Əliyevlər rejiminin nurçu nökərləri

Təriqətçi-deputat Fazil Mustafanın təxribatçı hikkəsinin sirri- Allahın qanunun inkar etmək olarmı?!

  • News Code : 485188
  • Source : Birlik
Brief

Görəsən Təcrübəli siyasətçi bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda məzhəb gərginliyini körükləyənlərin alətinə çevrilir…!!!

Deputat Fazil Mustafa nəhayət ki, olduğu kimi göründü. Son dövrlərdə Səfəvilər İmperiyasının qurucusu Şah İsmayıla, Azərbaycanda əhalinin böyük bir qisminin mənsub olduğu şiəliyə qarşı hücumları ilə sıx-sıx gündəmə gələn deputat, nəhayət, nifrətini büruzə verib. Özü də qədərindən, dərəcəsindən artıq formada, həm də qəzəbli və hikkəli. O qədər hikkəli ki, bütöv bir inanc daşıyıcılarını təhqir edəcək qədər.

 Birlik-in verdiyi məlumatə əsasən, Deputatın dediklərinə diqqət etməmişdən öncə bir məqamı vurğulayaq ki, hansı səbəbdənsə qəzəblənən və kinini püskürən təriqətçi-deputat bu açıqlaması ilə ilk növbədə bütöv bir topluma savaş açmaqla yanaşı, öz siyasi karyerasını zərbə altında qoymuş oldu. Eyni zamanda ona yönəlik ittihamları da təsdiqləməklə müdafiə etdiyi və ya mənsub olduğunu gizlətmədiyi, özünün dediyi kimi, təriqəti zərbə altına qoyur. Noyabrın 30-da axar.az saytına açıqlama verən F.Mustafa Azərbaycanda nurçuları tənqid edənləri şərəfsiz adlandırıb. Sitat: “Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz”.

Xatırladaq ki, nurçuların tənqid olunmasına təhqirlə cavab verən deputat açıqlamasının davamında heç bir səbəb olmadan keçid edərək siğə adlandırdığı mutə nikahından danışıb və dolayısı ilə onu və nurçuluğu tənqid edənləri siğədən doğulanlar adlandırıb: “Biri var qanuni nikahdan doğulanlar, biri də var siğə yolu ilə dünyaya göz açanlar – bunlar çox fərqli şeylərdi. Yəni nikahdan doğulanlar, ümumiyyətlə, ilahi bir insan münasibətinin tənzimlənməsini həyata keçirirlər. Amma siğədən doğulanlar müvəqqəti nikahdan doğulanlar sayılır, onlarçün doğulma meyarı kimi, qiymətləndirmə meyarı da eyni formada olur…

Mən, ümumiyyətlə, İslamda təriqət əleyhinə dissertasiya müdafiə eləmişəm. İslamda da təriqətliyi müsbət qarşılamıram. İndi bu insanlar təkcə onu demirlər. Onlar mənim İslamın daha vəhşi din olaraq göstərilməməsi üçün atdığım addımlar müqabilində mənə nə deməlidirlər? Məsələn, kimə isə içki içdiyinə görə “alkoqolik” deyirlər. Onlar baxır ki, mən içki içmirəm və ya əyyaş həyat keçirmirəm. Normal ibadətimi edirəm və heç bir təriqəti qəbul eləmirəm. İndi bunlar görün nə qədər hazırlıqlı olmalıdırlar ki, mənim fikirlərimi təkzib eləsinlər. Amma onu edə bilmirlər. Buna görə də mənə iyrənc şəkildə şər atırlar. Ümumiyyətlə, mənim hər hansı bir təriqətlə əlaqəm ola bilməz, çünki yanaşmam fərqlidir. İndi mənim nurçularla hansısa fikirlərim üst-üstə düşürsə, onu izah eləsinlər! Mən deyirəm ki, baş yarmaq, zəncir vurmaq insana, İslama xas xüsusiyyət deyil. Əlbəttə ki, bunları deyəndə də mənə istənilən ad qoşacaqlar. Bunları vaxtilə Mirzə Cəlil də, Sabir də deyəndə, onları da daş-qalaq ediblər. Bu adamlar hətta nurçuluq səviyyəsində də özlərini inkişaf etdirmiş adamlar deyillər, amma durub indi onları tənqid edirlər”.

