Sərvətli Azərbaycan Ölkəsi

Azərbaycanda benzinin qiymət artımı vətəndaşların cibinin tutumu ilə tərs mütənasibdir

  • News Code : 486063
  • Source : İslam Sesi
Brief

Ekspert: “...Əsasən də iri vergi ödəyicilərinin (“Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətini seçir. Buna görə də, qiymətlərin bundan sonra da artacağını deməyə əsas var...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslamınsesi.az-a müsahibə verən iqitsadi məsələlər üzrə ekspert Qubad İbadoğlu Tarif Şurasının qiymət artımı ilə bağlı qərarını şərh edərkən bildirib: «Benzinin qiymətinin Azərbaycanda ucuz olması barədə iddialar nöqsanlıdır. Beynəlxalq praktikaya əsasən vətəndaşın illik qazancında bu xərcin payı ümumi göstəriciyə görə müəyyənləşir.

Məsələn, ABŞ-da 1 qallon (3,785 litr) benzinin qiyməti 3,39 $, yəni 1 litr 0,90 $-dır. Orta amerikanlını gündəlik qazancında bu xərclər 3,18% təşkil edir. Neftlə zəngin olan ölkələrdən Venesuelada 1 litr benzinin qiyməti 0.047 ABŞ dollarıdır. Bu isə orta venesuelalıların qazancının 0,42% təşkil edir. Səudiyyə Ərəbistanında bu rəqəm 12 sent və 0,54%, Küveytdə 16 sent və 0,65%, İranda 33 sent və 3,03%, Misirdə 26 sent və 0,75%, Birləşmiş Ərəb Əmirliyində 46 sent və 0,46%, Rusiyada 90 sent və 1,82%-dir».

Onun sözlərinə görə, Turkiyə, Litva, Belçıka, Avstriya və Norveçdə yaşayanlar orta illik qazanclarının 1 faizindən azını benzinə xərcləyir. Orta Azərbaycan sürücüsü isə (yəni orta aylıq əmək haqqı səviyyəsində maaş alanlar) indiyədək illik qazancının 19,8 faizini bu məqsədə xərcləyirdisə, hazırkı qiymət bahalaşmasından sonra bu göstərici 22,9 faiz təşkil edəcək.

İ.Şaban həmçinin neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu halda belə artımların davamlı olacağını bildirib.

«Əsasən də iri vergi ödəyicilərinin (“Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətini seçir.

Buna görə də, qiymətlərin bundan sonra da artacağını deməyə əsas var. Tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasna daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də artırılacaq. Bu isə istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri edəcək. Ona görə də gələn il üçün 2 rəqəmli inflyasiya gözləmək olar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!