ABŞ-ın Azərbaycanla bağlı şok planı

Maksim Şevçenko: Boston faciəsində “qafqaz izlərinin” tapılması təsadüf deyil

  • News Code : 412976
  • Source : Haqq Yolu Qafqazİnfo-ya istinadla
Brief

Şevçenko: “...Mən əminəm ki, bu Qafqaz izinin sığınacağı altında onlar Azərbaycanda, Qafqazda öz döyüş bölmələrini yerləşdirmək üçün qanuni siyasi imkan əldə edəcəklər və onu “anti-terror bölməsi” adlandıracaqlar...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko Boston faciəsində ABŞ-ın Azərbaycanla bağlı planlarının “izlərindən” danışıb. Politoloq Boston faciəsində “qafqaz izlərinin” tapılmasının heç də təsadüf olmadığını bildirib:

“Axı istənilən yəmənli, Səudiyyə Ərəbistanından olan birini, “Əl Qaidə”ni göstərmək olardı. Lakin Qafqaz radikalları seçildi. Amerikalılar bilmirlər Dağıstan haradır, lakin onlar görünür Çeçenistanın nə olduğunu bilirlər”.

Onun sözlərinə görə, gələn il Əfqanıstandan NATO qoşunlarının çıxarılmasına başlanacaq və qoşunlar Azərbaycandan keçəcək. Bu terror isə ABŞ-a imkan verəcək ki, burada əhəmiyyətli dərəcədə qoşun saxlasın: “Xüsusilə də radarı saxlayıb-saxlamamaqla bağlı ətrafında bu qədər müzakirələr gedən Azərbaycanın şimalında yerləşən Qəbələ stansiyası, keçmiş sovet hərbi bazasında. İki il əvvəl orada hərbi-nəqliyyat təyyarələrini qəbul edə biləcək böyük, müasir aerodrom inşa edildi. Mən əminəm ki, bu Qafqaz izinin sığınacağı altında onlar Azərbaycanda, Qafqazda öz döyüş bölmələrini yerləşdirmək üçün qanuni siyasi imkan əldə edəcəklər və onu “anti-terror bölməsi” adlandıracaqlar. Hesab edirəm ki, bu Rusiyanın maraqlarına birbaşa zərbədir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!