Aşura və Yaradılış Sirri

Bəs Aşura günü şeytan nədən peşman oldu?

  • News Code : 718008
  • Source : Deyerler İslami saytlara istinadən
Brief

İblis əleyhi lənətullah: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir:

“61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır.

-Ona dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”.

-İblis əleyhi lənətullah: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”.

-Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”.

-İblis əleyhi lənətullah: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etdim ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılacaqdır. Və hər kəs öz yolu ilə onun şəfaətindən bəhrələnəcəkdir”".

 

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!