İşğalçı Ermənistan

Qarabağ erməniləri İrəvan ermənilərinə qarşı hazırlıqları gücləndirir

Naxçıvan və Yeraz qruplarına güvənən İlham Əliyev taktikasına bənzər şəkildə, prezident Sarkisyan da Qarabağ ermənilərinə güvəni

  • News Code : 697293
  • Source : ABNA- Xəbər Agentliyi Musavat-a istinadla
Brief

Ehtimal olunur ki, İrəvanda son etirazların fonunda prezident Serj Sarkisyan Ukraynadakı “Maydan" hadisələrinin və mümkün dövlət çevrilişinin Ermənistanda təkrarlana biləcəyindən ehtiyat edir. Vəziyyətin bu məcrada inkişafı halında onun müdafiə naziri S.Ohanyana və şəxsi heyəti Ermənistan ermənilərindən ibarət hərbi hissələrə etibar edə bilməyəcəyi ehtimal olunur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Jane’s Defence Intellegence” dərgisinin Facebook səhifəsində verilmiş məlumatında iddia olunur ki, Qərb hərbi kəşfiyyat mənbələri Qarabağda dislokasiya olunmuş bir neçə hərbi hissənin Ermənistana aparılması haqqında bilgi verirlər. Həmin birləşmənin şəxsi heyətinin əsasən Qarabağ ermənilərindən ibarət olduğu qeyd edilir.

Mənbənin məlumatına görə bu bölmələrin Laçın dəhlizi istiqamətində hərəkəti Qərb ölkələrinin hərbi kəşfiyyat peykləri tərəfindən qeydə alınıb. Güman edilir ki, ən mükəmməl hərbi kəşfiyyat peyklərinə məxsus olan bu ölkə ABŞ-dır. Məxfiliyi qorumaq və əhali arasında təşviş yaratmamaq üçün qoşunların hərəkəti gecə saatlarında, bütün texnikanın işıqlarının tam keçirilməsi şəraitində həyata keçirilib.

2000-2500 nəfərdən ibarət şəxsi heyəti olan bu birləşmənin əsas hissəsi Yerevan şəhərinin, digər hissəsi isə Qümrünün ətrafında yerləşdirilib.

Ehtimal olunur ki, İrəvanda son etirazların fonunda prezident Serj Sarkisyan Ukraynadakı “Maydan" hadisələrinin və mümkün dövlət çevrilişinin Ermənistanda təkrarlana biləcəyindən ehtiyat edir. Vəziyyətin bu məcrada inkişafı halında onun müdafiə naziri S.Ohanyana və şəxsi heyəti Ermənistan ermənilərindən ibarət hərbi hissələrə etibar edə bilməyəcəyi ehtimal olunur.

Təsadüfi deyil ki, bir neçə gün bundan öncə Dağlıq Qarabağın müdafiə naziri general-leytenant Movses Hakobyan Ermənistan ordusunun baş qərargah rəisinin müavini təyin olunub. Qarabağdan dislokasiya olunmuş qüvvələr və digər yarı-hərbi birləşmələr bilavasitə onun komandanlığına verilmişdir. Əgər vəziyyət nəzarətdən çıxarsa və hərbçilər əmrə tabe olmazlarsa, Sarkisyan durumu nəzarətdə saxlamaq üçün yalnız ona etibar edəcək. Naxçıvan və Yeraz qruplarına güvənən İlham Əliyev taktikasına bənzər şəkildə, prezident Sarkisyan da Qarabağ ermənilərinə güvənir. O özü də əslən Qarabağdandır.

ATƏT-in Vyana - 99 sənədinə görə, quruma üzv dövlətlər öz ərazilərindəki hərbi birləşmələrin koordinatları, şəxsi heyətin sayı və texnikası haqqında məlumat verirlər. Digər ATƏT ölkəsi isə bu məlumatın həqiqiliyini yoxlamaq üçün həmin ərazidə qısa vaxt ərzində təftiş apara bilər. Ermənistanda qoşunların dislokasiyası ilə bağlı kəşfiyyat məlumatı daxil olandan sonra, Qərb dövlətləri bu ölkəyə təftiş qrupu göndərmək niyyətindədirlər.

Rusiyanın Qümrüdəki hərbi bazası da birinci dərəcəli hazırlıq səviyyəsinə gətirilib. Əlavə qüvvələrin yerləşdiriləcəyi barədə də məlumatlar verilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib