Tarixin Açılmamış Sirrləri

Yaqub Məmmədov: Rəfsəncani T.Petrosiyana qəbul etdirmişdir ki, Qarabağ Azərbaycan torpağıdır

Şuşa və Laçın ermənilərə sadəcə təhvil verildi. Bunun xəyanət olmasına heç bir şübhə yoxdur!

  • News Code : 804181
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Yaqub Məmmədov: "prezident Rəfsəncani Qarabağ münaqişəsinin həllində əlindən gələni elədi. Azərbaycan və Ermənistan arasında Tehranda atəşkəs elan olunanda, sənədə imza atılanda Levon Ter-Petrosyan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Milli Məclisin keçmiş sədri, müvəqqəti prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Haqqın.az saytına verdiyi müsahibədə rəhmətə gedən Haşimi Rəfsəncani haqqında xoş sözlər dedikdən sonra bir məqama toxundu.

O deyib ki, "prezident Rəfsəncani Qarabağ münaqişəsinin həllində əlindən gələni elədi. Azərbaycan və Ermənistan arasında Tehranda atəşkəs elan olunanda, sənədə imza atılanda Levon Ter-Petrosyan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır".

Bunu Yaqub Məmmədov deyir, demək olar ki, Azərbaycanın o vaxtki prezidenti.

Bu haqda xeyli sayda yazı və məqalələr, videoçarxlar müxtəlif məqamlarda efir və virtual qazet və jurnallarda yayımlanıb. Belə ki, Yaqub Məmmədovun eyni bu sözlərini o vaxt Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) vəzifəsində çalışan Eldar Namazov da, "Ayna" qazetində müsahibəsində demişdir. Beləliklə Yaqub Məmmədov təstiq edir ki, ancaq İran İslam Respublikasının vasitəçiliyi ilə bu münaqişə Azərbaycanın xeyrinə həll olunurdu. Bu işi isə, xarici qüvvələr pozdu.

Sonra isə fitnəkarlar Şuşanın və Laçını getməsini həyasızcasına İran İslam Respublikasının üstünə atdılar. Bu işdə ən çox həyasəzlıq edən elə sionistlərin əlaltları olan pantürkçülər idi. Baxmayaraq ki, Azərbacanda hamı bilir, hətta qoca nənədən tutmuş uşağa qədər ki, Şuşa və Laçın ermənilərə sadəcə təhvil verildi. Bunun xəyanət olmasına heç bir şübhə yoxdur!

Yaqum Məmmədov davam edərək deyir ki "Şuşanın getməsi Rəfsəncaninin şoka salır, o elə onun yanına Levon Ter-Petrosyana zəng edir və onlar farsca danışmağa başladılar. Telefon danışıqlarından sonra mərhum Rəfsəncani dedi ki, Ermənistan prezidenti and içir və deyir ki Qarabağda vəziyyətə nəzarət edə bilmir amma çalışır nəsə etsin. Rəfsəncani mənə söz verdi ki, bunu belə qoymayacaq və Şuşanın azad olunması üçün əlindən gələni edəcək. O, Yelçinlə gedişata təsir etməsi üçün əlaqə saxlamaq fikrinə də düşdü. Amma sonra nə baş verdiyini siz bilirsiz: Mən vəsifədən getməyə məcbur idim. Rəfsəncaninin missiyası da uğursuz oldu. Bununla belə o həmişə Ermənistanla Azərbaycan arasında sülhün bərqarar olamsı üçün çalışırdı. Və o bu işdə çox səmimi idi...”

Göründüyü kimi Yaqub Məmmədov vəzifəsindən uzaqlaşdırılır və İran İslam Respublikasını məqsədyönlü şəkildə məsələdən kənarlaşdırırlar.

Bildiyimiz kimi Azərbaycanda hakimiyyətə İran İslam Respublikası ilə düşmən olan Xalq Cəbhəsi gəlir.

Ümumiyyətlə Haşimi Rəfsəncaninin Azərbaycaba çox böyük simpatiyası var idi və müharibə vaxtı çoxlu yardımlara imza atıb. Azərbaycanın İran İslam Respublikasına olan çoxlu borclarını sildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib