Yalançının Ev Yandı Heç Kim Ona İnanmadı

İlham Əliyevin yalanı

  • News Code : 498069
  • Source : Qafqaz
Brief

Heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalıb, iqtidardan getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir də olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Prezident İlham Əliyevin Brüssel səfəri zamanı NATO-nun baş katibi Anders Rasmussen ikitrəfli danışıqlardan sonra Azadlıq Radiosunun jurnalistinin verdiyi suala cavab olaraq bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

İlham Əliyev cavabında bildirib ki, Azərbaycanda siyasi məhbusun olmaması AŞPA-nın ötən ilin yanvar ayında siyasi məhbuslarla bağlı gündəliyə çıxarılan qətnamənin əleyhinə səs verməklə də təsdiqləyib.

Xatırladaq ki, 2013-cü ilin yanvar ayının 19-da AŞPA-nın qış sessiyasında qurumun Azərbaycan üzrə olan siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslarla bağlı toplantıya qətnamə təklif etmişdi ancaq səsvermədə qətnamə qəbul olunmadı.

Onu da qeyd edək ki, Ştrasseri İlham Əliyev hakimiyyəti 3 il müddətində bir dəfə də olsun mandatı üzrə Azərbaycana buraxmadı. Bundan başqa İlham Əliyev cavabında onu da qeyd edib ki, Azərbaycan vətəndaşları arasında yerli məhkəmələrdən narazı qaldıqları halda və ədalətsizliklə üzləşdikləri halda Avropa İnsan Haqları məhkəməsinə üz tuta bilərlər ki, bu məhkəmənin də qərarlarını Azərbaycan hakimiyyəti yerinə yetirir.

Daha sonra Prezident onu da əlavə etdi ki, ümumiyyətlə siyasi məhbus termininin universal izahı olsaydı yaxşı olardı. Bu prezidentin dedikləridir.

İlham Əliyevin dediklərini şərh edərkən birinci ondan başlamalıyıq ki, AŞPA-nın toplantısına siyasi məhbuslar üzrə elə bu qurum tərəfindən qəbul olunmuş və mandat verilmiş Kristof Ştrasseri Azərbaycan hakimiyyətinin üç il müddətində bir dəfə də olsun ölkəyə buraxmaması vəziyyətin nə yerdə olduğunu göstərir.

İkincisi, ədalətsizlikdən narazı qalıb yerli məhkəmə instansiyalarını keçərək Avropa məhkəməsinə gedib çıxmaq üçün heç olmasa 3 il vaxt lazımdır və bundan sonra da heç olmasa 5-7 il orda növbə gözləmək lazım gəlir ki, 10 il müddətinə də nə siyasi məhbus sağ qala bilər nə də kimsə onun işinə baxar.

Üçüncüsü, prezident yanılır, belə ki, artıq çoxdanda Avropa Şurasına daxil olan ölkələr üçün “siyasi məhbus” terminin universal izahı müəyyənləşib və orda deyilir ki, siyasi motivlərlə həbs olunan şəxslər “siyasi məhbus”, söz azadlığı və ya insan haqlarını tələb etdiyi üçün həbs olunan şəxslər isə “vijdan məhbusu” hesab olunur.

İlham Əliyevə sual ünvanlayan jurnalist İlqar Məmmədov və Anar Məmmədlinin də adını çəkib ancaq İlham Əliyev də məlum cavabı verib.

İlqar Məmmədov bir siyasətçi kimi prezident seçkisində namizədliyi irəli sürülmüş və sonradan saxta, daha doğrusu absurd ittihamlarla həbs olunmuş şəxsdir və bu həbslə bağlı reaksiya verən bütün beynəlxalq təşkilatlar o cümlədən Avropa təsisatları İlqar Məmmədovu siyasi məhbus kimi tanıyıb. Eynilə də seçkilərin monitorinqini həyata keçirən Anar Məmmədovu vijdan məhbusu kimi tanıyıblar.

Mövcud vəziyyətdən sonra İlham Əliyevin verdiyi cavab sadəcə olaraq prezidentin vəziyyətdən çıxması kimi qəbul etmək olar, ancaq göründüyü kimi çıxa bilmədi. Bir vacib məqam da qeyd olunmalıdır, yəqin heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalmaq üçün, iqtidardan getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir də olub.

Buna görə İlham Əliyev AŞPA və digər qərb dairələrində onun hakimiyyətdə qalmasına xidmət etmək üçün lobbilərə milyardlarla avro pul xərcləyir və “kürü diplomatiyası” ifadəsi də elə burdan yaranıb. Bu da o deməkdir ki, ötən il AŞPA-da səsvermədə Ştrasserin təqdim etdiyi qətnamənin qəbul olunmamasının səbəbi də elə Avropa parlamentində Əliyevin pulla ələ aldığı deputatların Azərbaycan hakimiyyətinə verdiyi dəstək olub.

Biz onu da qeyd edək ki, bu gün Azərbaycanda siyasi məhbuslardan başqa həm də vijdan məhbusları var, onların da arasında ən çoxusu hicaba azadlıq tələb edən 300 nəfərə qədər olan dindar fəallardır ki, onlar müxtəlif saxta və şər ittihamlarla əliyev rejiminin represiya maşınının qurbanı olublar və həbsə atılıblar.

İlham Əliyevə pula görə dəstək verən avropalı deputatlar və səfirlər Azərbaycan xalqına zərbə vurmuş olur.

Başqa maraq doğuran bir məqam da budur ki, heç də həmişə İlham Əliyevə bu cür sualları vermək imkanı olan jurnalistlər olmur, Azadlıq Radiosunun müxbiri sualında cəmi iki məhbusun adını çəkir, dindar məhbuslarla bağlı isə heç bir sual vermir. Burdan o nəticəyə gəlmək olar ki, yəqin hansısa bir dairədə, mətbuat orqanında elə jurnalistlər olmalıdır ki, onlar da İlham Əliyevlə görüşmək imkanı əldə edib ona dindar məhbuslarla bağlı sual versin. Bəlkə də bu cür imkan Azərbaycanda mümükün deyil hansısa başqa bir ölkədə mümkün olar, ancaq hələ ki, bu cür jurnalistlər yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!