ARAŞDIRMA

Bakıda yaşayan, vəzifə tutan ermənilər...

  • News Code : 380689
  • Source : Modern
Bəzi məlmatlarda Bakı şəhərində 20 mindən, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Lakin qeyd edək ki, 1995-ci ildə ingiltərədə açıqlama verən Heydər Əliyev, Azərbaycanda yaşayan ermənilərin sayını 60 min nəfər olduğunu bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Araşdırmalara görə, hazırda Dağlıq Qarabağ istisna olmaqla, ermənilərin Azərbaycan ərazisində ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlmatlarda Bakı şəhərində 20 mindən, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir.  Lakin qeyd edək ki, 1995-ci ildə ingiltərədə açıqlama verən Heydər Əliyev, Azərbaycanda yaşayan ermənilərin sayını 60 min nəfər olduğunu bildirib.

Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə bildiriblər.

Araşdırmalar göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç çimə sirr deyil.

Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. Modern.az saytı Dövlət Statistika Komitəsinə Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə sorğu ilə də müraciət etmişdi.

Lakin əhalinin milli tərkibi ilə bağlı sorğumuzu cavablandıran Dövlət Statistika Komitəsindən Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə məlumat verilməyib. Yalnız o qeyd edilib ki, Azərbaycanda yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb və bu rəqəm 120 min 300 nəfərdir.

Bəs Bakıda yaşayanlar...?

Belə görünür ki, hazırda Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya yəhudilər, ya da da başqa millətlər kimi... 

Axı siyahıyaalınma zamanı əhalidən hansı milliyətdən olduğu soruşularkən sorğu olunanlar könüllü olaraq hansı milliyətdən olduğunu bildiriblər.

Bu isə təbii ki, həmişə biclik və hiylə nümayiş etdirən ermənilərə yaxşıca imkan yaradıb ki, milliyətlərini gizlətsinlər...

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdi. Araşdırmamaıza görə, DSK-nın 1999-cu ildə keçirdiyi siyahıyaalmada Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığı qeydə alınıb. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməmişdi. Bu dəfəki siyahıyaalma zamanı görəsən neçəsi bunu edə bilib?

Dövlət Statistika Komitəsinı bununla bağlı ünvanladığımız sualımız açıq qalıb...

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər.

Məsələn, bu il iyunun 22-də Avropa Şurası Parlament Assambleyasının yay sesiyasında Azərbaycan qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxışı zamanı müzakirələrdən əvvəl danışan Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycan əleyhinə dediyi yanlış açıqlamalara münasibət bildirib. Q.Paşayeva Ermənistan prezidentinin Azərbaycanda irqçilik və ermənifobiyanın olması barədə iddialarına belə cavab verib: “Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Və ölkədə heç bir irqçilik və ermənifobiyası yoxdur. Əgər bu belə olsaydı, bu gün bizim aramızda 30 minə yaxın erməni yaşamazdı. Amma siz Ermənistana gedəndə soruşun ki, orada sizə bir azərbaycanlı göstərsinlər. Onlar bunu göstərə bilməyəcəklər. Çünki etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları öz evlərindən qovublar”.

Hazırda aramızda yaşayan Bakı erməniləri ilə bağlı onu da qeyd etmək lazımdır ki, onlar bir çox hallarda heç nədən çəkinmədən alnıaçıq gəzməyi, milliyətlərini gizlətməməyi də bacarır, hətta Bakıda məhkəmələrdən öz xeyirlərinə qərarlar da çıxartdıra bilirlər.

2009-cu ilin mayında Azərbaycan Ali Məhkəməsində milliyətcə erməni olan şəxsin - Nora Vartanesovna Varaqyanıb Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı qaldırdığı kassasiya şikayətinə baxılıb.

Bu erməni qadın polis idarəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti edib. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. İşə yenidən əvvəlki instansiyada – Bakı Apelyasiya Məhkəməsində baxılmasına qərar çıxarıb.

Nora Vartanesovna Varaqyan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilk illərdə - 1991-ci ildə Nəsimi rayonunda yaşadığı ünvandan qeydiyyatdan çıxıb. Sonradan isə heç bir ünvana qeydiyyata düşməyib. 2007-ci ildə isə Nəsimi rayon Polis İdarəsinin pasport və qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Nəsimi rayon Polis İdarəsi pasport və qeydiyyat şöbəsi tərəfindən isə onun müraciətini qeydiyyatdan çıxdığına görə rədd edilib.

Bundan sonra N.Varaqyan yerli məhkəmə instansiyasına Nəsimi rayon Polis İdarəsində vəzifəli şəxsin hərəkətlərindən şikayət edib. Nəsimi rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi N.Varaqyanın iddiasını təmin etməyib. Belə olan təqdirdə, o, Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə erməni qadının xeyrinə qərar çıxararaq Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. İşə yenidən Bakı Apelyasiya Məhkəməsində baxılıb, lakin Varaqyanın iddiası təmin edilməyib.

Bakıda yaşayan ermənilər dəfələrlə məhkəmələrdə mülk iddiaları da qaldırıblar və təəssüf ki, bir sıra hallarda məhkəmələr nəyinsə müabilində, kiminsə təzyiqi ilə onların xeyrinə qərarlar çıxarıb...

Bəzi ekspertlər deyirlər ki, Azərbaycan hökuməti Bakıda qohumlarının qanadları altında gizlənib özlərini rahat hiss edən və səsləri çıxmayan erməniləri danışdırmalıdır. Onlar beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar heç bir sıxıntıları yoxdur...

Aşağıda Dövlət Statistika Komitəsinin 1999-cu ildəki siyahıya alınması zamanı Azərbaycanda yaşayan ermənilərlə bağlı qeydə alınan statistikanı diqqətinizə çatdırırıq.

 

1999-cu ilin siyahıyaalınmasına görə

Yaşayış məntəqəsi

Ermənilərin sayı (nəfər)

Bakı şəhəri

378

Sumqayıt şəhəri 

21

Şirvan şəhəri 

1

Gəncə şəhəri 

32

Mingəçevir şəhəri 

5

Naxçıvan MR

17

Abşeron rayonu

7

Ağcabədi rayonu

2

Ağstafa rayonu

7

Balakən rayonu

3

Bərdə rayonu

6

Beyləqan rayonu

7

Cəlilabad rayonu

1

Daşkəsən rayonu

6

Şabran rayonu

1

Gədəbəy rayonu

7

Goranboy rayonu

8

Göyçay rayonu

3

İmişli rayonu

1

İsmayıllı rayonu

5

Kürdəmir rayonu

2

Lənkəran rayonu

5

Masallı rayonu

3

Neftçala rayonu

1

Oğuz rayonu

5

Qax rayonu

5

Qazax rayonu

7

Qəbələ rayonu

7

Quba rayonu

7

Qusar rayonu

3

Saatlı rayonu

1

Sabirabad rayonu

1

Salyan rayonu

2

Şamaxı rayonu

4

Samux rayonu

4

Şəki rayonu

7

Şəmkir rayonu

22

Siyəzən rayonu

1

Tovuz rayonu

18

Ucar rayonu

3

Xaçmaz rayonu

10

Göygöl rayonu

8

Yevlax rayonu

6

Zaqatala rayonu

1

Ağdam rayonu

2

Xankəndi şəhəri 

43500

Kəlbəcər rayonu (keçmiş Ağdərə 
rayonunun ərazisinin bir hissəsi də daxildir)

9794

Şuşa rayonu

1140

Tərtər rayonu (keçmiş Ağdərə 
rayonunun ərazisinin bir hissəsi də daxildir)

23056

Xocalı rayonu

12929

Xocavənd rayonu

29593

Bütün ölkə üzrə

120,745

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!