Araşdırma

QMİ-nin ləğvi Azərbaycanda dinin məhdudlaşdırılması layihəsinin bir hissəsidir

Azərbaycan dövləti dini təlim sahədə ən çox SSRİ dövrünün təcrübələri əsasında, dilsizlik dili ilə dini özü üçün tiryək bilir.

  • News Code : 792137
  • Source : Qafqaz Mədəniyyət Mərkəzi
Brief

Dövlət düzgün din tərbiyəçiləri və təbliğçiləri ilə vuruşmuş, hələ də bolşeviklərin dini məsələlərdə məğlub olmuş üslubları ilə dövləti idarə etmək istəyir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Azərbaycan Respublikasının konstitusiyanda ölkə hökumətinin sekülar olmasını açıq-aydın qeyd edilmişdir. Ancaq Arazın şimal sahilinin əhalisi həmişə dini məsələlərə önəm vermişdir. Məhərrəm ayında bütün yasaq və məhdudiyyətlərə baxmayaraq İmam Hüseynə (ə) əzadarlıq mərasimləri həmişə əzəmətli şəkildə keçirilmiş, Ramazan ayının mənəviyyatı Azərbaycan xalqının həyatında cari olmuşdur. Uzun illər boyu kommunist hakimiyyətinin təcridində yaşadığından əhalinin bir hissəsinin dinin vacib məsələlərindən elə də anlayışı olmasa da ümumi əhali dini işlərə laqeyd qalmamışdır. Deyilənlərə görə, hətta kommunistlərin hökuməti zamanında əqd xütbəsinin oxunması, meyitin təlqini qadağan olunmasına baxmayaraq, əhali bu işləri yerinə yetiriblər.

Hər halda Azərbaycan xalqının böyük əksəriyyətini dindarlar, yaxud din kateqoriyası ilə zidd olmayan, dini məsələlərə və din tərəfdarlarına hörmətlə yaşayan cəmiyyət təşkil edir. Bu mövzu səbəb olmuşdur ki, ötən illərdə Azərbaycanın sekülar dövləti din kölgəsini xalqın başından uzaqlaşdırmağın mümkün olmadığını və din məsələsinin həmişə Azərbaycanın siyasi-ictimai sahəsində təsir edəcəyini anlasın. Ona görə də ölkədə dini istiqamətləndirməklə onu öz nəzarətində saxlamağa cəhd edir.

Azərbaycanda dini işlərə birbaşa nəzarət və müdaxilə edən idarələrdən biri də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) idi. Ötən illər ərzində dövlət müxtəlif yollarla bu idarənin dini məsələlərə müdaxiləsinə son qoymağa cəhd etmişdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2014-cü il 28 fevralda “Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti”nin yaradılması və Kamal Abdullayevin bu zəminədə dövlət müşaviri təyin edilməsi haqqında sərəncam imzaladı. Həmin ilin 20 oktyabrında Mübariz Qurbanlını “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə sədr təyin etdi. Həqiqətdə dini məsələlər sahəsində xüsusi bir komissiya yaratdı. Maraqlı budur ki, hər iki dövlət qurumu təsis olunduğu ilk günlərdən ölkə səviyyəsində dini maarifin təbliğini öz öhdələrinə aldılar. Halbuki, DQİDK 13 il qabaq yaradılmışdı və 2014-cü ilə qədər təbliğat və dini təlim sahəsində heç bir iş görməmişdi. Mövzunu daha da maraqlı edən budur ki, Azərbaycanın konstitusiyasında bu ölkənin dövləti sekülar dövlət kimi tərif edilmişdir və dövlət təşkilatlarının dini təbliğ və təlimi konstitusiyanın ziddinədir.

Hər halda dövlət 2014-cü ildən başlayaraq dini məsələlərə nəzarəti öz ixtiyarına aldı və həmin ildən də ilk dəfə olaraq DQİDK-nin vasitəsilə ölkənin müsəlman dini cəmiyyətlərinə maliyyə yardımları paylandı. Yeri gəlmişkən bunu da qeyd edək ki, o vaxta qədər dövlətin müsəlman və qeyri-müsəlman dini cəmiyyətlərə belə maliyyə dəstəkləri QMİ-nin vasitəsilə baş tuturdu. Habelə, 2014-cü ildə dövlət qanun qəbul etməklə mərasimlərdə açılan ehsan süfrəsini qadağan etmək qərarına gəldi və həmin məsələ QMİ və dövlət arasındakı ayrılıqları daha da aşkar göstərdi.

QMİ-nin sədri Allaşakür Paşazədənin prezidentlə yaxın münasibəti və böyük iqtisadi mövzularda güclü rola malik olması bir müddət öncə qərbyönümlü “Musavat” qəzetinin müzakirə obyektinə çevrilmişdi. Qəzet bu barədə yazırdı: “Artıq QMİ dini məsələlərə təsir etmək gücünü itirmişdir. Hətta, bu idarənin yanvar ayında Suriya müharibəsi ilə bağlı verdiyi bəyanat və fətva da nəticəsiz və təsirsiz qaldı. Bu günləri Şeyxülislam Paşazadənin işi yalnız məscidlərə imam təyin etməyə xülasələnmişdir. Harada bir problem yaransa dini məsələlər polis qüvvələri vasitəsilə həll edilir… Dövlət anlamışdır ki, din mövzusu ölkənin siyasi və ictimai məsələlərinin istiqamətlənməsinə çox təsir edir. Ona görə də QMİ-nin zəifləməsinə diqqət etməklə belə önəmli bir mövzunu təkcə Şeyxülislamın nəzarətinə buraxmaq istəmir”.

Azərbaycan Respublikasının bəzi təhlilçiləri belə düşünür ki, dövlət dini məsələləri nizamlamaqda hələ də çaşqınlıqdadır. Məsələn, radikal hərəkatların geniş iştirakının mümkünlüyü qarşısında heç bir proqramı yoxdur və yalnız dini mallar satılan mağazaları bağlamaqla kifayətlənir.

Bu məsələ ilə bağlı “Cəbhə” saytı Azərbaycanın bütün bölgələrindən vəhabilərin ölkə paytaxtına axışmasını xəbər vermişdir. Sayt vurğulamışdır ki, müşahidələrə əsasən, ölkənin şimal bölgələrindən Bakının Qaradağ və Yasamal rayonlarına gəlmiş vəhabilərin sayı nəzərə çarpacaq həddə artmışdır. Habelə, Rusiya mediası da Suriya və İraqdan qaçan azərbaycanlı terrorçuların öz ölkələrinə qayıtmasını xəbər vermişdir. Deməli, terror təhlükəsi hər an Azərbaycan Respublikasına yaxınlaşmaqdadır.

Qeyd olunan mövzu göstərir ki, Azərbaycan dövlətinin dini təlim fəaliyyəti yoxdur və bu sahədə ən çox SSRİ dövrünün təcrübələri əsasında hərəkət edir, dilsizlik dili ilə dini özü üçün tiryək bilir. Diqqət etmək lazımdır ki, Azərbaycanda dini maarifin təlimi mövcuddur, ancaq onların hamısı yaşayış evlərində və gizli surətdə baş tutur. Çünki dövlət düzgün din tərbiyəçiləri və təbliğçiləri ilə vuruşmuş, hələ də bolşeviklərin dini məsələlərdə məğlub olmuş üslubları ilə dövləti idarə etmək istəyir.

Xatırlatmaq lazımdır ki, sınaqdan çıxmışı sınamaq səhvdir və Azərbaycanın sekülar dövləti belə bir mühüm məsələyə bu görüşlə baxmamalıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib