Yəhudilərin Azərbaycandakı Ləkələri

Əxlaqsızlığı və zorakılığı aşılayan xəbərlər niyə çoxalıb?

  • News Code : 346942
  • Source : Deyerler
Maraqlıdır ki, belə xəbərlər ənənəvi informasiya saytlarında və qəzetlərində deyil, yeni yaradılan KİV-də peyda olur. Üstəlik həmin KİV-də bəzi bu tip hekayələr, reportajlar da çap edirlər.

Son zamanlar Azərbaycan mətbuatında əxlaqsızlıq və zorakılıq aşılayan xəbərlər getdikcə artmadadır. Məhrəmlərin yaxınlığı və ya böyüklərin kiçiklərə cinsi zorakılığını ehtiva edən iyrənc səciyyəli bu xəbərlər ölkə mətbuatında artan xətt üzrə gedir. Maraqlıdır ki, belə xəbərlər ənənəvi informasiya saytlarında və qəzetlərində deyil, yeni yaradılan KİV-də peyda olur. Üstəlik həmin KİV-də bəzi bu tip hekayələr, reportajlar da çap edirlər.

Məsələnin aktuallığını nəzərə alaraq bu tip hadisələrin niyə çoxalmasını təhlil etmək qərarına gəldik.

Versiya 1: Belə xəbərlər qabaqlar da olub, ancaq mətbuat çox olmadığından yayılması və gündəmə gəlməsi mümkün olmayıb. İndi informasiya saytları çoxalıb, ona görə məsələ gündəmə gəlir.

- Bu, az ehtimalla mümkündür. Çünki illərdir Azərbaycanda gündəmi dəyişən informasiya agentlikləri olub. Kifayət qədər peşəkar olan bu qəzetlərin belə hadisələri görə bilməməsi mümkün deyil.

Versiya 2: Bu, ucuz xəbərlərdir, kiçik və yeni yaranmış saytlar bunu verməklə özlərini reklam edirlər. Gündəmə gəlmək istəyirlər.

- Bu, mümkündür. İnsanlarda müəyyən mənada hədəf bütləşdirilib və ona çatmaq üçün bütün vasitələrə əl atırlar.

Versiya 3: Yeni açılan saytlar bunu sırf qeyri-peşakarlıqdan edir. Yəni elə zənn edirlər ki, hər şeyi xəbər olaraq vermək olar. Ancaq bilmirlər ki, ictimai maarifin əsas qaynağı məhz mətbuatdır. Orada cəmiyyətin mənəviyyatını, mili hissləri, vətənpərvərlik hisslərini korlayan xəbərləri vermək olmaz.

- Bu, zəif arqumentdir. Çünki yeni yaradılan saytların çoxunun rəhbərliyində əvvəllər jurnalist olmuş, illərini buna sərf etmiş adamlar durur. Ona görə bu arqumenti əsaslı saymaq olmaz.

Versiya 4: Xüsusi qüvvələr bunu maliyyələşdirir. Onlar belə xəbərlərin yayılmasında maraqlıdırlar.

- Biz bu yazıda əsasən bu versiyanın üzərində dayanacağıq. Xüsusi maraqlı tərəflər – kim olmasından asılı olmayaraq, maraqlıdılar ki, toplumda cinsi əxlaqsızlıq və zorakılıq halları artsın. Buna görə də məhrəmlərin yaxınlığını və ya böyüklərin kiçiklərə cinsi zorakılığını aşılayan xəbərlər sifarişli olaraq ölkə mətbuatında artan xətt üzrə gedir.

Sual oluna bilər ki, axı bu, kimin nəyinə lazım? Toplumun bu duruma düşməsi kimə nə xeyir gətirəcək?

Çox maraqlı və üstündə düşünməli sualdır. Biz bu yazıda onun bəzi nəticələrini izah etməyə çalışacağıq.

 

1. Gündəmi dəyişmək.

Burada əsas diqqət çəkən məsələ budur ki, belə mövzular gündəmi dəyişə bilər. Bununla da siyasi, ictimai və digər məsələlərin müzakirəsi aktuallıqdan düşəcək.

 

2. Mənəviyyatın əldən getməsi.

Belə xəbərlər mənəviyyatsızlığın təbliğidir. Bu da danılmaz faktordur ki, nə təbliğ olunursa, o da artmağa başlayır. Toplumda mənəviyyatsızlıq artdıqca, iradə də enir. Bununla damüəyyən qüvvələr üçün toplumu rahat idarə etmək olur. Ona görə də toplumda mənəviyyatsızlığı yaymaq istəyirlər.

 

3. “Qərbləşdirmək”.

Digər bir arqument isə insanların bu mənada “qərbləşdirilməsi”dir. Bildiyimiz kimi, Qərbdə bizim toplumların əxlaqsız və mənəviyyatsızlıq hesab etdiyi şeylərin bəziləri norma hesab olunur. Hətta bunu qanuni sayırlar. Ancaq Qərbdən gələn bu “qanun”lar Azərbaycan kimi milli dəyərlərinə sadiq çıxan ölkələrə daxil ola bilmir. Belə xəbərlər yayıldıqca toplumun milli dəyərlər sistemi laxlayır və nəticədə həmin “Qərb ənənələri” adiləşir. Bununla da istədiklərini edə bilirlər. Kütlə zəiflədikcə idarə edilməsi asanlaşır.

Bütün bu deyilənləri nəzərə alaraq, demək olar ki, bu cür xəbərlərin yayılması bir layihədir. Və toplumda milli-mənəvi dəyərləri laxlatmağa hesablanıb.

Bu mövzunu davam etdirəcəyik.

 

Xəqani Səfərov

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib