Araşdırma

Əliyevlər sülaləsi niyə Nardaran Faciəsini törətdi?..

Nardaran əməliyyatının səbəbləri əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

  • News Code : 722010
  • Source : azadsoz
Brief

Əməliyatı həyata keçirən tərəfdən olan şahidlər dövlət tərəfdən olduğu üçün fərdi açıqlamalar verməyə ixtiyarları yoxdur. Dindarlar tərəfdən şahid olanlar isə ya öldürülüb ya da həbs olunublar. Həlak olan polislər isə heç bir tibbi ekspertizanın müvafiq rəyləri olmadan, tələm-tələsik dəfn olundular. Ona görə də cavaba ehtiyacı olan suallar və araşdırılmalı nüanslar qaranlıq olaraq qalmaqdadır.

Nardaran əməliyyatının səbəbləri bir müddət əvvələ gedib çıxır və əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Bu planın ilkin hazırlıq təşəbbüslərinə ölkənin dindar şiə camiəsinin əksəriyyətinin Tale Bağırzadənin rəhbəri olduğu “Müsəlman Birliyi Hərəkatı” ətrafında birləşəcəyi və Azərbaycanın siyasi arenasında dini məfkurəli insanların aktiv rol oynamaqla, Azərbaycan hakimiyyətinə ciddi alternativ müxalif qüvvə formalaşdıracağı ehtimalının qətiləşməsindən sonra başlanıb. Müşahidələr onu göstərirdi ki, Tale Bağırzadə həbsdən çıxdıqdan sonrakı fəaliyyətində “Müsəlman Birliyi Hərəkatı” ölkənin dindar şiə camiəsini vahid mərkəzdə birləşdirməyi hədəf tutmuşdu və buna da tədricən nail olurdu. Bu isə höküməti narahat etməyə bilməzdi.

Azərbaycanın dindar şiə kəsimi iki hissəyə bölünüb: biri ölkənin ictimai-siyasi həyatına dinin şiə təriqətini əsas götürməklə öz töhfəsini vermək istəyən Tale Bağırzadə və onun ətrafında olan dindarlar, digəri isə siyasi proseslərdən hələ ki kənarda qalan və siyasətə qarışmayan, sadəcə dini ayinlərin yerinə yetirilməsilə məşğul olan, bəzi ictimai işlərdə fəallıq edən, bu şəkildə tədricən ölkənin dindar şiə camiəsini öz ətrafında toplamağa çalışan Hacı Şahin Həsənli və onun tərəfdarlarıdır. Qeyd edək ki, bu iki kəsim arasında strateji baxımdan ciddi bir əqidə fərqliliyi yoxdur: sadəcə olaraq, birincilər dindar şiə kəsimi ölkədə baş alıb gedən inhisarçılıq, korrupsiya, rüşvətxorluq, ölkə sərvətlərinin və xalqa məxsus vəsaitləri dağıdanlara, zülmə və istibdada qarşı çıxmağa çağırır, digəri isə səbrli davranaraq, buna böyük güc olduqdan sonra başlamağa üstünlük verir. Hakimiyyəti narahat edən hissə isə, təbii ki, hələlik birinci kəsimdir və bna görə də hakimiyyət, təcili olaraq, Nardaran əməliyyatını həyata keçirməyi vacib saydı…

Bu əməliyyatın ciddi hazırlıq mərhələsi isə noyabrın əvvəllərindən başlanmışdı: “Müsəlman Birliyi Hərəkatı” İdarə Heyətinin sədri E.Qasımovun noyabrın 5-də Maştağada yaşadığı ünvanda saxlanılması, bunun ardınca inanclı gənclərin Sabunçu Rayon Baş Polis İdarəsi qarşısına toplaşması, E.Qasımovun azad olunması tələbləri ilə çıxış etmələri və bundan sonra saxlanılanlara işgəncə verilməsi barədə məqsədli şəkildə yayılan xəbərlər nəticəsində polislərlə qarşıdurma yaranması hüquq-mühafizə orqanlarının hazırladığı planda nəzərdə tutulan ehtimalları tamamilə doğrultdu.

Tale Bağırzadə və onun tərəfdarlarına qarşı yönəlmiş təzyiqlər onun nüfuzunu ölkənin dindar şiə kəsimi arasında daha da artdı: istər bölgələrdən, istərsə də Bakıdan dəstəklər nümayiş olundu və Tale Bağırzadəni hər şeyə rəğmən qoruyacaqları bildirildi və bu da qurulmuş tələnin dairəsinin daha da daralmasına xidmət etmiş oldu. Bu arada Tale Bağırzadənin özü də sözdə bir neçə radikal çıxışlar etdi və bu fikirlər onun əleyhinə hökümət mediasının daha çox qara piar aparmasına şərait yaratdı.

Əslində Tale Bağırzadənin bu fikirləri hökümətə sadəcə mesaj vermək, qarşıdurmaya getməməyə çağırış etməkdən başqa bir şey deyildi…

Qeyd edilməsi vacibdir ki, ümumilikdə ölkənin dindar şiə kəsimində ekstremizm və terrora meyillilik yoxdur. Bəlkə də, hər hansı məsələ ilə bağlı İranın şiə ayətullalarının fitvası olarsa, hansısa qətl törədilə bilər: bu kimi hallara rast gəlinib. Lakin bu istisnadır və yalnız fərdlərə şamil edilə bilər. Ümumilikdə dindar şiə kəsiminin Azərbaycanda terror hadisəsi törətməsi və ya silahlı qruplaşma yaratması müşahidə olunmayıb və real görünmür. Hesab edirəm ki, hökümət mediasının və Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda deyildiyi şəkildə əməliyyat keçirilən evdə terrora hazırlıq da görülmürdü. Bu əməliyyat sadəcə Tale Bağırzadəni, “Müsəlman Birliyi Hərəkatı”nı və ümumilikdə, dindarların təşkilatlanaraq siyasi proseslərə açıq şəkildə qoşulmasının birdəfəlik qarşısının alınması üçün atılan addım idi…

Baş verən hadisələr və İnzibati Xətalar Məcəlləsinin 298 və 310-cu maddələri ilə 11 nəfərə ümumilikdə 220 sutka həbs cəzasının verilməsi Tale Bağırzadə hərəkatının boğulmasına hesablanmış planın ilkin mərhələsi və bu hərəkatın Tale Bağırzadə daxil bütün iri fiqurlarını daha uzun müddətə həbsxanaya göndərmək üçün başlanğıc idi: təbii ki, bu planın “uğurla” sonuclanması üçün insan tələfatı da baş verməliydi və verdi.

Bəli, düşünməyə kifayət qədər əsas var ki, hakimiyyət əməliyyatda hər iki tərəfdən tələfat ehtimallarını da nəzərdən keçirib və “dindar təhlükəsinin” birdəfəlik yox edilməsi və ya uzun zamana təxirə salınması məqsədilə hər iki tərəfdən insan tələfatına şərait yaradıb və buna bilərəkdən gedilib. Yoxsa, məqsəd sadəcə Tale Bağırzadəni və digər “təhlükəli” dindarları həbs etmək olsaydı, bunu itikisiz də etmək olardı axı. Dindarlar terror aktı törətməyi planlaşdırırdılarsa, bunu hər halda Nardaranda edəsi deyildilər. Yəni, dindarları Nardarandan çıxarkən də yaxalamaq mümkün idi. Həmçinin, Tale Bağırzadə bundan əvvəl də Milli Təhlükəsizlik Nazirliyinə və Polisə çağırılmış və könüllü şəkildə özü ifadə vermək üçün getmişdi. Bu dəfə də eyni addımı atacağı istisna deyildi. Ümumiyyətlə, hadisənin yalnız canlı şahidləri və əməliyyatı planlaşdıranlar nəyin necə baş verdiyini, insanların hanşı şəraitdə öldüyünü, şübfəsiz ki, bilirlər. Əməliyatı həyata keçirən tərəfdən olan şahidlər dövlət tərəfdən olduğu üçün fərdi açıqlamalar verməyə ixtiyarları yoxdur. Dindarlar tərəfdən şahid olanlar isə ya öldürülüb ya da həbs olunublar. Həlak olan polislər isə heç bir tibbi ekspertizanın müvafiq rəyləri olmadan, tələm-tələsik dəfn olundular. Ona görə də cavaba ehtiyacı olan suallar və araşdırılmalı nüanslar qaranlıq olaraq qalmaqdadır.

P.S: Əməliyyatı Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə planlaşdırıb və həyata keçirib.

Tural Sadıqlı

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib