Təhlil

Zərdüşt Əlizadə: “90-cı illərin sonunda Ermənistanın təcavüzkar dövlət kimi tanınması təklifini məhz Tehran irəli sürdü"

  • News Code : 797866
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

“İran İslam inqilabından sonra isə vəziyyət dəyişdi. Yeni islam hakimiyyəti bütün müsəlman dünyasıyla həmrəy olduğunu və Fələstinin işğalını, İsrailin dövlət kimi tanımadığını bəyan etdi. Hətta islam radikalları Kemp-Devid sazişini imzalayan Misir prezidenti Ənvər Sadatı öldürəndən sonra terroru gerçəkləşdirən hərbçinin adını Tehranın əsas xiyabanlarından birinə qoydular...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İşğalçı rejimin uşaq qatili olan Benyamin Netanyaho adlı baş nazirinin Bakıya rəsmi səfəri həm Azərbaycan daxilində həm də, bölgədə xüsusilə də, işğalçı israil rejimin əsas düşməni olan İran İslam Respublikasında böyük narazılıqlara səbəb olub. Bu münasibətlə işğalçı rejimin rəsmi nümayəndəsinin Bakıya səfər etməsi haqda Azərbaycanın siyasi icmalçısı Zərdüşt Əlizadə açıqlama verib.

Siyasi icmalçı Zərdüşt Əlizadə xatırladıb ki, İran şah dövründə İsrailin ən yaxın müttəfiqi idi, o zaman Tehran və Ankara istisna olmaqla bütün ərəb və müsəlman dövlətləri Təl-Əvivi tanımırdı:

"İsrail ərəbləri əzəndə İran və Türkiyə bu dövlətin tərəfində olurdu. Bütün müsəlman dünyası isə onları lənətləyirdi. İran İslam inqilabından sonra isə vəziyyət dəyişdi. Yeni islam hakimiyyəti bütün müsəlman dünyasıyla həmrəy olduğunu və Fələstinin işğalını, İsrailin dövlət kimi tanımadığını bəyan etdi. Hətta islam radikalları Kemp-Devid sazişini imzalayan Misir prezidenti Ənvər Sadatı öldürəndən sonra terroru gerçəkləşdirən hərbçinin adını Tehranın əsas xiyabanlarından birinə qoydular. Amma Kem-Deviddən sonra ərəb ölkələri tədricən İsraili tanımağa başladılar. İndi də Səudiyyə Ərəbistanı İsraillə maliyyə, kəşfiyyat sahəsində Təl-Əvivlə əməkdaşlıq edir. Bütövlükdə İslam Ölkələri Konfransı İsraili dövlət kimi tanımırlar".

Z.Əlizadə Azərbaycanın Fələstini dövlət kimi tanıdığını və Bakıda bu ölkənin səfirliyinin olduğunu söylədi:

"Çünki Fələstin BMT-nin qərarıyla yaranıb. Ancaq bununla yanaşı Azərbaycan yəhudi xalqının öz dövlətində yaşamaq hüququnu da tanıyır.”

Siyasi icmalçı daha sonra İran İslam Respublikasının Azərbaycan ölkəsi və xalqına etdiyi əbəssiz yaxşılıqlarına və göstərdiyi beynəlxalq xidmətlərinə işarə edərək deyib:

“90-cı illərin sonunda İslam Ölkələri Konfransında Ermənistanın təcavüzkar dövlət kimi tanınması təklifini məhz Tehran irəli sürmüşdü, təklif də dəstəkləndi. Hətta müharibə zamanı İran Azərbaycana könüllülər də göndərmişdi, sadəcə, Azərbaycan hökumətinin başında naşı adamlar buna imkan vermədi, israil və Türkiyə ilə meydan açdıqlarına görə, Tehran da getdi İrəvanla əlaqələri gücləndirdi".


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib