Təhlil

Misir olayları, “şiə və sünni hilalı”, zühur...

  • News Code : 439711
  • Source : İslam Azeri
Brief

Dünya ədalət teşnəsidir. Düşmənlər də gözəl bilir ki, İmam Zaman (ə.f) zühur edəcək. Necə ki, Muhəmməd Peyğəmbəri yəhudi-sionistlər gözəl tanıyırdılar, İmam Zamanı (ə.f) da o cür gözəl tanıyırlar və onun zühurunu gözləyirlər. İmam Zamanın (ə.f) zühur əlamətlərilə bağlı hədisləri daha gözəl bilirlər və araşdırırlar. Odur ki, onlar İmamı qətlə yetirmək və Ədalətin bərpa olmasına maneə olmaq üçün o günün intizarındadırlar.

Yazımı Misir hadisələri, Mursinin hakimiyyətdən uzaqlaşdırılamsı, son zamanlar daha çox danışılan "şiə və sünni hilalı"na və s. həsr etmək istəyirəm

Parçalanmış hilal...

Misirdə baş verən hərbi çevriliş bəzilərinin zehinlərdə qurduğu və bunu reallaşdırmağa çalışdığı “sünni hilal”ını əslində iki yerə parçaladı. Reallıqda bir tərəfdə Türkiyə, Qətər digər tərəfdə isə “sünni hilal”ını vecinə almayan və özləri üçün “şiə və sünni hilalı təhlükəsi” yaradan əslində isə sionizmlə bir cərgədə duran Səud, BƏƏ , Küveyt və Bəhreyn marionetka rejimi var...

Səud rejimi sevincini gizlətmədi...

Səudiyyə Ərəbistanı Misirdəki müsəlmanların qətlə yetirilməsilə müşahidə edilən hərbi çevrilişə ilk sevinən və təbrik mesajı yayımlayan dövlət oldu. Çevrilişin baş qəhrəmanı Əbdülfəttah Sisinin də bir zamanlar Səudiyyədə Misir səfirliyində hərbi ataşe olması, hərbi çevrilişdən sonra Səudiyyəyə məruzə etməsi “torbada pişik var” deməyə əsas verə bilər. ABŞ-ın saman altından su yeritməsi, İsrailin açıq-aşkar sevincək düşməsi bu planların başları eyş-işrətə qarışan Səudiyyədə sərxoş həyatı keçirən krallar tərəfindən deyil, məhz ABŞ-İsrail diqtəsilə uzun illər ABŞ-da səfir olmuş Bender tərəfindən hazırlanması ehtimalını gücləndirir. 

Haşiyə...

Bir haşiyəyə çıxmaq istəyirəm. Bu Benderin Buşla tarixi bir şəkili var. Təsəvvür edin,  insan nə qədər ABŞ prezidentinə yaxın olmalıdır ki, onun qarşısında çox səmimi surətdə kreslonun dirsək qoyulan hissəsində otursun və məhrəmanə söhbət etsin. Hansı səfir prezidentin otağında bu cür oturar? Bunu zehinlərdə Benderin ABŞ-a necə və hansı dərəcədə yaxın olmasını açıqlamaq üçün yazdım...

12 milyardlıq hədiyyə...

Gələk Misir çevrilişinə, Səudiyyə və əlaltı ərəb rejimlərinin maliyyə dəstəyinə. Dünya mediası Misir hadisələrinin ikinci günü belə bir məlumat yaydılar ki, Səudiyyə, BƏƏ və Kuveyt birlikdə Misirin yeni hökümətinə qaytarılmamaq şərtilə 12 milyard dollar yardım edib. Bəli, bu Misirdə müsəlman hökümətini devirməsinə görə Sisi və digərləri üçün ərəb şeyxlərinin hədiyyəsi idi... Xatırladım ki, Məhəmməd Mursi Türkiyə və Qətərdən 10 milyardlıq yardım sözü almış, lakin pul gələnə kimi onun postu digərləri tərəfindən qəsb edildi.

Vəhabi “Nur” partiyası Səuddan asılı olmasını sübut etdi...

Misirdə böyük nüfuza malik olmasa da, görünəcək sayda olan vəhabilərin “Nur” partiyası da, Səudiyyə Ərəbistanının sifarişi ilə müsəlman qardaşlarının devrilməsinə göz yumdu. Hətta, “Nur” partiyası yeni hökümətin baş nazir seçməsində önəmli rola belə, malik oldu. Bu isə, “Nur” partiyasının Sisi ilə əvvəlcədən razılığa gəlməsindən xəbər verir. Məhz Bəradeyi vəhabilərin partiyasının etirazı ilə baş nazirlik postundan uzaqlaşdırıldığı önə çəkildi.

İranın mövqeyi...

İranın mövqeyi bu məslədə necə oldu? İran “İxvanul Muslimin”in səhvlərini açıq-aşkar açıqladı. Lakin İran, müsəlman hərəkatın sionizm hərəkatı ilə əvəz olmasından narahat olduğunu dəfələrlə açıq bəyan etdi. Hətta Misirin hazırki XİN-i İranı Misirin daxili  işlərinə qarışmaqda ittiham etdi. Bir haldaki, Türkiyə Misirdəki hadisələrlə bağlı həyəcan siqnalı çalmaqdadır.  

Yenə bir haşiyə... Bu məsələdə də, bir haşiyəyə çıxmaq istəyirəm. Bəs Misirin indiki rejimi İrana niyə belə reaksiya verdi? Misir rejimi bilir ki, İran bir məsələyə ciddi qarışanda orada öz sözünü deyə bilir. Buna misal üçün Suriya, Qəzzada 22 günlük müharibə və Livan “Hizbullah”ını göstərmək olar. Odur ki, Misir rejimi telekanallar vasitəsilə bəzilərinin “kəsərəm, dağıdaram”dan daha çox mollaların sözündən narahat olduğunu biruzə verdi...

ABŞ zahirdə gözləmə mövqeyində...

ABŞ isə Mursinin devrilməsindən əvvəl “seçkilərin qalibi olmaq demokratik olmaq deyil” demişdi. Bu günlərdə isə,  “Mursi höküməti demokratik deyil” kimi açıqlamaları, 10 iyulda isə  Ağ Ev sözcüsü Jay Carney “Misirdəki hadisələri anlamağımız və düzgün dəyərləndirməmiz üçün zamana ehtiyac var” deməsi zahirdə gözləmə mövqeyini göstərir.

ABŞ niyə açıq-aşkar dəstək vermir?

Türkiyənin İsraillə əlaqələrinin açıq-aşkar isti olduğu halda, Ərdoğana belə bir “zərbə” ABŞ-dan gələrsə Türkiyədəki müsəlmanların əksəriyyətinin yeni təyin etdiyi “Əsəd və dostları” düşmən obrazının yenidən “ABŞ, İsrail”lə dəyişmə ehtimalı böyükdür. Odur ki, böyük oyunlarda hökümətlər deyil, xalqlar əsas rol oynayır. Bunu ABŞ bilir və mümkün dərəcədə Türkiyə müsəlmanlarının yadından İsrail cinayətlərini çıxarmaq üçün çalışır.

“Şiə və sünni hilalı” İslamı parçalamaq üçün ortaya atılıb...

Tarixlər boyu, şiə və sünni arasında qarşıdurma yaratmaq, fitnə salmaq və aralarında müharibə yaratmaq üçün İslam düşmənləri müxtəlif planlar cızmışlar. Kifayət qədər belə faktlar tarixdə mövcuddur.  Odur ki, “şiə hilal”ını ortaya atmaqla “sünni hilal”ı yaratmaq cəhdi də, məhz İsrail və ABŞ-ın “qulaq pıçıltıları” ilə olmuşdur. Çünki, şiə və sünninin vəhdət halında olması dünya imperialistləri üçün böyük təhlükədir.  Qəzzadakı sünnilərin məhz ən böyük dəstəyi şiələr tərəfindən verilməsi danılmaz bir faktdır. Hətta 22 günlük müharibədən sonra İran ilk dəfə olaraq “Qəzzaya yardım etdik” açıqlamasını verdi. Bunun səbəbi məhz, “şiə hilal”ı kabusunu yaradanlar üçün önləyici addımlar idi. Və ya Livan “Hizbullah”ı Bosniya-Hersoqovinada döyüşdüklərini açıqladılar. Seyid Nəsrullah “orada sünniləri müdafiə etdik” kimi açıqlamar verdi. Bu da “şiə hərəkatı”nın məzhəbçilikdən uzaq olduğunu sübut etmək üçün edilən açıqlama idi.

Həqiqətdə nə baş verir?

Dünya ədalət teşnəsidir. Düşmənlər də gözəl bilir ki, İmam Zaman (ə.f) zühur edəcək. Necə ki, Muhəmməd Peyğəmbəri yəhudi-sionistlər gözəl tanıyırdılar, İmam Zamanı (ə.f) da o cür gözəl tanıyırlar və onun zühurunu gözləyirlər. İmam Zamanın (ə.f) zühur əlamətlərilə bağlı hədisləri daha gözəl bilirlər və araşdırırlar. Odur ki, onlar İmamı qətlə yetirmək və Ədalətin bərpa olmasına maneə olmaq üçün o günün intizarındadırlar. “Şiə, sünni hilal”ı, nə bilim “şiə təhlükəsi” də məhz bu şəxslər tərəfindən ortaya atılıb. İmam Zaman (ə.f) düşmənləri yaxşı bilirlər ki, sünniləri (vəhabi və sionist zehniyyətinə bulaşmamış) İmam Zaman (ə.f) düşməni edə bilməyəcəklər. Odur ki, sünni gücləri bir tərəfdə, şiə gücləri isə digər tərəfdə zəiflətmək onların əsas hədəfidir... 

Amma həmd olsun Allaha ki, Allahın istədiyi olacaq və bizlər görsək də, görməsək də İmam Zaman (ə.f) İnşə-Allah zühur edəcək. Bütün pak müsəlmanlar O Həzrətin bayrağı altında birləşəcək və Ədalətli bir Dünyanın nağıl olmadığının şahidi olacaqlar. Allah Təala bu mübarək aya xatir bizləri də İmam sevənlərdən qərar versin.

 

Ramin Bayramov

İslamazeri.az-ın baş redaktoru


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!