Ancaq açıqlamadan göründüyü kimi F.Mustafa hər nə qədər təriqətçi olmadığını, nurçularla uzaqdan-yaxından əlaqəsinin olmadığını vurğulasa da, açıq şəkildə nurçuluğu müdafiə edir. İkinci tərəfdən, əgər dediyi kimi onu ittiham edənlər haqsızdılarsa və F.Mustafanın nurçuluqla əlaqəsi yox idisə, o zaman deputatın bu qədər narahat olmasına gərək yox idi. Uzun illərin təcrübəli siyasi xadimi, AXC-nin lider komandasında yer alan, yüksək dövlət vəzifəsi tutmuş partiya lideri kimi bu cür tənqidlərə də kəskin reaksiya verməyə bilərdi. Hər kəsə aydındır ki, siyasətçilərə bu cür hücumlar adi haldır.

 Ancaq göründüyü kimi, F.Mustafa nəinki bir siyasətçi kimi ona yönəlik tənqid və özünün iddia elədiyi kimi təhqirləri daha biabırçı şəkildə cavablandırır. Üstəlik, təhqirlərlə yanaşı, özünü təmizə çıxarmağa, hətta ittiham olunduğu cərəyanı da müdafiə etməyə çalışır. Bu isə onun narahat olmasının, necə deyərlər ittihamın hədəfə dəyməsinin, nurçu olmasa da, təriqətçi, məzhəbçi olması və bu istiqamətdə zəif nöqtəsinin olduğunu sübut edir.

Əlbəttə, nurçuluq və ya deyildiyi kimi, Fətullahçılıq, o cümlədən başqa sünni məzhəbləri normal halda kimisə narahat etmir. Sünni məzhəbləri Azərbaycanın tarixi gerçəkliyidir. Lakin hər kəsə aydındır ki, Fazil Mustafanı narahat edən məqam məhz onun bir siyasətçi kimi adının nur camaatı ilə hallandırılmasıdır. Təbii ki, milliyyətçi şineldən çıxmış bir şəxsin birdən birə səf dəyişərək Türkiyə və dünyada geniş yayılmış, şübhəli fəaliyyətləri ilə tanınan nurçularla hallanması onun özü üçün xeyli dərəcədə ciddi zərbədir.

 F.Mustafanın nurçuların məktəb açmasını müsbət hadisə kimi qiymətləndirməsi və bu şəkildə xüsusi uğur kimi təqdim etməsi isə bayağı görünür. Çünki aydın məsələdir ki, Azərbaycanda nə F.Mustafaya, nə də başqa birisinə nəinki orta məktəb (litsey) şəbəkəsi yaratmağa, hətta bir məktəb açmağa belə imkan verilə bilməz. Fətullah Gülən camaatı bu statusu 20 il əvvəldən əldə edib və müəyyən siyasi səbəblərlə məktəblərini qoruyub saxlaya biliblər. Bu məktəblərin yaxşı təhsil verdiyini kimsə inkar etmir, amma həm də onu da inkar edən yoxdur ki, bu məktəblər Fətulah (nur) camaatı üçün əsas təbliğat vasitəsidir. Bu baxımdan bir sıra ölkələr, o cümlədən Rusiya artıq bu məktəbləri qapadıb.

 Və nəhayət, bu vəziyyətin yaranmasının səbəblərinə baxmaq lazımdır. Əlbəttə, istənilən halda bir şəxsiyyətin təhqir olunması yolverilməzdir. Xüsusən də onun inancına görə. Ancaq açıqlamasndan belə aydın olur ki, cənab Mustafanı qıcıqlandıran məsələ ona nurçu deyilməsidir. Bu baxımdan deputatın Azərbaycanda şiəliyə qarşı açıq təbliğatı, eyni zamanda Azərbaycan tarixində mühüm yer tutan Səfəvilər dövlətini, onun banisi Şah İsmayıl Xətaini hədəfə alan mövqeyinə görə, ona qarşı nurçu və ya sələfi deyilməsini də normal qarşılamalıdır. Çünki son illərdə Azərbaycanda əhalinin böyük əksəriyyətinin inancı olan şiə məzhəbinə, onun qəbul olunmuş qaydalarına və konkret olaraq Səfəvi dövlətinə qarşı açıq şəkildə təbliğat aparanlar sələfilər, nurçular, eyni zamanda ateistlərdir. F.Mustafa birinci və üçüncüyə uyğun olmadığı üçün hər kəsin ağlına məhz nurçuluq ehtimalı gəlir. Lakin son hadisə deputatın bu cərəyana, yumşaq deyilsə, simpatiyasının olduğunu açıq şəkildə ortaya qoydu.

Əlbəttə, bu məsələni gündəmə gətirən və ağırlaşdıran məqam onun məhz dini mövzu üzərində qurulmasıdır. Təcrübəli siyasətçi, deputat bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda aparılan məqsədli məzhəblərarası gərginlik yaradılması kampaniyasının aləti kimi çıxış edir. Son iki ildə Azərbaycan cəmiyyətində vaxtaşırı olaraq məqsədli şəkildə məzhəb təfriqələri yaradılması və məzhəblərarası münasibətləri gərginləşdirmək istiqamətində cəhdlər olur. Görünən odur ki, bu gün də olmasa, gələcək üçün Azərbaycanda da maraqlı qüvvələr məzhəb kartından istifadə etməyə çalışacaqlar. Azərbaycanı, bu xalqın həqiqi mənafeyini istəyən ziyalı, siyasətçi və digərləri bu oyunların aləti deyil, islami vəhdət və tolerantlığı təbliğ etməlidir. Çünki əks- halda gələcək tarixdə Azərbaycanda məzhəb kartı hansısa məkrli qüvvələrin əlində qanlı alət olacaq. Hələ gec deyil, düşünmək lazımdır.

 Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi

 qeyd edek ki Məhərrəmlikdə məsum İmama yas saxlamağı pisləyən və İmamların ziyarətini xürafat sayan deputat Fazil Mustafa (Qəzənfəroğlu) Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməyin rəsmi protokola salmağı təklif edib!

 Türkçülük təbliqatçısı deputat Nizami Cəfərovun Məmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı təklifinə münasibət bildirən Fazil Mustafa deyib : “Hüseyn Cavidin məzarının Sibirdən gətirilməsini alqışladım, amma Rəsulzadə Sibirdə deyil ki, o da bir türk torpağındadır. Sadəcə, Məmməd Əmin Rəsulzadənin məzarının ziyarətini protokola salmaq lazımdır. Azərbaycanın dövlət başçısı Türkiyəyə səfər etdiyi zaman onun məzarını ziyarət etməlidir. Bu ona böyük bir sayğı olar”.

digər tərəfdən Millət vəkili Etibar Hüseynovda Məhərrəm ayı ilə bağlı öz fikrini bölüşüb. Millət vəkilinin sosial şəbəkədə yaydığı fikirlərini olduğu kimi təqdim edirik. Bütün ifadələr E.Hüseynovun özünə aiddir.

 Hafta.az-ın verdiyi xəbərə görə, deputat Aşura günü zəncir vuranları “tupoy” adlandırıb: “Ay camaat… Sizdən soruşuram – Babam Hüseyn Kərbəla düzündə şəhid olandan sonra cənnəti qazanıb, yoxsa yox??? Əgər qazanıbsa onda siz tupoylar 1400 ildi niyə zincir vurub üzünüzü cırırsınız???”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!