Araşdırma

Azərbaycana sanksiyaların səbəbi barədə erməni mətbuatında sensasion yazı - Təhlil

Ermənistanda kimsə buna sevinirsə, onu tam şəkildə qoyun adlandırmaq olar.

  • News Code : 727907
  • Source : Shame
Brief

İlham Əiyev özünü necə aparacaq? O, indiyədək böyük əzm göstərir və Ermənistan ictimaiyyəti onu ittiham etsə də, deməliyəm ki, bu, ədalətsizilikdir. Əliyevin məruz qaldığı basqının dərəcəsini təsəvvür etmək çətindir. Kifayət qədər ağıllı və yaxşı təhsilli oğlan olmaqla dərk edir ki, müharibə başlayacağı halda, ehtimal ki, bütün dövləti itirəcək: məsələ Azərbaycanın tamamilə bölünməsi ilə deyil, yox olması ilə başa çata bilər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ermənistan mətbuatında Azərbaycan-ABŞ əlaqələri doğrusu desək ABŞ-ın Əliyevlər rejiminə tətbiq etdiyi sanksiyalar haqda təhlil irəli verib ki, təhlildə Əliyevin tərəfi saxlanılır...

Təhlili saytımızın izləyicilərinə təqdim edirik:

Birləşmiş Ştatlar Azərbaycana qarşı cinlənib. Həm də o dərəcədə cinlənib ki, qonşu dövlətə qarşı proqramlaşdırılan sanksiyalar Ruisya, hətta İrana qarşı sanksiyalardan daha güclüdür! Azərbaycan mətbuatı çaşqınlıq içində baş verənlərin əsil səbəblərini anlamağa cəhd edir, hökumət nokautdadır. Lakin hər şey haqda qayda üzrə.

Deməli, ABŞ-da Avropada təhlükəsizlik və əməksdaşlıq üzrə komissiya var və federal hökumətin müstəqil agentliyidir. Onun vəzifəsi 56 ölkədə Helsinki sazişini izləmək və insan haqları, demokratiya, həmçinin iqtisadi, ekoloji və hərbi əməkdaşlıq vasitəsilə təhlükəsizliyi yeritməkdir. Komissiya postsovet respublikalarının ATƏT qarşısındakı öhdəliklərinə riayət edilməsini izləyir. Qurum ABŞ Senatı və Nümayəndələr Palatsının hər birindən doqquz üzvdən, o cümlədən Dövlər Departamenti və Müdafiə Nazirliyinin hərəsindən bir üzvdən ibarətdir. Ümumiyyətlə, komissiya Azərbaycana qarşı qorxunc şeylər nəzərdə tutulan sanksiyalı qanun layihəsi hazırlayıb.

Helsinki hökumət komissiyasının başçısı, konqresmen Kris Smit ehtirasla bildirib: “Biz ölkələrimiz arasında milli təhlükəsizlik və iqtisadiyyat sahəsində çox önəmli əlaqələrin olduğunu etiraf edirik, lakin Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının pozulması üzrə dəhşətli faktlara qarşı kor qala bilməz”.

Açıqlamada deyilir: “Jurnalistləri və fəalları müntəzəm şəkildə həbs edirlər, müxalif siyasətçilər indiyədək həbsxanadadır, keçirilən seçkilər azad və ədalətli deyil, insan haqları üzrə vəkillər təqiblərə mərtuz qalır və vəkillik statusundan məhrum edilir. Azərbaycanda dini azlıqlar da təqib olunur. ABŞ insan haqları, əsas azadlıqlar, müxalifət, KİV və dini azlıqların əzilməsi məsələsində hökumətə güzəştə gedə bilməz”.

ATƏT-in saytı yazır: “Budur, artıq xeyli illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnaistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyətinə qarşı sistemli təqiblər həyata keçirir. ABŞ Helsinki komissiyası Kris Smitin sədrliyi ilə bunu nəzər alıb Azərbaycan hökumətinin yüksəkrütbəli üzvlərinə viza verilməsini qadağan edən qanun layihəsini ABŞ Konqresinə nəzərdən keçirilmək üçün təqdim edib”.

Azərbaycan mətbuatı haqlı olaraq güman edir ki, ABŞ Konqresi nəzdindəki Helsinki komissiyasının hazırladığı qanun layihəsi bütün Azərbaycana meydan oxumaqdır. Həm də sənədin məğzinə varılsa, onda həqiqətən də düşünmək olar ki, növbəti addım Azərbaycanın bombardman edilməsi və yaxud Dağlıq Qarabağın tanınması olacaq. Budur, qanun layihəsndə bunlar təklif edilir:

1. Fəaliyyətdə olan prezidentə (!!!), baş nazirə, baş nazirin müavinlərinə, parlament komitələrinin sədrlərinə, nazirlərə, prezident administrasiyası və təhlükəsizlik orqanlarının əməkdaşlarına, hakimlərə və digərlərinə, həmçinin onların ailə üzvlərinə vizaların verilməsinin yasaqlanması və ləğv edilməsi.

2. Azərbaycan hökuməti ilə energetika sektoru daxil olmaqla iqtisadi əlaqələrin kəsilməsi.

3. Amerikanın bütün dövlət orqanları tərəfindən hətta humanitar və tibbi sahələr daxil olmaqla Azərbaycan hökumətinin bütün layihələrinin maliyyələşdirilməsinə qadağa.

4. "Ermənistana və Dağlıq Qarabağa münasibətdə embarqo və digər təcavüzkar təzahürlər üzündən” Azərbaycan hökumətinə yardım göstərilməsini nəzərdə tutan Azadlığa Dəstək (Freedom Support Act) haqda qanuna 907-ci düzəlişdən vetonun götürülməsi.

5. ABŞ ticarət və inkişaf Agentliyinin Azərbaycanla bağlı fəaliyyətinə qadağa. Həmçinin söhbət Avropa Yenidənqurma və İnkişaf Bankı (ARİB) institutlarının Azərbaycan hökuməti ilə əməkdaşlığına faktiki qadağadan gedir.  

Hətta ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanın bütün beynəlxalq maliyyə-kredit təşkilatlarındakı – BVF, Ümumdünya bankı və s. - layihələrini, həmçinin hökumət üzvlərinin, onların qohumlarının, üstəlik Əliyev rejimi ilə bu və ya digər formada əlaqəsi olan işgüzar dairələrin maraqlarına aid hesabları bağlasın. Ölkənin bütün əmlakına həbs, Azərbaycanın bütün biznes müəssisələrinin xaricdəki fəaliyyətinə qadağa qoyulur!

Bu qanun layihəsi qəbul ediləcəyi halda “Azərbaycan rəhbərliyi ilə sıx əlaqələri olan” bütün biznesmenlər təkcə ABŞ-da deyil, bütün Qərbdə qadağa və hesabların həbsi ilə üzləşəcək və Vaşinqton ARİB-nın Azərbaycanla əməkdaşlığına qadağanı göstərməklə artıq buna işarə vurub ki, bu da artıq gülməlidir: rejimi cəzalandırırsınızsa, ölkənin bütün əhalisinin bura nə dəxli?

Qanun layihəsinin mətnini təhlil edib əminliklə demək olar ki, ABŞ hökuməti Rusiya və hətta İran daxil olmaqla indiyədək hansısa bir ölkəyə qarşı bu qədər qəddar və aşkarca düşmən qanun layihəsi qəbul etməyib. Qanun layihəsinin preambulasında deyilir ki, bütün siyasi dustaqlar (onların siyahısını kim və hansı kriteriyalarla müəyyən edəcək – məlum deyil) azad edilməyincə, demokartik institutlar və vətəndaş cəmiyyətinin inkişafında xeyli tərəqqi (kriteriya qeyri-müəyyənliyi və yayğın ifadələr), azad və ədalətli seçkilərin keçirilməsinin təminatı təsdiqlənməyincə qanun qüvvədə olacaq.

Gördüyümüz kimi, Vaşinqton Azərbaycana müharibə elan edir. Lakin niyə? Düşünmək axmaqlıq olardı ki, həqiqi motivlər yuxarıda sadalananlarda gizlənib, çünki amerikalılar günün günorta çağında şəhər küçələrində insanların boynunun vurulduğu Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edirlərsə, onda azərbaycanlıları əlləri üstündə gəzdirməli idilər. Deməli, bəs bir, ya iki il əvvəl deyil, məhz bu gün bu qədər acıqlı addımın səbəbi nədir? Xüsusən də Əliyev rejimi bu müddətdə heç cür dəyişilməyibsə?

Başlanğıc üçün iki kəlmə Azərbaycan haqqında. Bu dövlət (Qazaxıstanla yanaşı) İslam dünyasında ən mədəni və irəli getmiş dövlətdir. Bakıda postsovet məkanında (Rusiya istisna olmaqla) ən yaxşı simfonik orkestr fəaliyyətdədir. Bu, artıq nədənsə xəbər verir? Deyək ki, kimsə son dərəcə varlı Küveytdə filarmoniya təsəvvür edə bilərmi? İki əsrdə rus sivilizasiyasının ağuşunda olmaq sayəsində, xüsusən də mədəniyyət və təhsilin zorakılıqla yeridildiyi sovet dövründə Azərbaycanda millət formalaşdı, öz etnonimi yarandı, mislini heç axtarmağa da dəyməyəsi ziyalılar yetişdi. Polad Bülbüloğluna, Vahid Ələkbərova, Müslüm Maqomayevə, Rüstəm İbrahimbəyova baxın və İslam dünyasında onlara analoq tapmağa çalışın. Belələri tapılmaz. Və bu dövlət, əlbəttə, korrupsiyalaşıb və onda Qərbin demokratik standartlarının çoxu pozulub...

Ermənistanda kimsə buna sevinirsə, onu tam şəkildə qoyun adlandırmaq olar, çünki Vaşinqtonda Azərbaycana yox, Ermənistana qarşı müharibə elan edilib! Bununla bağlı bir sıra qənaətləri bildirmək lazım gəlir.

Vladimir Putin amerikalıların Yaxın Şərqdəki planlarını pozdu. Obama İŞİD-in əliylə Surya və İraqın ərazilərini radikallara verib Qətər qazının Suirya ərazisindən Avropaya çıxışını təmin etmək, həmçinin bütün Yaxın Şərqdə hərc-mərclik yaymağı davam etdirməyə hazırlaşdığı bir vaxtda Purtin onu ciddi şəkildə pis durumda qoydu: bu gün artıq aydındır ki, Suriya bölünəndən sonra sahilboyu Bəşər Əsədə qalacaq (yəni Qətər qazı Avropaya çıxmayacaq, sıxılmış halda çıxsa da, bahalıq nəticəsində Rusiyanınkı ilə heç cür rəqabətə girə bilməyəcək), xüsusən də Bjezinskinin “idarəedilən hərc-mərclik” konsepsiyası zərbə altında qalacaq.

Bəs amerikalıllar nə edirlər? Əvvəlcə Putini qeryri-adekvat reaksiyaya çəkmək üçün türklərin əliylə Su-24-ü vururlar. Sonra İŞİD-lə mübarizə üzrə 34 dövlətin hansısa “İslam koalisiyası”nı qurmaq üçün səudlara təlimat verirlər (bax, amerikalılar burada artıq sağlam düşüncəni masqaraya qoyurlar, çünki sponsorun öz təşkilatına qarşı mübarizəsi nonsensdir!)

Sonra hətta səudlarn yeni koalisiyasına dəvət olunmuş Azərbaycanın növbəsi çatır! Bəs gülməli deyil ki, Rusiya ilə İranın arasında yerləşmiş dövləti onlarla mübarizəyə çağırırlar? Axı bu, adamı şam yeməyinə dəvət edib ona əvvəlcədən istisnasız olaraq yalnız sianist kaliumla qidalanacağı haqda məlumat vermək kimidir! Bəs hansı səfeh buna gedər? Sonra isə Helsinski komissiyası söz alır və müzakirə etdiyimiz qanun layihəsini dərc  etdirir.

“İslam koalisiyası” ABŞ-a Yaxn Şərqdə Putinlə təxribatçı mübarizə üçün lazımdırsa, Azərbaycan Rusiyanın qarnı altında savaş üçün gərəkdir. Lakin Əliyev onları pis başa düşür, çünki artıq neçə ildir ki, Rusiyanı cəlb etmək məqsədilə Ermənistanla tammiqyaslı müharibə qızışdırmaqdan imtina edir, dövri şəkildə durumu bu və ya digər şəkildə kəsklinləşdirib sərhəddə toqquşmalarla kifayətlənir. Bax, bu cür pis davranışa görə Əliyevi cəzalandıracaqlar.

İlham Əiyev özünü necə aparacaq? O, indiyədək böyük əzm göstərir və Ermənistan ictimaiyyəti onu ittiham etsə də, deməliyəm ki, bu, ədalətsizilikdir. Əliyevin məruz qaldığı basqının dərəcəsini təsəvvür etmək çətindir. Kifayət qədər ağıllı və yaxşı təhsilli oğlan olmaqla dərk edir ki, müharibə başlayacağı halda, ehtimal ki, bütün dövləti itirəcək: məsələ Azərbaycanın tamamilə bölünməsi ilə deyil, yox olması ilə başa çata bilər.

Birincisi, Rusiyanın Dağlıq Qarabağı təcili şəkildə tanıması baş verər.

İkincisi, İran sadəcə Azərbaycanın güneyini işğal edər.

Üçüncüsü, ölkənin quzey bölgələrində məskunlaşmış xalqların Əliyev rejiminə qarşı “qurtuluş” mübarzsi başlanar və iş Dağıstana faktiki birləşmə ilə başa çatar. Aran Qarabağ isə Ermənistana çatar. Orada daha nə qalar ki?

Sözsüz, bu, uzun proses olacaq. Həm də əzablı. Türkiyə özünü necə aparacaq, amerikalılar onları nəyə təhrik edəcəklər? Demək çətindir. Lakin yada salaq ki, Türkiyə 1970-ci illərin axırında Bosfor və Dardaneli SSRİ-nin Qara dəniz donanması üçün bağlamağa cəhd etdi (sözsüz ki, amerikalıların basqısı ilə). Və məsələ bununla bitdi ki, SSRİ Xarici İşlər naziri Andrey Qromıko Türkiyə rəhbərliyinə Bosfor boğazı bağlanacağı halda “Qara dəniz donanmasının raketlərinin iki yaylım atəşinin yeni boğazlar açacağı, lakin bundan sonra, təəssüf ki, İstanbul şəhərinin qalmayacağı” haqda mesaj ötürdü. Bundan sonra və indiyədək, hətta Rusiya-Türkiyə münasibətlərinin indiki gərgin durumunda  Bosforu bağlamaq ideyası türklərdə müdhiş ikrah doğurur.

Beləliklə, Azərbaycana qarşı sanksiyalar ermənilərə lazım deyil. Bu gün istənilən halda Qarabağ Ermənistana məxsusdur, müharibə hətta gələcəkdə hansısa ərazilər vəd etsə də, müharibə aparmaq nəyə lazımdır? Lakin hər şey Əliyevdən asılıdır. Görək, o, özünü necə aparacaq, amerikalılar ona nə dərəcədə təzyiq edəcəklər və nəhayət, “şər imperiyası”nın Qafqazda və Böyük Yaxn Şərq bölgəsində “total xoşbəxtlik” quraşdırmaq üzrə növbəti niyyəti nə ilə başa çatacaq?!

 

Oskan Köçəryan

Shame (Ermənistan), 29.12.2015

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib