Hicab Qadağasının Növbəti Dalğasına Start Verilr?

Prezident İlham Əliyevin Xızı rayon İcra Hakimi orta məktəblərdə Hicab qadağasını yenidən gündəmə gətirdi

Rayon İcra başçısı Xəzər Aslanov: "Əgər kimsə uşağını dindar eləmək istəyirsə, aparıb onu İranda, Türkiyədə oxutdursun”

  • News Code : 646808
  • Source : Cenubnews.com "AzadXeber.az"a istinadla
Brief

Xızı İcra Hakimiyyətinin Sənədlərlə Vətəndaşlara Müraciətlərlə İş şöbəsinin müdiri Namiq Quliyev: “İcra başçısı Xəzər Aslanov orta məktəb direktorlarına Hicabın qadağan edilməsi ilə bağlı şəxsən göstəriş verib”.


Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Xızı rayonunda yerləşən orta məktəbdəki Hicablı şagirdlərlə bağlı problem yaşanıb.

Mövzu ilə əlaqədar Hicablı şagirdlərin valideynləri məlumat veriblər.

Onların sözlərinə görə, yeni məktəb ilində direktor xəbərdarlıq edib ki, övladlarınız Hicabla məktəbə gəlməsin: “Arada problem bir qədər sakitləşmişdi. İndi yenə xanımıma zəng vurub deyiblər ki, uşağınız Hicabla məktəbə gəlməsin. Başını açıb göndərin. Səbəb isə Rayon İcra başçısı Xəzər Aslanovun məktəb direktorları, idarə rəhbərləri ilə birgə keçirdiyi iclasda Hicablıların məktəbə gəlməsi ilə bağlı direktorlara xəbərdarlıq etməsidir. İndi bizə maraqlı olan məktəbdaxili işlərə direktor deyil, icra başçısının müdaxilə etməsidir. Harada görünüb ki, icra başçısı məktəbin daxili işlərinə qarışsın.“

Valideynlər onu da bildirdi ki, məktəbdən çağıraraq övladları ilə bağlı növbəti dəfə xəbərdarlıq alıblar: “Mənə bildirdilər ki, övladlarınız məktəbə başı açıq gəlsin, əks halda məktəbə buraxılmayacaq. Lakin mən etiraz edərək, övladımın məktəbə buraxılmaması ilə bağlı rəsmi sənəd tələb elədim. Cavablarında isə “yox biz onu yaza bilmərik”,-deyə bildirdilər. Əgər Hicabla məktəbə gəlmək qeyri-qanunidirsə, onda nə üçün bunu sənədləşdirə bilmirsiz?”

Məsələyə aydınlıq gətirmək üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. AzadXeber.az-a açıqlama verən icra hakimiyyətinin Sənədlərlə Vətəndaşlara Müraciətlərlə İş şöbəsinin müdiri Namiq Quliyev bildirdi ki, icra başçısı Xəzər Aslanov orta məktəb direktorlarına Hicabın qadağan edilməsi ilə bağlı şəxsən göstəriş verib.

“Bu qadağanı necə əsaslandıra bilərsiniz”, - sualının cavabında isə Namiq Quliyev bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə din dövlətdən ayrıdır: “Əgər mollalıq eləmək istəyirlərsə, gedib molla məktəblərində oxusunlar. Azərbaycan dünyəvi dövlətdir və Hicabla məktəbə gəlmək olmaz.”

“Qanunvericilikdə Hicabın qadağan edilməsi ilə bağlı hər hansı göstərişı varmı” – sualını da cavablandıran icra hakimiyyəti rəsmisi, bizi suyu bulandırmaqda ittiham etdi: “Bir kəlmə ilə olmaz. Əgər kimsə uşağını dindar eləmək istəyirsə, aparıb İranda, Türkiyədə oxutdursun. Orada molla məktəbləri var. Bizdə icazə verilmir.”

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev ötən il xarici media orqanlarından birinə müsahibəsi zamanı Azərbaycanda Hicab qadağasının olmadığını bildirmişdi. Eyni halda media orqanlarının Təhsil Nazirliyinə Hicab qadağası ilə bağlı göndərdiyi sorğularda, nazirlik rəsmi olaraq orta məktəblərdə Hicabın qadağan edilmədiyinə dair açıqlama vermişdi.

Xatırladaq ki, ölkə konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq, din və vicdan azadlığı hüququ var. Eyni halda hər bir qurum, idarə və təhsil ocağı daxili nizamnamə qaydası hazırlayarkən ölkə konstitusiyasını əsas götürməlidir. Əgər hazırlanan daxili nizamnamə ölkə konstitusiyasının hər hansı bir bəndinə ziddi olarsa, onda həmin nizamnamə əsassız sayılır.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib