Широко Шагает Азербайджан

Azərbaycanlılar iş üçün xaricə getdiyi halda, ölkəyə minlərlə miqrant işçi niyə gəlir?

  • News Code : 482408
  • Source : BBC
Brief

Dayələr və fəhlələr. Səbəblər və nəticələr. Bəs azərbaycanlılar hara gedir? Filippinli dayənin hekayəsi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- “Sizə dayə lazımdır?”, Azərbaycandan zəng edildiyini eşidən kimi ofisi Dubayda yerləşən bir şirkətdən soruşurlar.

“NanniesDubai” adlanan şirkətin meneceri Yulia Lutsenko BBC Azərbaycanca müxbirinə ikinci müraciəti, rus dilində söhbət etmək barədə təklifi olur.

Bu şirkət Azərbaycana varlı ailələrin istəyi ilə dayə, ev qulluqçusu və digər vəzifələr üçün işçilər tapmaq vasitəçiliyi edir.

Hər il Azərbaycana gətirilən yüzlərlə Filippin vətəndaşından biri olan, 28 yaşlı adının çəkilməsini istəməyən filippinli xanım da ötən ilin mayında Bakıya dayə işləmək adı ilə bu şirkət vasitəsilə gəlib və təxminən bir ilə yaxın istirahətsiz dayə və ev qulluqçusu kimi çalışıb.

Filippinli dayə dəbdir?

“Evin xanımı məni vururdu, başıma su tökürdü, dəsmalla ağzıma da vurub. Sağ qolumda “hematoma” yaranıb”, gənc qız ağlayaraq yaşadıqlarını danışır.

Lakin pasportu əlindən alındığından o, evi tərk edə bilmirmiş. İşi bitirməyə qərar verəndən sonra isə, bir aylıq maaşını ala bilmədiyini deyir.

Hazırda bu iş üzrə və xanımın "insan alveri qurbanı" tanınması istiqamətində istintaq işləri davam etdirilir.

Gender məsələləri üzrə ekspert Məlahət Zeynalova deyir ki, ev qulluqçuları və dayə insan alveri qurbanları siyahısında “ən problemli” qrupdur.

“Bu insanlar evlərdə çalışdığından işverən qapını bağlayıb, onları ömrü boyu evin içində saxlaya bilər, zorakılıq tətbiq edə bilər”.

Xanım Zeynalova BBC Azərbaycancaya bildirir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə son iki ildə cəmi 2 nəfər zərərçəkmiş kimi müraciət edib.

Tikinti və xidmət miqrantları

Azərbaycanda əcnəbi işçi miqrantlar arasında əsasən, tikintidə və xidmət sahəsində çalışanlar üstünlük təşkil edir.

Ekspertlərə görə, bu gün Azərbaycanda olan on minlərlə belə miqrant yerli kadrları işsiz qoyur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə, tikinti və xidmət sahələrində xarici işçi qüvvəsindən istifadəni "tendensiya" adlandırır.

Oktyabrın 24-də Azərbaycanda təhsil sahəsində imzalanan "Azərbaycanda Təhsilin inkişafının Dövlət Strategiyası" adlı sənəddə də deyilir ki, ölkədə ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!