Araşdırma

Bu il Mövsüm Səmədovun azadlığa buraxılması realdır

  • News Code : 383853
  • Source : Birlik.az
Hakimiyyət seçkilər öncəsi AİP sədrinin həbsi ilə başlanan dindar həbsləri prosesini onu azadlığa buraxmaqla yekunlaşdıra bilər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Yanvarın 7-də İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsinin iki ili tamam oldu. 2011-ci il yanvarın 7-də polis M.Səmədov və yanında olan bir neçə partiya fəalını həbs etdi. Sonrakı günlərdə AİP sədrinin Qubada yaşayan yaxın qohumları, eləcə də partiyanın Astara təşkilatının sədri, eləcə də Masallıda, Gəncədə partiya fəalları, ruhanilər həbs olundu.Daha sonra onlara qarşı qanunsuz silah saxlama, narkotik vasitə, eləcə də dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət işi açıldı. Ancaq həm ictimaiyyət, həm də həbs olunanların özləri bu ittihamları qəbul etmir. Həbslərin siyasi sifariş olduğunu iddia edirdi. Belə ki hesab olunurdu ki, Mövsüm Səmədov yanvarın 2-də AİP-in Baş Məclsiində etdiyi çıxışa görə həbs olunub. Həmin vaxt M.Səmədov prezident İlham Əliyevi kəskin şəkildə tənqid etmişdi. Hesab olunurdu ki, AİP rəhbərliyi bu çıxışın güdazına gedib. Həmin ilin oktyabrında keçirilən məhkəmədə AİP sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Masallı ruhanisi Fəramiz Abbasova 11 il həbs cəzası verib. Əslən Lənkərandan olan müstəqil ruhani Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 11 il şərti iş verildi. 2012-ci ilin mayın 17-də Bakı Apellyasiya Məhkəməsi islamçılarla bağlı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxladı. Ötən ilin sentyabrında islamçıların işi ilə bağlı Ali Məhkəməyə müraciət olundu. Qarşıdakı günlərdə islamçıların işinə Azərbaycanın ən yuxarı məhkəmə instansoiyasında baxılacaq. Bundan sonra isə vəkillərin açıqlamalarına görə, iş Avropa Məhkəməsinə daşınacaq.Qeyd edək ki, 2011-ci ilin yanvarında başlayan həbslər dalğası yalnız M.Səmədov və tərəfdarlarını deyil, bütövlükdə dini camiəni əhatə etdi. Bu gün həbsxanalarda olan və ya həbs müddətini başa vurmuş dindarların böyük bir qismi heç də İslam Partiyası ilə əlaqəsi olmayan insanlar idi.Ancaq indi gündəmdə olan əsas sual Mövsüm Səmədov və bütövlükdə məhbus dindarların nə zaman azadlığa buraxılmasıdır. Çünki bu günə qədər həm Ağır Cinayətlər Məhkəməsi, həm də Apellyasiya Məhkəməsində keçirilən proseslər göstərdi ki, İslam Partiyası liderinin (eləcə də digər məhkum dindarların) azadlığa buraxılması məsələsi siyasi hakimiyyətin qərarından asılı olacaq. Yerli məhkəmələrin siyasi qərar olmadan M.Səmədov və tərəfdarlarını azad edəcəyi inandırıcı görünmür. Eyni zamanda istənilən variantda Avropa İnsan Hüquqları Məhkəməsində islamçıların işinin baxılması azı bir neçə il apara bilər. Çünki təcrübə AİHM-də şikayətlərin araşdırılması 5-8 il vaxt apardığını təsdiqləyir. Yəni Avropa Məhkəməsinin ədalətli qərar qəbul etməsi və bunun nəticəsində islamçıların ən yaxşı halda cəza müddətlərindən əvvəl buraxılmasına ümid azdır. Eyni zamanda bir sıra faktlar təsdiq edir ki, hətta Avropa Məhkəməsinin qərarlarından sonra yerli orqanlar əlavə cinayət işləri başlamaqla AİHM-in qərarlarını neytrallaşdıra bilirlər. Jurnalist E.Fətullayev barədə AİHM-in qərarından sonra cəzaçəkmə müəssisədində məhkum jurnalistin ayaqqabısından “narkotik maddə tapıldı” və yerli məhkəmə ona əlavə iş açdı. Deməli, istənilən halda məsələ Bakıda həll olacaq. Bunun üçünsə bu il xüsusilə münbit şərait var. Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Nəticələrindən asılı olmayaraq bu proses bir çox siyasi məhbusların azadlığa qovuşması üçün əlverişli təqvim hesab olunur. Eyni zamanda hazırda ölkədə mövcud olan və proqnozlaşdırılan siyasi vəziyyət siyasi məhbusların, xüsusən də dindar kəsimdən olan məhbusların azadlığa buraxılması imkanlarını artırır. Məsələ ondadır ki, hakimiyyət də gözəl anlayır ki, son bir neçə ildə baş verənlər ölkədə sayı sürətlə çoxalmaqda olan dindar kəsimlə siyasi hakimiyyət arasında uçurumu dərinləşdirib. Məscidlərin sökülməsi, hicab, azan qadağası və nəhayət dindarların kütləvi repressiyalara məruz qalması inanclı kəsimin siyasi hakimiyyətə münasibətini xeyli dərəcədə pisləşdiirb. Hakimiyyət hər nə qədər bu addımları xarici qüvvələrə bağlamağa çalışsa da, son nəticədə zərər görən yerli dindarlar oldu və bu baxımdan məzhəbindən asılı olmayaraq inanc insanları, dindar kəsim hakimiyyətə qarşı xeyli dərəcədə narazıdır. Seçkilərə qədər bu istiqamətdə hansısa addımlar atılmasa, bütöv bir camiəni özünə qarşı qoyması ilə barışmalı olacaq. Söhbət hətta ən ehtiyatlı sorğulara görə, ümumi əhalinin 11 faizini təşkil edən aktiv kütlədən gedir.Əlbəttə, hakimiyyət bu vəziyyətin fərqindədir və ötən il din sahəsində atılan bir sıra addımlar məhz bu soyuq atmosferi yumşaltmağa hesablanmışdı. Ancaq hələ ki, vəziyyət gərgin olaraq qalır. Bu baxımdan hakimiyyətin dini camiə ilə münasibətləri düzəltməyə yönəlik addımlarından biri də həbsdə olan dindar və ruhanilərin azadlığa buraxılmasıdır. Ehtimal etmək olar ki, hakimiyyət seçkilər öncəsi özünə qarşı təzyiqləri yumşaltmaq üçün dindarları azadlığa buraxsın. Axırıncı 3 ayda dindar həbslərinin dayandığını nəzərə alsaq, belə ehtimal etmək olar ki, hakimiyyət müəyyən mənada dindarlarla “barışmağa” meyilldiir. Əlbəttə, hələlik bu barədə dəqiq nəsə demək mümkün deyil, hər şey qarşıdakı aylarda daha aydın şəkildə müşahidə olunacaq. Ancaq hesab etmək olar ki, hazırda xəstəlikdən əziyyət çəkən və həbsxana müalicə müəssisəsinə köçürülmüş Mövsüm Səmədovun azadlığa buraxılması, eləcə də digər ruhani və dindar fəalların işlərində dönüşün olması hakimiyyətin dindar kəsimə önəmli jesti ola bilər. Beləcə, həm də M.Səmədovun həbsi ilə başlayan kütləvi həbslər dalğasının onun azadlığa buraxılması ilə dayandırlılması baş verərdi. Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!