Köşə Yazısı

Əliyev rejimində «Gülən camaatına» qarşı mübarizə. Həqiqət yoxsa... - Araşdırma

  • News Code : 774190
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Dövlət aparatlarında olan “gülənçilər” daha çox rejimin dəstəy və himayəsindən bəhrələnir və rejimin siyasi, iqtisadi və maarif sahəsində əsas təminatçılarına, necə deyərlər kadrlarına çevriliblər. Misal olaraq buna Millət Vəkili Fazil Mustafanı göstərə bilərik!

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 15 iyul, 2016 tarix türkiyə tarixində yeni dönüş nöqtəsinə çevrildi. ABŞ və Qərb dövlətləri Ərdoğanı devirmək istədi. Lakin İİR və Rusiyanın əkstəsirləri nəticəsində Ərdoğan meydanda tək buraxılmadı. Nəticədə ABŞ-ın bir nömrəli casuz şəbəkəsi olan Fətullah Gülən başda olmaqla onun yaratdığı qlobal şəbəkə Ərdoğanın hədəfinə çevrildi və çəkişmələr şiddətləndi...

Təbii ki, bu çəkişmələr bəzi qonşu və “qardaş” dövlətlərin siyasi oynuna çevrildi. Yəni islahatlar və təmizlənmələr adı altında rejim daxilində yeni şərlənmələrə start verilir... Belə ki, bu günlərdə Əliyev rejimin məsul dairələrində Azərbaycana (mövcud rejimin öz istəyilə) yeridilmiş «Gülən camaatına» bağlı ünsürlərin ovuna çıxdığını gündəmə gətirilir və medialarda ara-sıra kimlərinsə nurçu olduğu ortaya qoyulur. Amma həqiqət isə tam başqadır... Dövlət aparatlarında olan “gülənçilər” daha çox rejimin dəstəy və himayəsindən bəhrələnir və rejimin siyasi, iqtisadi və maarif sahəsində əsas təminatçılarına necə deyərlər kadrlarına çevriliblər. Misal olaraq buna Millət Vəkili Fazil Mustafanı göstərə bilərik!

Bəzilərinin nəzərinə görə, əgər «Gülən camaatı», "Hizmət hərəkatı" adlandırılan qrupa üzvlük cinayətdirsə, onda başda dövlət orqanlarında, prezident aparatında, Mili Məclisdə olan və kimsəyə gizli olmayan nurçu ünsürləri, son dövrlərə qədər ölkənin ən yaxşı təhsil müəssisələrindən biri kimi təqdim edilən bəlli universitetin, onlarla litseylərin rəhbərliyi, müəllimlərinin əksəriyyəti, bu qurumlara lisenziya verən dövlət qurumlarının rəhbərləri ya DTN-də, ya bandotdeldə, ya da Kürdəxanı təcridxanasında həbsxanada olmalıdılar.

Ərdoğanın bu hadisələrdən istifadə edib demokratik institutları zəiflətmək, öz opponentlərini sıradan çıxarmaq, bir nəfərin hakimiyyətini gücləndirmək niyyəti göz qabağındadır. Oxşar hadisələr Azərbaycanda da baş verir. Gülən işi iki avtoritar hakimiyyət arasında alver predmetidir, əslində.

Və nəhayət, Gülənçilik pis şeydirsə, Əliyevçilik, Ərdoğançılıq ondan qat-qat pisdir. Gülənçilik hakimiyyəti zorla devirmək anlamına gəlirsə və cinayət sayılırsa, hakimiyyəti zor gücünə saxlamaq ondan betər cinayətdir.

Bu əsassız ittihamları rədd etmək, onlara etiraz etmək gərək. Amma "Gülənçiləri hakimiyyətdə axtarın" çox ziyanlı və yanlış müdafiə yoludur. Bu cür leksikonla hakimiyyətdən fərqimiz az olur onda. "Hakimiyyətdə Əliyevlərdir" söyləmək yetərlidir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib