Tubzon Azərbaycanın Quantanamosu

Zindanlarda İslamçı məhbuslara qarşı təzyiqlər davam edilir

5 saylı CÇM-dəki Hicab Məhbuslarının may ayının 12 dən etibarən təzyiqlərə məruz qaldığı deyilir.

  • News Code : 692152
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bildirək ki, Azərbaycan hakimiyyəti 2011-ci ildən başlayaraq Azərbaycan Şiələrinə qarşı qərəzli mövqe seçərək, yüzlərlə İslamçını müxtəlif iyrənc ittihamlarla həbs edərək zindanlara salmışdır. Təsüflə qeyd etməliyik ki, bu qısqanclıq hələ də, inanclılara qarşı davam etməkdədir...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, artıq bir neçə gündür ki, 5 saylı ÇÇM-də Günahsız Yerə cəza çəkən Hicab Məhbusu Elimxan Hüseynov daxil olmaqla bir neçə İslamçı məhbus karserə salınıb.

Sözügedən İslamçıların may ayının 12 dən etibarən təzyiqlərə məruz qaldığı deyilir. Bundan əlavə Masallı dindarı Ziya Tahirov da bir neçə gündür karserdə saxlanılır.

Qeyd edək ki, may ayının 12 də 5 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri yeridilib. Həmin qüvvələr bütün məhbusları xüsusi ilə İslamçı məhbusları amansızcasına döyüblər.

İslamçı məhbuslardan Surac Ağayev və bir çox məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) aparılıb. Bu qeyri adi müalicə müəssisəsi Azərbaycanın Quantanamo həbsxanası kimi tanınır.

Bildirək ki, Azərbaycan hakimiyyəti 2011-ci ildən başlayaraq Azərbaycan Şiələrinə qarşı qərəzli mövqe seçərək, yüzlərlə İslamçını müxtəlif iyrənc ittihamlarla həbs edərək zindanlara salmışdır. Təsüflə qeyd etməliyik ki, bu qısqanclıq hələ də, inanclılara qarşı davam etməkdədir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib