Nələr Baş Verir

İlham Əliyevin10 illik hakimiyyəti dövrundə ölkədən 17 milyard oğurlanıb

  • News Code : 488289
  • Source : Azadliq Radiosu
Brief

Azərbaycandakı talançılığın miqyasını göstərən daha bir hesabat yayıldı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vaşinqtonda yerləşən “Global Financial İntegrity” təşkilatı dünya ölkələrinin hər birindən çirkli yollarla axan kapitalı hesablayıb.

Məlum olub ki, 2011-ci ildə inkişaf etməkdə olan 150 ölkədən qırağa ümumilikdə 1 trilyon dollara yaxın - 946 milyard dollar pul axıb. Bu isə o deməkdir ki, inkişaf etməkdə olan ölkələrə qıraqdan gələn hər 1 dolların əvəzində çirkli yolla 10 dollar çıxır.

Təşkilat Azərbaycandan qanunsuz çıxarılan pulları da hesablayıb. Bəlli olub ki, 10 ildə Azərbaycandan qanunsuz 17 milyard dollar çıxarılıb.

Qiymətləndirməyə əsaslanan hesabata görə, 2007-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarılıb. Bu, hesabatın əhatə etdiyi 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün illik rekorddur.

2009-cu ildə Azərbaycandan qırağa qanunsuz kapital axını 3 milyard 854 milyon dollardır.

2006-cı ildə 2 milyard 462 milyon dollar, 2010-cu ildə 990 milyon dollar Azərbaycandan qırağa qanunsuz köçürülüb.

Hesabata görə, 2011-ci ildə Azərbaycandan  qırağa qanunsuz olaraq köçürülən pul olmayıb.

Çirkli pulu xaricə ötürməyin təzə yolunu tapıblar, yoxsa doğrudan da xariciə qanunsuz pul ötürmə dayandırılıb?

Hesabata görə, Azərbaycandan qırağa qanunsuz kapital axını

2002-ci ildə -  87 milyon dollar

2003-cü ildə - 112 milyon dollar

2004-cü ildə -  50 milyon dollar

2005-ci ildə  - 126 milyon dollar

2006-cı ildə - 2 milyard 462 milyon dollar

2007-ci ildə - 8 milyard 539 milyon dollar

2008-ci ildə - 845 milyon dollar

2009-cu ildə - 3 milyard 854 milyon dollar

2010-cu ildə - 990 milyon dollar

2011-ci ildə - 0 dollar olub

2002-2011-ci illər arası Azərbaycandan qırağa 17 milyard dollar, hər il orta hesabla 1 milyard 700 milyon dollar qanunsuz çıxarılıb.

“Global Financial İntegrity” təşkilatının hesabatına görə 2011-ci ildə qanunsuz pulun ən çox çıxarıldığı ölkə Rusiyadır - 191  milyrd dollar. Çin ikinci yerdədir – 151 milyard dollar.

Azərbaycanın qonşularından nə qədər pul qanunsuz çıxarılır? 2002-2012-ci illərdə Ermənistandan qırağa 6 milyard 230 milyon dollar çıxarılıb.

Həmin 10 ildə Gürcüstandan çıxarılan pul 4 milyard 534 milyon dollardır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!