Araşdırma

Dövlətçilik, yoxsa eyş-işrətçilik?

  • News Code : 410778
  • Source : Haqq Yolu
Brief

Azərbaycan varlı ölkədir. Onun yeraltı və yürüstü sərvətləri hər bir azərbaycanlının normal yaşaması üçün bəs edir. Amma bütün bu sərvət bir ailə və onun nökərləri tərəfindən mənimsənildikdə həmin xalqın həyatı zəhərə dönür…

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyini- Bu gün Azərbaycan həbsxanalarında yüzlərlə günahsız insan yalnız kübar bir ailənin hakimiyyəti altında yaşamaq istəmədiyi, onların ərköyünlüklərinə dözmədiyi, onların cinayətlərinə göz yummadığı üçün cəmiyyətdən təcrid edilib. 

Dünya bilir ki, bu hakimiyyət, əslində mafioz qruplaşma xalqın hesabına yağ-bal içində üzür. Azərbaycan varlı ölkədir. Onun yeraltı və yürüstü sərvətləri hər bir azərbaycanlının normal yaşaması üçün bəs edir. Amma bütün bu sərvət bir ailə və onun nökərləri tərəfindən mənimsənildikdə həmin xalqın həyatı zəhərə dönür. Ölkədə gərginlik, narazılıq artır, korrupsiya ərşə dirənib, intiharda birinci yerə iddialıyıq. Bəli, bir ovuc allahsız kral həyatı yaşayır, millət can verir.

Əliyevlərin cinayətləri kimsəyə sirr deyil...

-Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı hesabata görə Qərbdə Azərbaycan hakimiyyətinin qeyri-legitim olmasından istifadə edib varlanmaq istəyən bir qrup üçün Ilham Əliyev və onun yaxın komandası var-dövlət mənbəyinə çevrilib. Bu da Azərbaycanda siyasi mühitin bulanmasının ciddi səbəblərindən biri olub.

-ABŞ prezidenti Obama açıq bəyan etdi ki, Amerikanın razılığı olmadan Israillə Irana qarşı birləşən dövlətlər doğru yolda deyillər. Elə bu açıqlamadan iki gün sonra Israil və Qərb mediasında yazıldı ki, Azərbaycanın cənub bölgəsində şərti adı “Azərbaycan” olan Israil hərbi bazası yaradılır.

-Bakıda yüzlərlə sakinin evi söküldü, mülkü əlindən alındı. Bir sözlə, bu proses o həddə çatdı ki, hətta təqaüd fondunun iki aylıq pulu bura xərcləndi. Bütün bunların əsas səbəbkarı qanunları tapdaq altına atan Əliyevlərin ailə hakimiyyətinin biznes maraqları idi.

-Azərbaycan hakimiyyəti hələ də aydınlaşdıra bilməyib ki, Elşad Abdullayevin yaydığı videolar kabusdur, yoxsa gerçək? Ilham Əliyev, Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudov, Vilayət Eyvazov başda olmaqla, iri və orta ranqlı məmurların, siyasilərin deputat mandatı alveri, adam oğurluğu və qətli məsələlərində adı hallandı. Və bütün bunlar video-söhbətlərlə təsdiqləndi.

-2012-ci ildə Əliyev əvvəlcə MDB dövlət başçılarının sammitinə qatılmadı. Azərbaycan Rusiyaya su qiymətinə icarəyə verdiyi Qəbələ RLS-in icarə haqqını 7 milyondan 300 milyona qaldırdı. Rusiya isə bu təklifi rədd etdi və RLS-dən imtina etdi.

Bütün bunlar həm də Rusiyada Azərbaycanın ən tanınmış milyarderlərinin Ilham Əliyev əleyhinə bir təşkilat yaratması ərəfəsində baş verdi.

-MTN-nin ölkəni tərk etmiş əməkdaşı açıqladı ki, bir müddət əvvəl Naxçıvanda xüsusi xidmət orqanlarının rəsmi binasında həyatını itirən Turac Zeynalov öldürülüb. Onu asaraq, işgəncə ilə qətlə yetiriblər. Naxçıvan aeroportunda işləyən Turac hansısa məxfi sənədləri görüb, bu tipli hadisələrə şahid olub.

-Mandat alverində şahid kimi iştirak etmiş Sevinc Babayeva Istanbulda şübhəli şəraitdə öldü. Sevinc Babayeva Ramiz Mehdiyevin Elşad Abdullayevdən aldığı pulları saymağına belə, şahid olan, iki müxtəlif pasport və kimlik əldə etmək dərəcəsində məxfi imkanlara malik olan şəxs kimi, bu prosesdə mühüm həlqələrdən biri idi. Türkiyə və Azərbaycan mediasında onun dünyasını necə dəyişməsilə bağlı ciddi şübhələr olduğu yazılır. “Mafiya şahid saxlamır”, amma mərhumənin sonuncu şahid olmadığı da ortadadır.

* * *

Bütün bu cinayətlərin fonunda Ailə eyş-işrətdədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Parisdə Azərbaycanla bağlı sərgiyə qatılıb. Bu həmin ermənipərəst Parisdir! Gözlər kor ola görməyə!

“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan "Home, sweet home" ("Doğma ev") mövzusunda sərgi təşkil edilib. Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulovun və digərlərinin müasir və miniatür əsərləri ilə tanış olmuşlar. Sərgidə Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın "Yenidən emal" ("Recycle"), Altay Sadıqzadənin "Pilləkənin başında", Fərid Rəsulovun "Anonim" əsərləri xüsusi maraqla qarşılanıb.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu sərginin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların arasında yerləşən Azərbaycan mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil edildiyini, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyinə diqqət çəkmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın müstəsna rolu vardır.

"Yarat" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı sərginin fəaliyyəti baradə söz açmış, sərginin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən artıq bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırmışdır.

Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyət nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

* * *

Leyla Əliyevanın "Beyin" əsəri… "Yarat" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova… Kübar bir aləm! Dəqiqəsi milyonlara başa gələn Paris günləri. Kimdir Aida Mahmudova? Bir zaman Bakı Caz mərkəzində heyvanların müdafiəsinə həsr olunmuş xeyriyyə konsertində iştirak edən “Yarat” təşkilatının rəhbəri Aida Mahmudova tədbirdə həm də tezliklə işıq üzü görəcək “Nargiz” jurnalının baş redaktoru kimi çıxış etdi. O, hamını sahibsiz heyvanlara qarşı biganə qalmamağa və kömək etməyə çağırdı. Jurnalın adı Nərgiz Paşayevanın şərəfinə adlandırılıb. Leyla Əliyeva “Bu jurnal bizim öz ekspertlərimizin münasibətidir və bizim üçün uyğunlaşdırılmış jurnaldır. Biz bu dərgi vasitəsilə əlçatmaz saydığımız ulduzları bir az da yaxınımızda hiss edəcəyik”. Nərgiz Paşayevanın qızı (indi bilindi ki, Aida kimdir) Aida Mahmudova sözügedən jurnal barədə: “Bu ideya mənim bacım Ülviyyənin çoxdankı arzusu idi. Jurnal həyatımızın müxtəlif sahələrindən, dəb, incəsənət, mədəniyyət və s. bəhs edir”. Ystə gəl “Beyin”!

Amma bu qızlar haqqında dünya mətbuatına min bir gecə nağılını kölgədə qoyan məqalələr çıxır. Bir daha nəzər salsaq pis olmaz. Ən azı rejimin xəfiyyəsi tərəfindən başı özünə qarışdırılan müxalifət, ziyalı zümrə, dindarlar ayılar, bir-birlərinin yaxasını buraxıb əsil düşmənin sorağına gedər…

Mətbuat yazır ki, Bakının ən gözəl guşələrindən birində göyə ucalan Alov Qüllələri, Heydər Əliyev mərkəzi, Şahdağ turizm kompleksi, lüks villalar Azərsun holdinqin Azərbaycanda uğur hekayəsidir.

ICIJ (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının apardığı araşdırma göstərir ki, bu uğur hekayəsinin arxasında həm də böyük bir korrupsiya dayanır – Azərbaycan prezidentinin, onun övladlarının və xanımı Mehriban Əliyevanın ofşor şirkətlər vasitəsilə təmin etdiyi biznes maraqları.

Stefan Candeanın əldə etdiyi sənədlər göstərir ki, iş adamı Həsən Gözəl (Hassan Gozal) Vircin Adalarında 2008-ci i


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!