Ədalətsiz Rəftarlar Davam Edir

Mövsüm Səmədovun sənədləri niyə itib?

  • News Code : 459239
  • Source : Azadlıq
Brief

Akif Heydərli: « Sənədi qəbul edən xanım yoxa çıxıb, telefonları cavab vermir. MSK-nın yalançı bir qurum olduğu bir daha təsdiqləndi…»

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının həbsdə olan Lideri Doktor Mövsüm Smədovun prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcəyi haqda məlumat verilmişdir. Bu məqsədlə Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunub. Partiya bir neçə müddətdir ki, MSK-dan xəbər gözləyir. MSK-nın cavabı isə çox qəribə olub. Belə ki, qurumdan bildiriblər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb.

Azərbaycan İslam Partiyasının sədr müavini, təşəbbüs qrupunun rəhbəri Akif Heydərli qəzetimizə açıqlamasında baş verənlərin növbəti ədalətsizlik olduğunu və hakimiyyətin Doktor Mövsüm Səmədova qarşı qərəzli münasibət göstərdiyini bildirdi: “Əvvəldən bizə qarşı münasibət necə olmuşdusa, bu cür də davam edib. Sənədi qəbul edən xanım yoxa çıxıb, telefonları cavab vermir. MSK-nın yalançı bir qurum olması üzə çıxdı və fəaliyyət istiqamətinin qeyri-ciddi olması göründü. Biz, imanlı insanlar kimi, hər kəsə düz olanı, həqiqəti söyləyirik. Çalışacağıq ki, MSK-nın hesabatlarının qondarma olmasını, bu qurumun saxtakarlıqla məşğul olduğunu faktlarla sübut edək”.

İslam partiyasının üzvü Natiq Kərimov da baş verənləri hakimiyyətin sonuncu əməli kimi qiymətləndirdi və bu saxtakarlığı ifşa edəcəklərini bildirdi: “İnsanın sənədləri necə ola bilər ki, göyə uçsun? Bu hakimiyyətin axırıncı aşağılığıdır. Sənədlərin hansı mərtəbədə, kimə verilməsi də məlumdur. Sadəcə olaraq sənədlər verilən zaman bizim nümayəndələrə qəbz verilməyib. Qəbz olmadığına görə də bildirirlər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb. Biz bu saxtakarlıqla bağlı bəyanat hazırlayırıq və bu bəyanatı bütün qurumlara göndərəcəyik”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!