Türkiyəli Politoloqun Analizləri...

Türkiyənin Suriya siyasətlərindəki çox önəmli dəyişilikləri

  • News Code : 360985
  • Source : ABNA- xəbər agentliyi
Türkiyə; Rusiya, İİR və Çin ilə qarşı-qarşıya gəlməsini, üstəlik ABŞ tərəfindən açıq şəkildə, yolda tək buraxılmasını və Hələbdə də döyüşün Kürd-Ərəb qarşıdurmasına çevrilməsinin şokunu, artıq yavaş-yavaş hiss etməyə başladı. Yəni Suriyanın bir çıxmaz dalan olduğunu bizimkilər yeni anladı. Bu da o, deməkdir ki, "Əməvi Məscidində" namaz xəyalı boşa çıxdı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə höküməti ABŞ və Avropa Birliyinin Suriya məsələsi ilə bağlı yürütdüyü səhf siyasətlərin qurbanına çevrildi. Belə ki, Xristian və Yəhud brliyi meydanı suvararaq Türkiyəni, müqavmət cəbhəsinin öndəri olan qardaş Suriya ilə üz-üzə qoyaraq, özləri meydanı növbəti dəfə tərk edib kənara çəkildilər...

Bu barədə, Türkiyənin məhşur təhlilçilərindən sayılan Məhərrəm Bayraktar yenimesaj.com.tr saytında yazdığı təhlillərində belə deyir:

Rusiya ilə gərginlik həddi keçir. CIA-nın qazına gələrək endirilən Suriya təyyarəsindən əslində bir neçə elektron hissədən başqa bir şey çıxmadığını, Rusiya Dövlət Başçısı Putinin "heç kim bizə kimə necə silah satacağımıza dair ağıl verə bilməz, əks halda nəticələrinə dözməlidir" bəyanatından sonra Rusiya xarici işlər naziri Lavrovun "tapdığınız silahları açıqlamanızı gözləyirik "deyə incə əyar sözlərinin nə anlama gəldiyini hər kəs çox yaxşı bilir.

Rusiya, Suriya və Əsədə sona qədər dəstək verir və bu barədə zərrə qədər geri addım da atmır. Çünki Əsədin getməyəcəyi siyasətini oynayır.

Hal-hazırda bu siyasəti oynayanlar "mənfəətli durumdadır!"..

Və axırıncı təyyarə endirmə qalmaqalının ardınca, Putinin Türkiyəyə gəlmə ehtimalının xeyli zəiflədiyini söyləməliyik.

Türkiyəni istifadə edib çınqıl kimi atan ABŞ-dan isə təəccüblü məlumatlar gəlir...

ABŞ prezidenti Obama seçim səbəbindən etdiyi televiziya çıxışında Rusiyadan gələn "Amerika, Suriyalı müxaliflərə silah verir" açıqlamasına dərhal cavab verdi və "Suriyalı müxalif qruplara heç bir şəkildə silah köməyi edilmədiyini söylədi."

Halbuki Türkiyə, gəmilər hətta təcili yardım maşınlarını içi dolu silahlarla yükləyərək Suriyaya Türkiyə üzərində göndərilən xəbərlərinin yayımlanmasından sanki qürur duyurdu...

Amma işdə baxın "böyük qardaş Obama" Rusiya ilə qarşı-qarşıya gəlincə Türkiyəni dərhal satdı. "Biz bu işdə yoxuq" dedi.

Yəni ara skitləşdikdə BMT silah daşınmasının fakturasını Türkiyədən şiddətli bir şəkildə tələb edəcək...

Bu gözqamaşdırıcı mühitdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi, Qurban Bayramından əvvəl atəşkəs rejimin təmin etmək üçün, Suriyada etdiyi ikitərəfli danışıqlarda "Türk hökumətinin Əsədin getməsinə dair siyasətindən imtina etdiyini, bu barədə məlumatı Ankaradakı mənbələrindən aldığını" bildirib.

İran İslam Respublikası mətbuatında bir müddət əvvəl bu barədə çıxan xəbərin qaynağı da İbrahiminin Dəməşqdəki "xüsusi görüşlərdə istifadə etdiyi ifadələrə əsaslanır."

Fərqindəsinizmi bilmirəm, AKP qəzetlərinin ən məhşuru Səhər qəzeti, bir həftədir ki, verdiyi xəbərlərdə "Bəşşar Əsəd yerinə Bəşər Əsəd" deməyə başlayıb!..

Yəni daha öncə gələn əmr ilə Esed etdikləri Əsədin adını yenidən Əsədə çevirdilər!..

Sizə normal gələ bilər amma mən bu dəyişikliyi çox çox əhəmiyyətli hesab edirəm.

Yaxında xarici işlər nazirliyindən "yuxarıda izah etdiklərimi təsdiqləyəcək bəyanatlar gələrsə" çaşmayın.

Çünki Türkiyə; Rusiya, İİR və Çin ilə qarşı-qarşıya gəlməsini, üstəlik ABŞ tərəfindən açıq şəkildə, yolda tək buraxılmasını və Hələbdə də döyüşün Kürd-Ərəb qarşıdurmasına çevrilməsinin şokunu, artıq yavaş-yavaş hiss etməyə başladı.

Yəni Suriyanın bir çıxmaz dalan olduğunu bizimkilər yeni anladı.

Bu da o, deməkdir ki, "Əməvi Məscidində" namaz xəyalı boşa çıxdı...

 

 Məhərrəm Bayraktar

mbayraktar@yenimesaj.com.tr

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!