyib. 

P.S: Fətuhllahçılarla mübarizədə namaz otaqlarını bağlamaq deyil sadəcə köklü sürətdə president aparatından tutmuş qanuinvericilik sisteminə, DİN-dən tutmuş Müdafiə Nazirliyinə kimi yüksək vəzifəli məmurları həbs etməkdir. Unutmaq lazım deyil ki, Azərbaycanda Müsəlman əhalisinin 90 % Şiələr təşkil edir və namazı təkcə azlıqda olan nurçu ünsürləri deyil çoxluq təşkil edən Şiələr də qılır. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır. 


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!