Cühüd Propoqandası

İran İslam Respublikasına qarşı nifrət haradan və kimlər tərəfindən yaradılır? – Araşdırma

  • News Code : 487591
  • Source : Qafqaz
Brief

Təhrif olunmuş Tövrata muraciət etdikdə orada yazılmış ayələri oxuyuruq: “Ey İsrail övladları ayağınızın basdığı hər torpaq sizin olacaq. Rəbb Tanrı sizin arxanızdadır. Sizin heybətinizdən bütün millətlər qorxuya düşəcək” Təkvin bölümü 1.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İranda 1979 İslam İnqilabından sonra Ayətullah Xomeyninin (Allah Onun Uca Məqamının Daha da Uca Etsin) əmri ilə ölkədəki bütün Mason Təşkilatlarının bağladılması və bu təşkilatlara üzv olan bütün Masonların edamı fətvası verildi. Beləliklə İranda olan yerli və xarici bütün masonlar edam olundu. Bu məsələdən sonra İsraildəki “Head Organization of the World Freemasons ” (Dünya azad masonlar təşkilatı) İran İslam Respublikasından və iranlı Ayətullahlardan qisas alacaqlarına dair and içərək bəyanat yaydılar. Həqiqətən də 79cu ildən başlayaraq Dünya birliyinin İslam Respublikasına qarşı sərt mövqeyi, iqtisadi sanksiyalar İran İslam Dövlətini məhvə doğru aparmaq üçün masonların həyata keçirdiyi strategiyadır. İsrailin dövlət ideologiyası Siyonizmə görə yəhudilər Rəbbin övladları və bəşəriyətin arasında ən yüksək millətdirlər belə ki, bütün dünya xalqları onlara qul olmalıdır. Təhrif olunmuş Tövrata muraciət etdikdə orada yazılmış ayələri oxuyuruq: “Ey İsrail övladları ayağınızın basdığı hər torpaq sizin olacaq. Rəbb Tanrı sizin arxanızdadır. Sizin heybətinizdən bütün millətlər qorxuya düşəcək” Təkvin bölümü 1.

Əlbətdə siyonist ideologiyasında olan Rəbb inanci bizim inancımızdaki Rəbbimiz Allah deyil. Siyonizmdəki Rəbb peyğəmbərimizin (əla nəbiyyinə və alihi və əleyhimus səlam) bizə 1400 il bundan əvvəl barəsində xəbər verdiyi həmin tək göz Dəccaldır ki siyonist yəhudilər ona qulluğu qəbul edib və bir gün onun zühur edib dünyanı idarə edəcəyinə inanırlar. Masonik işarələr tək göz piramida və.s həmin Dəccalizm inancından yaranıb. Onlar tək göz dəccalı “Hər Şeyi Görən Tanrı” adlandırırlar. Orta şərqdə İsrailin rəsmi şəkildə ələyhinə olan yeganə Dövlət İran İslam Respublikasıdır.

İran İslam Respublikası böyük İsrail dövlətinin qurulması və dünyanın qərb ideologiyası altında qloballaşması üçün böyük maneə olduğundan, İsrailin bütün cəhdləri İrandaki İslam hökumətini çökərtməkdir. Çünki İslam hökuməti devrildikdən sonra bütün orta şərq İsrailin ovcunda olacaq və bundan sonra İsrailin qarşısında heç bir güc tab gətirə bilməz. Bir vaxtlar Türkiyənin Baş Naziri olmuş Nəcməttin Ərbakan İran İslam respublikasına etdiyi rəsmi ziyarətdə, mətbuat konfransında iranli rəsmilərə İsrail barədə diqqətli olmağı söyləmişdir. Öz xatirələrində Ərbakan İsrail rəhbərlərindən birinin ona xəritədəki İsrail ilə qəlblərində ki İsrail dövləti arasında böyük fərq olduğunu söyləməsini demişdir. Ərbakan ondan “qəlbinizdə ki İsrail necədir?” sualına, həmin israilli siyasətçinin cavabı “İraqdan İskəndəriyyə çayına qədər olan torpaqların hamısının İsrail torpağı hesab etdikləri” olmuşdur. Ərbakanın bu çıxışı youtube.com internet portalında da var.

