Analiz

Zərdüşt Əlizadə: “Biz İİR-a qarşı ədavət siyasəti aparsaq, öz milli mənafeyimizi təhlükəyə atmış olacağıq”

  • News Code : 347181
  • Source : Deyerler
Riçard Morninqstar: “İİR Azərbaycanın təhlükəsizlik sahəsində əsas məsələlərdən biridir. Biz bu məsələdə sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan prezidenti ilə görüşlərində İİR məsələsinin müzakirə olunduğunu bildirib.

O deyib ki, Azərbaycanda keçirdiyi görüşlərdə İİR məsələsi həmişə müzakirə olunub və olunacaq: “İİR Azərbaycanın təhlükəsizlik sahəsində əsas məsələlərdən biridir. Biz bu məsələdə sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Səfirin bu bəyanatının İİR məsələsində Azərbaycan hakimiyyətinə "Bizimlə əməkdaşlıq et ki, hakimiyyətinin təhlükəsizliyini təmin edək" kimi başa düşmək olarmı? Deyerler.Org-un sualını cavablandıran politoloq Zərdüşt Əlizadə deyib ki, İİR-a qarşı ədavət siyasəti aparmaq milli mənafeyimizə təhlükədir. “ABŞ İİR-la düşmən münasibətdədir. ABŞ çalışır ki, dünyanın digər dövlətlərindən də İİR əleyhinə istifadə eləsin. Əgər biz İİR-a qarşı ədavət siyasəti aparsaq, öz milli mənafeyimizi təhlükəyə atmış olacağıq. Tarixdə çox şeylər olub. Hakimlər öz şəxsi mənafeləri naminə torpaqdan da, sərvətdən də keçiblər”.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib