Allah Hammımızın Aqibətin Xeyrə Calasın

Masallı Dindarlarının tutdurulmasında rolu olan “Qiyas Təhməzov” kimdir? + Foto

  • News Code : 402619
  • Source : Xeber 44
Kərbəla bir ölçüdür.Kim Kərbəlanın yanındadırsa haqqı yanında,zalimin qarşısında,kim Kərbəlanın qarşısındadırsa,haqqın qarşısında,zalimin yanındadır!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- O gün zamanın ən böyük fiqh(islam hüququ) aliminə dedilər: Hüseynin (ə) dindən çıxmasının fətvasını ver! Şüreyh qazi, bunu edə bilməyəcəyini bildirdi. Amma 2 kisə qızıl onun bu fikirdən daşındırdı və həmin fətvanı verdi.Nə idi Şüreyh qazini bu işə vadar edən?Desək elmi yox idi,yalan olar. Hz.Əli (ə) onun elminə şəhadət vermişdi.Bu insanin imanı yox idi desək yenədə,yalan olar.

Hər gün zikrlər, ibadətlər Şüreyh qazinin həyat proqramı idi. Onda olan iman zəif ,nəfsi ağır idi. Bəs nə idi bu tarixi səhv ki, dünyanın ən bədbəxt insanı kimi onu tarixə həkk elədi? Şüreyh qazi təslim ola bilməmişdi. Hər şey yerli yerində idi, lakin Allaha təslimiyyət yox idi. Elə dövrümüzün dırnaqarası qaziləri kimi. Söhbətimizin açarını salaq qıfıla, bir səyahət edək, görək kimdir Qiyas Təhməzov? Masallı rayonunda “Mirqiyas ağa” kimi tanınan bu seyid, Qafqaz Müsəlmanlar İdarəsinin cənub bölgəsi üzrə 7 rayonun qazisidir. Sovet dönəmindən nüfuzlu bir molla kimi tanınan bu adama, Masallı rayonunda elə hörmət göstərilir ki,insanlar əllərini onun çiyninə sürtüb təbərrük edir, o məclislərə daxil olarkən ayağa qalxır, kəbinlərini xüsusilə ona kəsdirir, cinayətlərdə, qəzalarda barışığa onu aparır, xeyir-şərlərində ilk duanı ona tapşırırlar. Masallının mərkəzində yerləşən cümə məscidinin yaxınlıqında QMİ –nə məxsus olan kiçik bir binada səlahiyyətli vəzifəsini icra etdirən Qiyas Təhməzov, həmin kiçik binanın ətrafında olan, mülkiyyətcə dövlətə məxsus olan torpaq sahəsini mənimsəmiş,əvvələr adına QMİ-məxsus olan inzibati bina tikilir deyərək, şəxsi ev tikmişdir. Bəli!Bu gün bu imtiyazların əsas səbəbi, yüksək rütbəli , vəzifəli şəxslərin alətinə çevrilməkdir.Hardan deyirik bu sözü?Sentyabrda, döyülərək, şərlənərək, təhqir olunan, zülm edilərək həbs olunmuş dindarları, cəmiyyətə xain,günahkar tanıtdırmaq üçün biləvasitə Qiyas Təhməzovdan istifadə olundu. Məhərrəm ayında, əlinə bir siyahi verilən bu adam, Masallı rayonunun kəndələrinin, qəsəbələrinin bütün məclislərində xüsusi çıxışlar edərək, dindarları ləkələyərək “dini bölən” “dini parçalayan” “vəhabi” “mehdiçi” “nurçu” kimi tanıtdırdı. Təbii ki,bu ona tapşırılmış bir vəzifə idi. Təəccüb burasındadırki, Masallı camaatı heç vaxt bu adamın dilindən eşitməyibki, hansısa məclisdə, sadaladağı məzhəblərin ölkədə ayaq açıb təbliğat etdiyinin mənbəsindən danışsın. Nurçuların məktəblərimizə, kanallarımıza, ordumuza sirayət etdiyi təbliğat metodunun, məgər rəsmi formada planlaşması bu adama aydın deyilmi? Qiyas Təhməzovun oğlu olan Mirxas Təhməzov Masallı polis idarəsində polis vəzifəsində çalışır. Özü yetməzmiş kimi, oğluda bu işdə qabaqcıl sıralarda dayandı. Dindarların döyülməsində iştirak edən Mirxas, hələ şahid kimi gəlib polis yoldaşları ilə dindarların məhkəməsində yalan şahidlik etdilər. Məhkəmə prosesini izləyən hər bir şəxs onların absurd, şər,böhtan səsləndirdiyi iddihamları gələcək nəsillərə çatdıracaqlar. Biz əminik, tarix sizlərin cavabını verəcək!

Bir gün biri İmam Baqir ağadan sual edir. Aga: Bəzi insanlar var ki,o insanlar sizinlə müxalif olan insanlara xoş gəlsin deyə, sizin tərəfdarınız olan insanları, böhtanlayırlar, şərləyirlər. O insanlarla bizim rəftarımız necə olmalıdır?

Ağa buyurdu: Siz onları hər yerdə ifşa etməlisiniz ki, bu ləkə onlardan və onların gələcək nəsillərindən silinməməlidir.

Bəli! Kərbəla bir ölçüdür. Kim Kərbəlanın yanındadırsa haqqı yanında, zalimin qarşısında, kim Kərbəlanın qarşısındadırsa, haqqın qarşısında, zalimin yanındadır! 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!