Kəmal-Rövnəq-Nazim triosunun “yaşıl soyqırımı” Azərbaycanda növbəti Fahişəxanalar tikilir .

  • News Code : 196219
  • Source : musavat
Şamaxı və Lerikdə 810 hektar torpaq zəbt edilib; geniş ərazidə möhtəşəm istirahət komplekslərinin inşası planlaşdırılır, tikintiyə işçilər isə xaricdən cəlb olunacaq...

Əhl Beyt – ABNA – xəbər agentliyinə verilən xəbərə əsasən Azərbaycanda meşə ehtiyatı günbəgün azalır. 2010-cu il “Ekologiya” ili elan olunsa da, bunun deyəsən nazir-oliqarxlarımıza heç bir aidiyyəti yoxdur. Onlar hələ ki, heç nəyə məhəl qoymadan Azərbaycanın istənilən səfalı guşəsini özlərinin şəxsi gəlir məkanına çevirə bilirlər. Dövlət qulluğunda olan vəzifəli şəxslərin borcu həm də meşə örtüyünü qorumaqdır. Sadə vətəndaşlar meşədə ağacı doğramaz, bunu günah sayar. Üstəlik, buna görə onlar dərhal məsuliyyətə cəlb edilərlər. Məmurlar isə əksinə, kimsədən çəkinib-eləmədən meşə zolaqlarımızı da asanca öz biznes maraqlarına qurban verməkdədilər. Təbii ki, “yuxarıların” rüsxəti olmadan buna onlar cürət edə bilməzlər. Aldığımız məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkənin iki səfalı dağlıq bölgəsində - Şamaxı və Lerikdə 810 hektar ərazini zəbt edib. Nazirin bu yaşıl soyqırımı oliqarx həmkarlarının əli ilə həyata keçirdiyi bildirilir. “Fövqəlnazir”in göstərişi əsasında həmin ərazidə istirahət zonalarının salınacağı deyilir. Özü də söhbət 20-30 villanın, malikanənin, hotellərin inşasından gedir. Xidmət də yüksək səviyyədə nəzərdə tutulur. Layihənin tikintisində xaricdən gətirilən işçilər çalışacaq. Redaksiyamıza mötəbər mənbədən daxil olan xəbərə görə, artıq adıçəkilən rayonlarda meşələr sürətlə qırılır. Mənbə qeyd edir ki, hər iki rayonda tikiləcək hotel, villalar 2-3 ilə hazır olmalıdır. Meşələrin qırılması ilə bağlı kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, fayda verməyib. Şamaxı və Lerikin icra hakimiyyətlərindən sakinlərə bildirilib ki, şikayət etmək əbəsdir. Çünki işin arxasında böyük qüvvələr dayanır. Bu məmurlar Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. K.Heydərovun tikinti işlərini məhz onlara tapşırdığı söylənilir. Xatırladaq ki, Lerik Rövnəq Abdullayevin, qonşu Lənkəran isə Kəmaləddin Heydərovun kurasiyasında olan bölgələrdir. Şamaxıda isə diaspor nazirinin sözü keçərlidir. N.İbrahimovun adamları Şamaxıda artıq 400 hektar meşəni hasara alaraq ağacları məhv etdiriblər. Ağacların soyqırımı əsasən Sis, Talışnuru, Saqiyan, Dədəgünəş, Nağaraxana kəndlərində aparılır. Mənbəmizin başqa iddiasına görə, kəndlərdə bəzi villalar artıq tikilib. Ancaq işlər tam yekunlaşmayıb. Gələcəkdə görüləcək xeyli iş var. Bir sözlə, Şamaxı da N.İbrahimovun vasitəsilə K.Heydərov tərəfindən işğal olunub. Analoji durum Lerikin kəndlərində yaşanır. Rövnəq Abdullayevin adamları hektarlarla meşə massivinin axırına çıxıblar. Əhali isə yaxına buraxılmır. Təkcə 2008-ci ildə ərazidən 640,56 kubmetr odun, 81,8 kubmetr çırpı, 88,36 kubmetr işlik meşə materialı və 7476 kq kömürün qanunsuz tədarük edildiyi və daşındığı müəyyən edilib. Hazırda meşələrin qırılması Lerikin Şıxəkəran, Küsəkəran, Monidigah, Yuxarı Bilnə, Yuxarı Veri, Hamarmeşə və başqa kəndlərində həyata keçirilir. Xatırladaq ki, ölkə prezidenti bu il may ayının 7-də keçirdiyi müşavirədə yaşıllıqları məhv edən şəxslər barəsində prokurorluğun cinayət işi başlaması barədə qəti göstəriş verib. Qanunla hazırda Kəmaləddin Heydərov, Rövnəq Abdullayev və Nazim İbrahimov haqda Baş Prokurorluq cinayət işi başlatmalıdır. Görünür yüksək rütbəli məmurlar üçün dövlətin birinci şəxsinin sözü keçərli deyil. Mövzunu davam etdirəcəyik.


Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib