Aşura və Yaradılış Sirri

İmam Hüseynə (ə) görə intiqam almaq, küfrü, nifaqı və şirki aradan qaldırmaq mənasındadır

Uca Allah buyurdu: “Bu Qaimin (ə.f) vasitəsilə İmam Hüseynin (ə) qatillərindən intiqam alacağam”

  • News Code : 717781
  • Source : Deyerler Tebyan-a istinadla
Brief

İmam Zaman ağanın (ə.f) ləqəblərindən biri Müntəqimdir. Əgər İslam düşmənini cəzalandıra bilməsəydi, ona heç bir zaman bu ləqəbi verməzdilər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İmam Hüseynə (ə) görə intiqam almaq – cəzalandırmaq, küfrü, nifaqı və şirki aradan qaldırmaq mənasındadır, nəinki kin bəsləmək. Məsum İmamların (ə) hamısı hər cür nəfsani hisslərdən həmişə pak olmuşdular. Allahın intiqamı haqqında oxuyuruq: “Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!”. (“Zumər” 37).

Bu ayədə Allahın intiqamı deyildikdə nalayiq işlərin cəzalandırılması nəzərdə tutulur. Kin bəsləmək kimi bir əməldən əsla söhbət gedə bilməz.

İmam Zaman ağanın (ə.f) ləqəblərindən biri Müntəqimdir. Əgər İslam düşmənini cəzalandıra bilməsəydi, ona heç bir zaman bu ləqəbi verməzdilər.

“Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik”. (“İsra” 33). İmam Baqir (ə) bu ayənin şərhində birdirmişdir ki, “Məzlum insan – İmam Hüseyndir (ə) və biz onun qanının vəlisiyik. O zaman ki, bizim Qaim (ə.f) zühur edər, onun qanının intiqamını alacaqdır”.

Həzrət Peyğəmbər (s) Qədir-Xum günündə Həzrət Məhdini (ə.f) tanıdan zaman buyurur: “Agah olun ki, Həzrət Məhdi (ə.f) zalımlardan intiqam alandır və o, Allahın bütün saleh bəndələriin nahaq tökülmüş qanının intiqamını alandır”.

Merac hədisində oxuyuruq ki, Həzrət Peyğəmbərin (s) gözü İmamların (ə) nuruna sataşan zaman nurlardan birini o birilərindən fərqli gördü. Həkim Allahdan nida gəldi ki, “O, həmin bizim Qaimdir (ə.f). O, həmin kəsdir ki, bizim halalı halal, bizim haramı haram edəcəkdir. Mən onun vasitəsilə düşmənlərdən intiqam alacağam”.

Aşura günündə İmam Hüseyn (ə) və səhabələri yezidlərin (lən) əlində şəhid oldular və İlahi mələklər çox narahat oldular. İlahi dərgaha şikayət etdilər. Allah Təala Həzrət Məhdinin (ə.f) nurunu göstərərək buyurdu: “Bu Qaimin (ə.f) vasitəsilə İmam Hüseynin (ə) qatillərindən intiqam alacağam”.

Biz hər cümə gözümüz intizarda Qaimin (ə.f) yolunu gözləyirik ki, gəlsin və İmam Hüseynin (ə) zalım qatillərindən intiqam alsın, ədaləti bərqərar etsin. O günün arzusu ilə.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!