İslamçıların “Avropa yolu”.

AİP sədrinin işi yerli instansiya məhkəmələrində niyə yubadılır?

  • News Code : 373637
  • Source : Birlik
Gələn ay həbsinin iki ili tamam olan AİP sədri Mövsüm Səmədov və islamçıların Avropa Məhkəməsi yolunda gözləntiləri

Ancaq bir şey aydındır ki, AİHM-in Mövsüm Səmədov və islamçıların işi ilə bağlı qərarı növbəti dəfə Azərbaycan dövlətinin imicinə mənfi təsir gösətərcək, hökumət böyük ehtimala yüksək məbləğdə kompensasiya ödəməyə məcbur ediləcək. Bundan başqa islamçıların günahsız olaraq həbs olunması məsələsi beynəlxalq qurumların gündəminə daşınacaq və AŞ PA-nın Azərbaycana tələblərinin sırasına islamçıların azadlığa buraxılması məsələsi də salınacaq. Və mümkündür ki, hökumət gələn ilki seçkilər öncəsi və yaxud sonrakı mərhələdə beynəlxalq təzyiqləri azaltmaq üçün siyasi məhbusların, o cümlədən islamçıların azadlığa buraxılmasını təmin etsin.

2011-ci ilin yanvarında həbs olunmuş İslam Partiyasının sədri Mövsüm Səmədov və daha bir neçə islamçının işinə Ali Məhkəmədə baxılacağı gözlənilir. Hələlik məhkəmə prosesinin vaxtı bəlli deyil. Ancaq Ali Məhkəmənin əvvəlki instansiya məhkəmələrnin verdiyi qərarı ləğv edəcəyinə çox az adam inanır. Bu səbəbdən də şərti olaraq “islamçılar” adlanan qrupun işi böyük ehtimalla Avropa İnsan Hüquqları Məhkəməsinə daşınacaq. Təbii ki, dövlət başçısı onları bu müddətdə əfv etməsə. Hazırda bu çox az ehtimal olunur.

Əslində, islamçılar Avropa Məhkəməsinə müraciət etməyə əvvəldən hazırlaşıblar. Hələ payızda elan olundu ki, Mövsüm Səmədovun hüquqlarını Avropa Məhkəməsində vəkili Anar Qasımlı ilə yanaşı, məşhur fransalı vəkil Andre Çami də müdafiə edəcək. Payızda Bakıda olan Çami M.Səmədovun işi ilə bağlı məlumat toplayıb. Bundan başqa mətbuatda Andre Çaminin AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserlə görüşərək Mövsüm Səmədovun işi ilə bağlı müəyyən müzakirələr apardığı haqda xəbərlər dərc olundu. Fransalı vəkil M.Səmədovu siyasi məhbus adlandırıb və azadlığa buraxılması üçün Avropada əlindən gələni edəcəyini deyib.

Ancaq qeyd olunduğu kimi, AİP sədrinin işi hələlik Ali Məhkəmədə yubadılır. Xatırldaq ki, Mövsüm Səmədov və partiyanın rəhbərliyinə daxil olan bir neçə nəfər, eləcə də M.Səmədovun bir neçə yaxın qohumu və AİP üzvü olmayan bir neçə ruhani 2011-ci ilin yanvarında həbs olunub. Onlara qarşı qanunsuz silah saxlama, narkotik vasitə, eləcə də dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət işi açılıb. 2011-ci ilin oktyabrında Ağır Cinayətlərə dair Məhkəmədə hakim Eldar İsmayılov məhkəmə heyəti AİP sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Masallı ruhanisi Fəramiz Abbasova 11 il həbs cəzası verib. Əslən Lənkərandan olan müstəqil ruhani Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 11 il şərti hökm oxunmuşdu. Qeyd edək ki, AİP sədrinin müavini Vaqif Abdullayev bu ilin yayında həbsxanada dünyasını dəyişib.

2012-ci ilin mayın 17-də Bakı Apellyasiya Məhkəməsi islamçılarla bağlı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qanuni prosedurlara əsasən, Ali Məhkəmənin qərarından asılı olaraq Mövsüm Səmədov və onunla həbs olunanların işi Avropa Məhkəməsinə göndəriləcək. Ancaq görünən odur ki, AİP sədrinin işi yerli instansiya məhkəmələrində yubadılır. Artıq iki il tamam olur və hələ ki Ali Məhkəmənin qərarının olmaması belə deməyə əsas verir ki, islamçıların işi Azərbaycanda uzun müddət ləngidiləcək. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərə baxılma müddəti 6-8 il çəkir, o zaman yaxın illər üçün Avropa Məhkəməsindən M.Səmədovun azadlığa buraxılmasında rol alacağını düşünmək sadəlövlük olardı. İlk növbədə ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, AİHM bir qayda olaraq Azərbaycandan gedən şikayətlərə 6-8 il ərzində cavab verir. Məsələn, ötən həftə Azərbaycanla bağlı 10 şikayət üzrə AİHM-in qərarı elan olundu. Ancaq bu şikayətlər 2003-cü il prezident seçkiləri zamanı baş verən hadisələrlə əlaqədər idi, yəni təxminən 8 il yubanmışdı. AİHM üzrə Azərbaycandan olan tanınmmış vəkil İntiqam Əliyev bunu AİHM-də kadr çatışmazlığı və şikayətlərin çox olması ilə izah edib. Ancaq fakt faktlığında qalır ki, şikayətlərə baxılması uzun zaman alır.

İkinci bir məqam Azərbaycan hakimiyyətinin AİHM-in qərarlarına münasibətidir. Məsələn, AİHM iki il əvvəl həbsdə olan jurnaıist Eynulla Fətullayevin həbsinin qanunsuz olduğu və dərhal azadlığa buraxılması ilə bağlı qərar çıxarsa da, həmin ərəfədə cəzaçəkmə müəssisəsində E.Fətullayev üçün yeni bir cinayət işi açıldı və Fətullayev faktiki olaraq yeni ittihamla həbsdə saxlanıldı. Yalnız 2011-ci ildə ölkə başçısı jurnalisti əfv etdikdən sonra o azadlığa çıxdı.

Avropa İnsan Hüquqları Məhkəməsinin Mövsüm Səmədovun işi ilə bağlı ədalətli qərar verəcəyi şübhə doğurmur. Prosesə qoşulan fransalı təcrübəli vəkilin Səmədovun günahsız olmasını sübut etməkdə xüsusi rol oynayacağı aydındır. Ancaq AİHM-in qərarı və eləcə də Avropa Şurasının M.Səmədovla bağlı hökumətə təzyiqlərinin müsbət nəticə verəcəyini indiki halda proqnozlaşdırmaq mümkün deyil.

Ancaq bir şey aydındır ki, AİHM-in Mövsüm Səmədov və islamçıların işi ilə bağlı qərarı növbəti dəfə Azərbaycan dövlətinin imicinə mənfi təsir gösətərcək, hökumət böyük ehtimala yüksək məbləğdə kompensasiya ödəməyə məcbur ediləcək. Bundan başqa islamçıların günahsız olaraq həbs olunması məsələsi beynəlxalq qurumların gündəminə daşınacaq və AŞ PA-nın Azərbaycana tələblərinin sırasına islamçıların azadlığa buraxılması məsələsi də salınacaq. Və mümkündür ki, hökumət gələn ilki seçkilər öncəsi və yaxud sonrakı mərhələdə beynəlxalq təzyiqləri azaltmaq üçün siyasi məhbusların, o cümlədən islamçıların azadlığa buraxılmasını təmin etsin.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!