Araşdırma

Heydər Əliyevin heykəlləri dünyanı necə fəth edib?

  • News Code : 356085
  • Source : Azadlıq
Keşmiş rejim başçısının müxtəlif şəhərlərdə qoyulan heykəllərinə və salınan parklara XALQ-ın milyonları xərclənib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən keşmiş rejim başçısı Heydər Əliyevin Meksikanın paytaxtı Mexiko şəhərində qoyulmuş heykəlinə qarşı etirazlar səngimir.

Belə ki, “Associated Press”-in Mexikoda bir qrup hüquq müdafiəçisinin Heydər Əliyevin heykəli önündə keçirdiyi aksiyadan hazırladığı reportajı digər aparıcı media qurumlarının tirajlaması hadisəyə diqqəti daha da artırıb.

“Azadlıq radiosu”nun ingilis dilli versiyası Heydər Əlyevin dünyanın müxətlif şəhərlərində qoyulmuş heykəlləriylə bağlı material yayımlayıb. Materialda qeyd olunur ki, Heydər Əliyevə heykəl qoyulan ilk xarici ölkə Türkiyədir. Onun heykəli 2001-ci ildə Türkiyənin Qars şəhərində qoyulub. Bundan sonra Rumıniya paytaxtı Buxarestdə, Serbiya paytaxtı Belqradda, Ukrayna paytaxtı Kiyevdə, Rusiyanın Ulyanovsk və Həştərkan şəhərlərində, Özbəkistanın paytaxtı Daşkənddə, Misirin paytaxtı Qahirə yaxınlığındakı Kalubey şəhərində də heydər Əliyevin heykəlləri qoyulub.

Əlavə olaraq qeyd edək ki, bu heykəllərin qoyulduğu ərazidə böyük parklar salınıb. Parkların salınması işlərinə isə məhz XALQ-ın milyonlarla manat pulu xərclənib.

Xatırladaq ki, təkcə Mexiko və Buxarestdə parkların salınmasına ümumilikdə 10 milyon manat maliyyə vəsaiti xərclənib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!