Lütfən Oxuyun

İstambul sammiti “İslam Əməkdaşlıq Təşkilatının” tarixində ən pis konfrans kimi yadda qaldı (Araşdırma)

  • News Code : 747454
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Ərdaoğanın Sammitin açılışında etdiyi çıxışında bax bu nöqtələri görə bilirik: “Mənim dinim və məzhəbim nə sünnidir və nə də Şiə. Mən İslamam!” Belə ibarətlər bütün İslam Dünyasını hədələyə biləcək bir növ xərçəng xəstəliyini əks etdirir. Və göstərir ki, hər an məntəqə ölkələri ölümücül tayfa savaşlarına daxil ola bilər. O məzhəb və tayfa savaşları ki, artıq bu günlər bəziləri bilərəkdən bu müharibənin ardıycadırlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Rəyul Yovm” müstəqil qazeti başyazısında İslam Əməkdaşlıq Təşkilatının iclası haqqında belə yazıb: “İslam Əməkdaşlıq Təşkilatı faydasız və heç bir dərdə yaramayan təşkilatdır. İƏT daha çox faydasız “kadırları” aylıq yaxşı məvaciblə təmin edən bir idarəyə çevrilib. Çünki bunun belə olmasını Ərəbistan tələb edir. Amma İƏT-in İstanbula Sammiti İslam Dünyasının hazırkı problem və ixtilaflarını ən pis sürətdə büruzə verdi. Daha yaxşı olar ki, bu zirvə toplantısını İslam Əməkdaşlığı deyil “İxtilaf” Zirvə Toplantısı adlandıraq. Bunu İƏT toplantısına əhəmiyətsiz yanaşılma və bir çox Müsəlman ölkə rəhbərlərinin konfrasa gəlməməsi təyid edir.”

Mübaliğəsiz deyə bilərik ki, protokolda qeyd olunan qaydaların kobudcasına pozulması dediklərimizi sübuta yetirir. Misal üçün Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu sammiti təhvil aldıqda Misir prezidenti Əbdül Fəttah Sisi iclasa dəvət olunmadı. Həmçinin Ərdoğan İstanbul Sammitində iştirak etmək üçün Sisi tərəfindən nümayəndə ünvanında Türkiyəyə gələn Misir Xarici İşlər Naziri Sameh Şükri ilə görüşmədi.

... Ərəb və Müsəlman ölkə rəhbərləri öz israilli həmkarları ilə əl verib görüşürlər və işğalçı israil rejimi ilə günün günorta çağı belə hər hansı bir əlaqə yaratmaqdan çəkinmirlər. Hətta israili “düşmən” adlandırmaqdan yayınırlar.

Ərəb İttifaqından meydana gələn Ərəb Ölkələri Zirvə Toplantısı məhv olub aradan gedib indi də İslam Əməkdaşlıq Təşkilatını da həmin tale gözləyir. Çünki ərəblərin ixtilaf virusu bu təşkilata da sirayət edib, tək Allah bilir bu təşkilatın gələcəyi necə olacaq.

İslam Zirvə Toplantısı Konfransı o qədər ixtilaf və ikitirəlik içərisindədir ki, terrorizimə, İslamfobiyaya qarşı və Fələstin məsələsinin həlli və s. məsələlər üçün bir çıxış yolu tapmaq çətindir. Əksinə mövcud problemlərin daha da kəskinləşməsinə və xətəin çoxalmasına səbəb olacaq. Təkcə terrorizim məsələsini nəzərə alsaq deyə bilərik ki, hazırda İstanbul Sammitində iştirak edən ölkələr yaxud onların bəziləri elə terrorizimə maddi, hərbi və media dəstəkləri verənlərdir...

Ərdaoğanın Sammitin açılışında etdiyi çıxışında bax bu nöqtələri görə bilirik: “Mənim dinim və məzhəbim nə sünnidir və nə də Şiə. Mən İslamam!” Belə ibarətlər bütün İslam Dünyasını hədələyə biləcək bir növ xərçəng xəstəliyini əks etdirir. Və göstərir ki, hər an məntəqə ölkələri ölümücül tayfa savaşlarına daxil ola bilər. O məzhəb və tayfa savaşları ki, artıq bu günlər bəziləri bilərəkdən bu müharibənin ardıycadırlar.

... Ərəbistan və İİR arasında danışıqların aparılması və sülhün bərqərar olması bir çox böhranların o cümlədən Suriya, İraq, Yəmənlə savaşın həll olunmasına və israil terrorizimi ilə ciddi mübarizənin aparılmasına səbəb olacaq.

Əgər belə desək yanılmarıq: “Cümə Axşamı günü İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Zirvə Toplantısı bu qurumun yaranma tarixindən (1969 –cu ildə yəhudilər tərəfindən Məscidul Əqsanın yandırılmasından sonra təsis edildi) bu yana ən pis və orxulu yığıncaqdır. Bəlkə də, İslam Dünyasına və xüsusi ilə, Yaxın Şərq ölkələrinə hakim kəsilmiş “məzhəb fitnəsi”nin qarşısı alınmazsa bu İƏT-in sonuncu Zirvə Toplantısıdır.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!