Azərbaycan və İslam

İslamçı məhbus Muraz Rəhimov azadlıqda! - Foto

  • News Code : 760769
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bədnam evrovision-2012 “gey parad” əleyhinə təbliğat apardığı üçün şərlənərk həb solunan İslamçı azadlığa braxılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bədnam “evrovijin 2012” fəsad müsabiqəsi zamanı həbs olunan inanclılar barədə əvvəllərdə məlumat vermişdik.

Gəncə şəhərindən olan inanclı fəal Rəhimov Muraz həbsdən azadlığa buraxılıb.

Xatırladaq ki, 1989-cu il may ayında doğulan Rəhimov Muraz 2012-ci ilin aprel ayının 13-ü şərlənərək həbs olunub. Həbs olunan zaman işkəncələrə məruz qalan inanclı fəalın atası Çapay Rəhimov oğlundan 1 gün sonra, yəni 14 aprel 2012-ci il tarixində saxlanılıb.

Hər iki şəxsin həbsindən sonra evlərinə hüquq mühafizə orqanlarının əməkdaşının gəldiyi və ailə üzvlərinə qarşı kobud rəftar etdikləri qeyd olunub.

Nəhayət Rəhimov Muraz 228.2.1 maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İnanclı fəalın atası Rəhimov Çapay isə 228.1 maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəhimov Çapay 1 il 9 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Lakin inanclı fəalın atası həbsdən çıxdıqdan sonra ağır xəstəliyə düçar olub və 2014-cü ilin fevral ayının 16-dan Bakı şəhəri Nəsimi rayonu Qanköçürmə İnistitutunda müalicə olunmağa başlayıb. Müalicə olunmasına baxmayaraq bu ilin yanvar ayının 21-də Rəhimov Çapay vəfat edib.

Yaxınları onun Avroviziya vaxtı keçirilməsi planlaşdırılan “gey parad” əleyhinə təbliğat apardığı üçün şərləndiyini və həbs olunduğunu bildirirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!