İran İslam respublikasını hərbi yolla hücum edərək məhv etməyin qeyri mümkün olmasına görə onu məhv etmək üçün başqa yollara əl atılıb. Məsələn digər Müsəlman ölkələrdə İran İslam Respubliasının nüfüzunu düşürmək, iqtisadi sanksiyalar qoyaraq İİR neftinin və İİR istehsalı olan hər bir əmtəənin İsrail və Amerika tabeçiliyində olan ölkələr tərəfindən alınmasına qadağa qoyulması və bu yolla İran İslam Respublikasını iqtisadi baxımdan zəiflədərək nəticədə xalqın qiyam etməsinə səbəb olmaq. Daha sonra İran İslam Respublikasında irqçilik yaradaraq millətləri aldatmaq yolu ilə ayağa qaldırmaq, lakin bu cəhd uğursuz olub.

Bu cəhd İran İslam Respublikasında uğursuz olsada, Azərbaycanda İİR-ı özünə təhlükə bilən bəziləri üçün anti-İİR təbliğləri uğurlu alınıb. Məsələn ən böyük yalan təbliğlərdən biri İİR-da yaşayan azərbaycanlılara zülm olunması və İran İslam Dövlətinin azərbaycanlıları heç kim hesab etməsidir. Belə olan halda sual yaranır əgər İran İslam Respublikasında yaşayan azərbaycanlılar heç kim hesab olunursa nə üçün İran İslam Respublikasının Ali Dini Lideri Azərbaycanlidir? Elə bir məqama sahibdir ki İran İslam Respubliokasında bütün dövlət strukturları hətta Prezident onun əmrinə bağlıdır. İran İslam Şurası Məclisinin- parlamentinin yarısı azərbaycanlı millət vəkilləridir. Halbuki ölkəmiz Azərbaycanda dövlət başında olanların əsil kökü hansı millətdən olduğu dəqiq bilinmir.

Başqa bir iddia budur ki güya azərbaycanlılara ana dilində təhsil verilməyib lakin ermənilərə erməni dilində məktəb açılıb. Halbuki həmin ərazilərdə nəyinki Səfəvilər dövrundən hətta daha əvvəldən bəri təhsil farsca olub və farsca formalaşıb. Bunu görmək üçün tarixə baxmağımız yetər. Məsələn türk mənşəli Eldənizlər dövlətində yaşayan Nizami Gəncəvi nə üçün əsərlərini farsca yazıb? Fars əsarətində idik? Yox, Eldənizlərdən əvvəl fars əsarətində olmuşduq? Yenə də yox. Bəs nə üçün farsca? İran İslam Respublikasında təhsil, elm farsca formalaşıb inkişaf edib.

Nə üçün Eldənizlər dövründə, Səfəvilər dövründə, Əfşarlar dövründə, Qacarlar dövründə türkcə təhsil almayan xalq indi türkcə təhsil almalıdır? Axı bu savadsızlığa gətirib çıxaracaq. Çünki qədimdən bəri elmin farsca və ərəbcə öyrənilməsi öz bəhrəsini verdiyi halda, Türkiyə və Azərbaycanda elmi türk dilində mənimsəməyə başlayandan bəri qədimdə olan irəliləyişlərdən heç bir əsər əlamət yoxdur. Elə ona görə də öz ölkəmizdə, Türkiyədə insanlar təhsili ingiliscə, almanca, rusca almağa üstünlük verirlər. Necə olur bu sizi narahat etmir, amma tarix boyu farsca təhsil alanların indi İslam Respublikası dövründə farsca təhsil almaları sizi narahat edir?

Onu da qeyd edək ki, İran İslam Respublikasında yaşayan türklər əgər farsca təhsil alib oz sahələrində bizdən də yaxşı mütəxəssis olurlarsa biz nə haqla, hansı savadla, hansı elmimizlə İranın daxili işinə qarışıb sən təhsili türkcə et deyə bilərik? Onlar da qayıdıb cavab versinlər ki, təhsili turkcə edib xalqımı sizin xalqın günunə salım? Sizin təhsiliniz az qala 30 ildir turkcədir, bu otuz ildə nə edə bilmisiz?

Ümumiyyətlə İran İslam Respublikasında yaşayan türk dilli xalqların içərisində çox az bir hissə guya türkçülük davası edir, əslində onların davası türkcə yox əlifba davasıdır, İran İslam Respublikasında türk dilində çap olunan müxtəlif kitabların, jurnalların ərəb əlifbası (fars əlifbası əslində elə ərəb əlifbasıdır , əlavə 3-4 hərf var) ilə yox, latın əlifbası ilə çap olmasını istəyirlər. Sözsüz ki, İran İslam Respublikası da bunu heç vaxt qəbul etməz. Niyə görə İran İslam Respublikası muqəddəs ərəb qrafikasını latın qrafikası ilə əvəz etməlidir? Latın qrafikası məgər türklərə məxsusdur? Yoxsa türklər tarix boyu latınca yazıblar? Halbuki bizim özümüzdə Muhəmməd Əmin Rəsulzadənin dövründə əlifbamız ərəb qrafikası ilə idi.

İran İslam Respublikasında erməni məktəblərin nə üçün olmasına gəldikdə, bəli İran İslam Respublikasında erməni məktəbləri var, bunun səbəbi İran İslam Respublikasında yaşayan ermənilərin milli azlıq sayılmasıdır, yerli əhali yox. Amma İran İslam Respublikasında yaşayan türklər isə İran İslam Respublikasının yerli əhalisi sayılır. İran İslam Respublikasındakı ermənilərin İran İslam Respublikasındakı türklər qədər hüquqları yoxdur. Məsələn İİR İslam Şurası Məclisində -parlamentdə neçə nəfər azərbaycanlı olar deyə məhdudiyyət yoxdur, amma erməni deputatlarda isə məhdudiyyət var. Erməni məktəbini misal göstərib ordakı azərbaycanlıların da belə bir məktəblərinin olmasını istəmək, həmin azərbaycanlıların ermənilər kimi hüquqlarının məhdudlaşdırılması deməkdir. Çünki ermənilərdə olduğu kimi məktəb açılması üçün gərək İran İslam Respublikasında yaşayan türklər də milli azlıq hesab edilsin . Bəzilərinin ağız dolusu bəhs etdiyi erməni məktəbləri İran İslam Respublikasında heç də erməni məktəbləri adlandırılmır. Bu məktəblərdə müəllimlər əsasən iranlılardır və erməni dili dərsləri isə həftədə bir dəfə olur. Həmin məktəblərdə yalnız tarix, ədəbiyyat və din dərsləri erməni dilində verilir. Ümumən erməni məktəbləri haqda onu da deyim ki nəyin ki, İran İslam Respublikasında hətta Türkiyədə (16), Misirdə, ABŞ-da(20 dən çox), Kanadada (6), Fransada, Argentinada, Avstraliyada və s ölkələrdə erməni universitetləri və məktəbləri var. Gördüyünüz kimi sizin öz qardaş ölkəniz Türkiyədə də erməni məktəbləri var. Bu məktəblərin adları və yerləri barədə də paylaşım edəcəyik.

Digər yalanlardan biri Orta Şərq Millətlərinə məsələn Azərbaycana bütöv Azərbaycan vədi, İran İslam Respublikasında, Türkiyədə və İraqda yaşayan Kürdlərə müstəqil Kürdistan dövləti vədi. Ərəblərə Farslar sizin üzərinizdə hökmranlıq etmək istəyir yalanı. Bütün bu vədlər, xalqların İran İslam Dövləti ələyhinə qiyam qaldırması üçündür və şübhəsiz İsrail öz məqsədinə çatdıqdan sonra nəin ki bütöv Azərbaycan ya da müstəqil Kürdüstan qurulacaq əksinə bütün dünya ölkələri İsrailin tabeçiliyinin altına keçəcək. Masonların kitabı Kabbalaya əsasən dünya qloballaşdıqdan sonra yəni bütün dünya ölkələri birləşib böyük və vahid bir dövlət olduqdan sonra, Paytaxtı Yerusalim olan bu dövlətin rəsmi dili İbrani, rəsmi dini isə Dəccalizmdir. Yəqin ki çoxlarınız paytaxtda gəzərkən metrolarda, binalarda masonik simvolların olduğun görmüsüz. Bu işarələr hər yerdədi. Bu cür işarələrin olduğu bir ölkənin televizor kanallarının İran İslam Respublikası ələyhinə hər gün propaqanda aparması çox normaldır. Əlbətdə bu ideologiyaya görə bütün dünya dilləri, dinləri məhv olmalıdır. Siz elə güman edirsiz yalnız İslam təhlükə altındadır. Yalnız Müsəlmanlar öldürülür? Yalnız Qurani Kərim yandırılır? Xeyr. Xristianlığın günü gündən necə məhv olduğunu yazmaq istərdik lakin mətnin həcmi buna icazə vermir. Əlbətdə saf və axmaq Orta Şərq millətlərinin uzaq görən olmaması onları məhvə doğru aparır. Halbuki bütün dünya masonlardan, dünyanı idarə edən siyonist Rotschild və Rockferlər ailələrindən xəbərdardır. İran İslam Respublikasından başqa hamı susur.

