Şeytan və Masonluq

Homoseksualizm və Azərbaycanı gözləyən təhlükələr – ARAŞDIRMA

  • News Code : 753605
  • Source : FaktXəbər Analitik Mərkəzi
Brief

Masonların sodomizmə gətirib çıxaran bu çirkin pornoqrafiya planı öz işini görüb. Seksual inqilabın qorxunc nəticələrindən ən əsası Allahın və insan təbiətinin qarşısında bağışlanmaz bir cinayətin sayılan homoseksualizmin dünyaya ən geniş şəkildə yayılması olub. Qərbdə 20 yaşlı gənclərin 25%-i homoseksualdır...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Son illər homoseksuallar apardığı təbliğatlar evimizin içinə qədərə gəlib çıxıb desək, yanılmarıq. Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Homoseksuallığın təbliği üçün illər uzunu hansı mərhələli işlər görüldüyü barədə FaktXəbər-in araşdırmasını təqdim edirik.

Sodomizm və ya homoseksualizm son əsrdə dünya elitası tərəfindən bütün mövcud nəhəng təbliğat maşınları vasitəsi ilə beyinlərə tədricən yeridilən və bəşəriyyətin məhvinə səbəb olacaq ən dəhşətli kabusdur. Bu çirkinliyin son zamanlar hərtərəfli təbliğatı heç də təsadüfi deyil.

Sodomizm şiddətli günah və insanın İlahi təbiətinə qarşı böyük cinayət hesab edilir, edamla cəzalandırılırdı. İnsanlar həyasını qoruyaraq, qadına aşiq olur, ailə həyatı qurardı. Bundan başqa, hər hansı bir münasibətlərin qarşısı insanlar tərəfindən sərt şəkildə alınırdı. Lakin dünyada mason sivilizasiyanın möhkəmlənməsi bu əxlaqi dəyərləri tədricən heçə çıxardı. Dünyada insanların tarix boyu yaşatdığı məhəbbət etikası kənarlaşdırılaraq, yerinə seks azadlığı və hər bir şəxsin öz rəzil arzularının həyata keçirmə hüququ anlamı gətirildi .

Beləliklə, dünyaya başında masonların durduğu bəşəriyyətin mənəvi sağlamlığına ölümcül zərbə vuran porno sənaye yeridilməyə başlandı.

Kişi ilə qadın arasındakı əxlaqsız heyvani münasibətləri aşkar şəkildə təbliğ və nümayiş edən porno, masonların insanlar arasında ən təhlükəli (homoseksualizm) cinayəti yaymasına şərait yaradan bir körpü idi.

Ötən əsrin 50-60-cı illərində ABŞ-da və Qərbi Avropada seksual inqilab baş verib. Məhz o illərdə ilk pornoqrafik “Playboy” jurnalı çıxıb. Daha sonra məhz yəhudi rejissorlar ABŞ-da çəkilən filmlərin bütün janrlarında (drama, melodrama, komediya, fantastika və s.) erotik səhnələrə yer verməyə başlayıb.

ABŞ-da hər il 600 min uşaq pornoqrafiyanın qurbanına çevrilir 


Çirkin seksual inqilab demək olar ki, ABŞ və Avropanın bütün ən nüfuzlu informasiya vasitələri tərəfindən hərtərəfli dəstəklənib. Amerikalı və avropalıların beyninə yeridilirdi ki, müasir insana ən lazım olan dəyər məhz seksual azadlıqdır və bundan savayı nə varsa həyatın sevincini anlamayan irticaçı adamların cəhalətpərəstliyindən başqa bir şey deyil.

Beləliklə, porno ve seks-biznes Qərb iqtisadiyyatının ən möhkəm sütunlarına çevrildi. Ölkələrdə müxtəlif porno-kinoteatrlar, porno-mağazalar, sekşoplar və s. yaradıldı. Bu iyrəncliyin xüsusi sahəsi təkcə ABŞ-da ildə milyardlarla dollar gəlir gətirən 8-15 yaş arası uşaq pornoqrafiyasıdır. Hər il ABŞ-da təxminən 600 min uşaq həmin sahənin qurbanı olur.

Amerika Psixiatriya Assosiasiyası (American Psychiatric Association) ən aparıcı mütəxəssislərinin araşdırmalarının məyusedici nəticələrinə əsasən, ABŞ və Avropa ölkələrində vəziyyət o yerə çatıb ki, kişi ilə qadın arasındakı intim münasibətlər kütləvi təcavüzlər və erkən cinsiyyət həyatı ilə ibtidai vəhşi insanların səviyyəsindədir. Bugünkü Qərb dünyasında qadın və qadın bədəninə istehlak obyekti kimi baxılır. Avropa ölkələrində 25-30 yaş arasında olan kişilərin 30%-i impotent, qadınların 31%-i isə sonsuzdur.

Masonların sodomizmə gətirib çıxaran bu çirkin pornoqrafiya planı öz işini görüb. Seksual inqilabın qorxunc nəticələrindən ən əsası Allahın və insan təbiətinin qarşısında bağışlanmaz bir cinayətin sayılan homoseksualizmin dünyaya ən geniş şəkildə yayılması olub. Qərbdə 20 yaşlı gənclərin 25%-i homoseksualdır.

Homoseksuallar tarix boyu nələr etmədilər ki... 


1786-ci il. Tarixdə ilk olaraq homoseksuallar üçün edam hökmü ləğv edilir.

1924-cü il ABŞ-da seksual azlıqların hüquqlarını müdafiə edən ilk qrup yaradılır.

1953-cü il. ABŞ-da homoseksuallar üçün ilk jurnal buraxılır.

1955-ci il lesbiyanların birinci təşkilatı yaradılır.

1961-ci il. İlk dəfə homoseksual münasibətlər üçün kriminal məsuliyyət ləğv edilir. İlk olaraq açıq-aşkar homoseksual şəhər meri seçilir

1962-ci il. Tarixdə ilk dəfə iki kişinin arasında cinsi əlaqəni cinayət adlandıran qanunverici aktlar ləğv edilir.

1965-ci il. Vaşinqtonda seksual azlıqların ilk nümayişi keçirilir.

1966-cı il. "Lesbiyan" sözü ilk dəfə kinoda istifadə edilir.

1967-ci il. Homoseksual ve lesbiyanlara mağaza və digər ictimai yerlərdə işləməyə icazə verən qərar qəbul edilir.

1969-cu il. Homoseksualları təhqir edən polislərə qarşı zor tətbiq edilməsinə icazə verilir və Nyu-Yorkda ilk dəfə seksual azlıqlar üçün qəzet buraxılır.

1970-ci il. ABŞ-ın ən böyük Unitaliar kilsəsi iyerarxiyaya homoseksualların işləməsinə icazə verən qərar qəbul edir.

1971-ci il. Prezident Komissiyası seksual azlıqlara qarşı olan bütün qanunların ləğvini tövsiyə edir.

1973-1974-cü il. Amerika Psixiatriya Assosiasiyası homoseksuallığı psixiki pozğunluqların siyahısından çıxardır.

1974-cü il. ABŞ-da tarixdə ilk dəfə aşkar homoseksual ölkənin ən yüksək hakimiyyət orqanına seçilir.

1975-ci il. LGBT Amerika Psixiatriya Assosiasiyasının rəsmi bölməsi oldu.

1976-ci il. ABŞ-da prezidentliyə namizədlər öz seçkiqabağı kampaniyalar zamanı aşkar şəkildə seksual azlıqların hüquqlarının qorunmasının vacib olduğundan danışmağa başlayır.

1977-ci il. Tarixdə ilk dəfə seksual azlıqlar barədə informasiya rəsmən məktəb proqramına daxil edilir.

1978-ci il. Kaliforniyalı rəssam Djilbert Beyker seksual azlıqların bayrağını (Rainbow Flag) yaradır.

1982-ci il. ABŞ-da dünya tarixində ilk dəfə seksual azlıqların idman oyunları keçirilir.

1985-ci il. Vanessa Redqreyv lesbiyan rolu üçün ilk "Oskar" mükafatını alır.

1986-cı il. Vilyam Hart homoseksual rolu üçün ilk "Oskar" mükafatını alır.

1987-ci il. "The New York Times" qəzeti öz jurnalistlərini rəsmən "homoseksual” sözünün yerinə "gey" sözündən istifadə etməyə məcbur edir.

1988-ci il. İlk dəfə Amerika kilsəsində eynicinsli cütlüyün nikah mərasimi keçirilir.

1989-cu il. İlk dəfə Amerika televiziya şirkətlərindən biri filmin epizodunda iki kişini bir yataqda göstərir.

1990-cı il. Homoseksual miqrantların ABŞ-a köçməyi qadağan edən qanun ləğv edilir.

1992-ci il. Beynəlxalq Səhiyyə Təşkilatı seksual azlıqları rəsmən psixiki pozğunluqlar siyahısından çıxarır.

1993-cü il ABŞ-da homoseksuallara rəsmi olaraq hərbi xidməti keçməyə icazə verilir.

2003-cü il. ABŞ Ali Məhkəməsi homoseksual münasibətləri qadağan edən qanunları ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarır.

2015-ci il. ABŞ-da 50 yaşlı homoseksual diplomat Rendi Berri lesbiyanların, geylərin, biseksualların və transgenderərin hüquqları üzrə birinci xüsusi elçisi vəzifəsinə gəlir.

Freydin çirkin nəzəriyyəsini özlərinə bayraq etdilər

1997-ci ildə dünya sodomistlərinin paytaxtı sayılan ABŞ-ın San-Fransisko şəhərində “seksual qurtuluş”un 100 illiyi qeyd edilib. Bu bayramla bağlı homoseksualizmin tarixinə həsr edilmiş çoxlu kitabça çap edilib. Həmin tarixə nəzər salsaq görərik ki, sodomizmin başında iki nəfər -Ziqmund Feryd və Maqnus Hirşfeld durub.

Ziqmund Freyd “Kabbala”nın pərəstişkarı, eləcə də “Bnay-Brit” mason lojası və sionist təşkilatının möhtərəm üzvü idi. Onun elmi baxışları psixologiya sahəsində “Kabbala” ideyalarının inkişafı idi. Məsələn, “Kabbala” təliminə görə, ləzzət təkcə həyatın əsas kateqoriyası deyil, həm də onun hədəfidir. Buna əsaslanaraq Freyd belə bir qənaətə gəlib ki, bəşəriyyətin əsas hədəfi seksual azadlıqdır (kişi+kişi, qadın+qadın və kişi+qadın arasındakı hərtərəfli intim münasibət) və insanlar bu münasibətlərdə heç bir məhdudiyyətin qoyulmaması üçün əlindən gələni etməlidir. Onun sözlərinə görə, insanlar öz zatı baxımından biseksualdır (yəni həm qadın, həm kişi ilə cinsi münasibət qurmağa meylli) və bunun qarşısını almaq üçün yönələn bütün qadağalar uydurulmuş dinlərin cahiliyətpəsətliyidir.

Freydin nəzəriyyəsini Hirşfeld həyata keçirməyə başlayıb. Onun 1896-ci ildə yazdığı “Sof və Sokrat” məqaləsində sodomizmin normal bir hal və cəmiyyətin bunun tənqid etməsini absurd olduğunu bildirib. 1987-ci ildə isə o sionistlərin dəstəyi ilə Elmi Humanitar Fondu – dünyada sodomistləri aşkar təbliğ edən ilk leqal ittifaqı yaradıb. Nəticədə 1907-ci ildə homoseksualizm Almaniya hakimiyyətində olduqca güclü dəstəyə malik olduğu aşkar edilmişdi. Bundan xəbər tutan vətəndaşlar böyük iğtişaşlar yaratmışdı.

Sodomistlər də öz növbəsində homoseksualizmi qadağan edən qanunların ləğvi üçün kütləvi imza toplusunu təşkil edib. Homoseksual emissarlar bütün dünyanı gəzərək, minlərlə tanınmış adamlardan imza topladılar. İmza atanlar arasında Albert Enşteyn, Emil Zolya, Herş Hösse, Tommas Manna və Lev Tolstoy kimi zəmanənin dahi şəxsiyyətləri də olub.

1919-cu ildə yenə də həmin Hirşfeldin maliyyə dəstəyi ilə tarixində ilk dəfə olaraq sodomizmi təbliğ edən film işıq üzü görür. Bundan sonra ABŞ, Almaniya və İngiltərədə onlarla homoseksualizmə qulluq edən nəhəng təşkilatlar yaradılır. Bu 3 ölkənin hər bir yerində həmin təşkilatlara aid olan klublar, qəzetlər və hətta əxlaqsız yuvalar belə açılır.

Homoseksuallar kilsədə toy etməyə başladılar

İkinci Dünya müharibəsindən sonra ABŞ-da bütün sodomistlərin ümumdünya konqreslərini birləşdirən “Beynəlxalq Cinsi Bərabərlik Komitəsi” (International Gender Equality Committee (ICA GEC)) yaradılır.

Bu təşkilat sodomizmin yayılması üçün mediadan tutmuş ağır cinayətlərə kimi hər şeyə əl atıb. Məsələn, GEC-in Nyu-Yorkda təşkil etdiyi polislərə qarşı aksiyada homoseksualları tənqid edən minlərlə polis vəhşicəsinə döyülür və evləri yandırılır. Aksiyada 2 mindən çox sodomist iştirak etmişdi.

Bu hadisədən sonra homoseksuallar ve lezbiyanlar ABŞ hakimiyyətinə öz şərtlərini diktə etməyə başlayıb. Beləliklə, sodomizm Amerikanın böyük hissəsinin həyat tərzinə çevrilib.

80-90-ci illərdə Qərbdə sodomistlərin kilsədə keçirilən toyları dəbə minmişdi. Onların kilsə və sinaqoqlarda keçirilən nikah mərasimləri də təsadüfi deyil. Homoseksuallar bu əməllə sodomizmi Allahın yanında ən böyük günah sayan səmavi dinləri təhqir edirdilər. Keşişlərin bu evlənməyə qarşı kiçik etirazları belə, hökumət tərəfindən sərt şəkildə susdurulurdu.

1997-ci ildən etibarən ABŞ və Avropada hər il keçirilən LGBT paradlarında sodomistlərin bədənində Şeytan simvollar görünməyə başlayıb. Görünən odur ki, masonlar artıq porno sənayesi, sodomizm, LGBT və digər insan təbiətinə zidd olan çirkinlik nümayəndələrinin kimə mənsub olduqlarını bildirmək qərarına gəlib. Masonların satanist olduqları barədə hər kəsə məlum olduğu üçün, sodomistlərin də öz paradlarında bu kimi simvolların işlədilməsi heç də təəccüb doğurmur.


Masonların sodomizm təbliğində bu dərəcədə israrlı olmalarının səbəbi

Dünya elitası tərəfindən sodomizm, porno sənaye və digər insan təbiyətinə zidd olan çirkinliklərin xüsusi olaraq yayılması iki əsas səbəbdən ibarətdir:

1. Total nəzarət.
Məlumdur ki, mənəviyyatsız və ruhu ölmüş günahkar cəmiyyətləri idarə etmək olduqca asandır.

2. Yer kürəsinin əhalisinin sayını azaltmaq.
Bir qədər keçmişə nəzər salaq. Eramızın əvvəlində dünyada təqribən 230 milyon insan yaşayıb. Birinci minilliyin sonunda onların sayı 275 milyona çatıb. 1900-cu idə artıq dünya üzrə əhali 1,6 milyard, 1960-cı ildə 3 milyard, 1999-cu ildə 6 milyard nəfər təşkil edib. Hazırda sonuncu rəqəmin üzərinə 1 milyard da əlavə olunub. 2050-ci ilə isə proqnoz daha böyükdür. Yer kürəsində əhalinin sayı 9,2 milyard nəfərə kimi yüksələ bilər. Ötən əsrin 70-ci illərinə xəyali səyahət etsək görərik ki, həmin dönəmdə əhali hiberbolik templə artıb. Elə həmin dövrdən də başlayaraq “Yeni Dünya Nizamı” layihəsi işə salındı. Qərbdə spirtli içki və narkotikə aludəçilik yaratmaqla, Şərqdə isə münaqişə ocaqlarını alovlandırmaqla insanlığın məhvinə start verildi. Hal-hazırda Yer kürəsində əhalinin artım tempində azalma müşahidə olunur. Bu “böyük gücləri” hələ də qane etmir. İddialara əsasən, mövcud resurslar sayı 10 milyarda yaxınlaşan insanlara bəs etməyəcək. Ona görə də bu statistika təxirə salınmadan azaldılmalıdır.

Topluma özlərini insanlığın xilaskarı kimi sırımağa çalışan “Böyük güclər”in əslində, insanlığa nifrət bəslədiyi açıq-aydın görünür. Ölkələrin dağıdılması, canlıların məhv edilməsi çıxış yolu ola bilməz. Çünki “Yeni Dünya Nizamı”nın gətirdiyi müharibələr aclıq, xaos, qaçqınlıq, yarımçıq qalmış ömürlərdən başqa bəşəriyyətə heç nə vermir.

Homoseksualizmin Azərbaycanda təbliği

Homoseksualizmin geniş surətdə təbliği də bu planın tərkib hissəsidir. Heç də təsadüfi deyil ki, “qadın+qadın”, “kişi+kişi” uşaqsız cəmiyyət deməkdir və son zamanlar Avropada təbii artımın statistikasındakı kəskin azalma da buna bariz nümunədir. Avropada homoseksualizmin mərkəzi sayılan Hollandiyada təbii artım tempinə diqqət edək. 1960-cı ildə bu ölkənin əhalisi 11.2 milyon nəfər olub. Hazırda isə bu rəqəm 16.9 milyondur. Eyni dövrdə İsveçrənin əhalisi 1 milyon nəfər artıb. Almaniyanın əhalisi isə 16 milyon. Amma bu rəqəmlər homoseksualizmin qadağan olduğu ölkələrdə çox yüksəkdir. 3 qonşu ölkədə - Azərbaycan, İran və Türkiyədə bu rəqəmlər eyni dövrdə 3 dəfə artıb. Misal üçün Azərbaycan əhalisinin sayı 1960-cı ildə 2.9 milyon, 2015-ci ildə 9.6 milyon nəfər, İranda eyni dövrdə rəqəmlər 22 milyon və 78 milyon, Türkiyədə isə 27 və 79 milyon nəfər göstərir.

Azərbaycanda da bu məsələnin kifayət qədər təhlükəli səviyyədə olduğu göz önündədir. Əvvəllər homoseksualları sadəcə gecə vaxtları görmək mümkün idisə, artıq onlar gündüzlər də çəkinmədən şəhərin küçələrində gəzişirlər. Onlar təşkilatlanaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya , Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, tələblərini səsləndirirlər. Səfirliklər isə onlara bildirirlər ki, homoseksualların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir.

İşlər tək bununla bitmir. Onlar vaxtaşırı olaraq müxtəlif aksiyalarla gündəmə gəlirlər. Hətta bir neçə il əvvəl onların başçılarından birinin psixoloji çatışmazlıq üzündən intihar etməsini təbliğat vasitələrinə çevirdilər və bunun özlərinə edilən təzyiqlərin nəticəsi kimi göstərdilər.

Görünən odur ki, Qərb ölkələrinin səfirlikləri də bu məsələdə maraqlıdırlar. Kimlərsə məsələnin ciddiliyini diqqətə almasalar da, təbliğatlar məhz Qərb təşkilatları tərəfindən aparılır və maliyyələşdirilir. Bəzilərinə eynicinslilərin evlilik məsələsinin adi bir şey olduğunu təbliğ üçün pul verilir, bəzilərinə isə “ərinizlə dalaşdınızsa, evdən çıxıb bizə sığının” kimi işlər üçün.

Və sonda...

Bəşəriyyət ayrı-ayrı vaxtlarda şər imperiyaların sonunun eyni olduğunu müşahidə edib. Buna əsasən deyə bilərik ki, ABŞ yaxın onilliklərdə Birləşmiş Ştatlar kimi öz mövcudluğunu əldən verəcək. Əgər bu öz axarına buraxılacaqsa, Yer kürəmiz üçün böyük bir faciə ilə nəticələnə bilər. Müxtəlif nüvə silahları ilə doldurulmuş və şeytani qəzəbdən aşıb-daşan Amerika öz uçurumuna bütün dünyanı apara bilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!