Son illərdə xalqımızın beyninə uydurma “FARS DÜŞMƏNDİR” şüarını yeritmək istəyənlərdən nə üçün belə bir qənaətə gəldiklərini soruşduqda cavabları, “İran Təbrizi işğal edib sözüdür”. Əvvəla bu gülünc sözə cavab verməzdən əvvəl ilk sualımız budur. Nə oldu birdən birə Təbriz yadınıza düşdü? Heç bundan qabaq İran İslam Respublikasının azərbaycanlıları yadınızda deyildi. Siz hansı milliyətçilikdən danışırsız bir haldakı Qarabagı özünüz vaxtı ikən satdız. Öz ölkənizin torpaqlarını qoruya bilmədiyiniz üçün başqalarını günahlandırmaq alçaqlıqdır. Lakin Güney Azərbaycan yalanına gəldikdə isə avam kütlə üçün çox gözəl və mükəmməl hazırlanmış Məlikməmməd nağılıdır deyə bilərik. Onsuzda xalqımızın 60% savadsızdı, öz tarixindən xəbərsizdi, kitab oxumağı sevməyən onun bunun ağzından çıxan hər sözə inanan bir xalqı aldatmağa nə var? Güney Azərbaycan necə İran İslam Respublikası tərəfindən işğal ola bilər ki bir halda Səfəvilər dövründən bəri biz farslarla vahid İran adlı böyük dövlətdə yaşamışıq. Elə bir dövlət ki əhatəsi Qafqazdan bəhreynə kimidir. Türkmənçay və Gülüstan muqavilələri isə Qacar şahlarının dövründə imzalanıb. Çar Rusiyası həmin vaxtlar İranın şimal torpaqlarını işğal edərək, Qafqazı İrandan ayırdı. Adı çəkilən muqavilələr də Qaçarlar ilə Rusların arasında imzalanıb hansı ki, Qacar şahları türk olublar. İndi hansı haqla biz Farsların bizi böldüyünü deyə bilərik. Halbuki Farsların özünə türklər rəhbərlik edib və edir.

Uzun sözün qısası anti-İİR propaqandaların hamısı, ümumiyətlə bütün bu addımlar İran İslam Respublikasının dünya birliyinin gözündən düşməsi, İranafobya və İran İslam Respublikasına qarşı düşmənçiliyin yaranması və beləliklə İran İslam Respublikasının hazırki hökumətinin çökməsi üçün qurulmuş planın hissələridir. İranda İslam Dövlətindən əvvəlki Şah rejimini hamı dəstəkləyir və sevirdi. Bütün Dünya İranı tərifləyirdi. Nə oldu İranda İslam İnqilabından sonra İran birdən birə pis ölkə oldu? İran, həmin İrandır. Sadəcə dövlət həmin masonlara qul olan dövlət deyil. Demək olar ki, orta şərqdə Livan, Suriya və İraqdan başqa bütün Müsəlman ölkələri İran İslam Respublikası ələyhinədir. Elə buna görədə adı çəkilən hər üç ölkə bu gün xaos vəziyətini yaşayır. Bu ölkələrin vəziyəti barədə artıq yazıya düşünürəm ki, ehtiyac yoxdur.

Sonda Allahdan İmam Zamanımızın(əccələllahu fərəcəhu şərif) tezliklə zühür etməsini istəyir və onun, paytaxtının İraqın Kufə şəhəri olan dövlətinin qurulmasını arzu edirik. Biz yalnız onun Rəhbərlik etdiyi ölkədə yaşamağı arzulayırıq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!