Araşdırma

AZƏRBAYCAN ƏN MÜHÜM TRİBUNANI NİYƏ ƏLDƏN VERDİ?

  • News Code : 343400
  • Source : Fakt Xeber
...Daha doğrusu, sözügedən politoloq dolayısı ilə Amerikanın dünyanı quldur və diktatura üsulu ilə idarəetməsini özü də xəbəri olmadan etiraf edib...

Əhli Beyt -ABNA- xəbər agentliyi- Məlum olduğu kimi bu günlər Tehranda dünyanın ən mühüm toplantısı keçirilməkdədir. Bu il rəsmi şəkildə dünyanın əksər ölkələrini özündə birləşdirən Qoşulmama Hərəkatına Azərbaycan da qoşuldu. Hərəkatın əsas məramı heç bir blok və güc mərkəzlərinə tabeçilik etmədən, dünyada sülhün bərqərar olunmasında səy göstərməkdir. Daha aydın desək, dünya ölkələri zaman geçdikcə beynəlxalq aləmi diktatura üsulu ilə idarə edərək, onların istiqlaliyyətini əlindən almaq istəyən ABŞ blokuna qarşı çıxmaqdadırlar.

Sovet İttifaqı və Şərq bloku dağıldıqdan sonra, başında ABŞ-ın durduğu Qərb bloku dünyanı təkbaşına idarə etməkdədir. Qarşısında güc görməyən ABŞ, dünyanı istədiyi formada idarə edir. Ona görə də Qoşulmama Hərəkatının güclənməsi bu ölkəni ciddi narahat etməyə başlayıb. Çünki  bu onun imperialist baxışlarına tam ziddir. Elə bu baxımdan da dünyanın əksəriyyətinin toplandığı bu qurumu zəiflətmək və gözdən salmaq Qərb və onların informasiya imperiyasının əsas prioritetinə çevrilib.

İndi isə keçək Azərbaycanın bu quruma üzv olmasına və bu qurumda atdığı ilk ziddiyyətli addıma. Qoşulmama Hərəkatının digər bir adı “Öhdəlik götürməyən ölkələr”dir. Məlum olduğu kimi Azərbaycan bu il quruma ilk dəfə qoşulmasına baxmayaraq, prezident İlham Əliyev belə bir mühüm qurumda iştirak edə bilmədi. BMT-dən sonra dünyanın ikinci mühüm tribunasından Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə səsləndirilməsi Azərbaycana nəsib olmadı. Bu isə o deməkdir ki, 20 ildən artıqdır müstəqil olmağımıza baxmayaraq, hələ də biz müstəqil şəkildə atmalı olduğumuz addımlarla bağlı kiminsə bizdən razı olub-olmamasına  fikir veririk. Bir neçə ay öncə Azərbaycan öz işğal olunmuş torpaqlarını güc yolu ilə azad edəcəyi ilə bağlı bəyanat verən kimi, ermənilərin xalası, yəni Hillari Klinton başılovlu özünü Azərbaycana çatdıraraq, bu söhbəti tamamilə bağlamaq tapşırığını verdi. Belə olan halda sən ha bayraq uzat, ha müstəqil diplomatiyadan danış, nə xeyri! Sən evinə soxulan təcavüzkarın qovulması iznini gözləyirsənsə, oturub-durmağının, hara gedib-getməməyinin kimisə narahat edəcəyini düşünürsənsə, bu müstəqillik deyil.

Müstəqillik günü keçirməklə özümüzü gülünc vəziyyətə qoymuşuq. Çünki düşmənlərimizə bizim belə müstəqillik hissimiz tam sərf edir. Ona görə də yaxşı olardı ki, Azərbaycan bu hərəkata qoşulmadan öncə papağını qarşısına qoyub yaxşıca fikirləşəydi, baxıb görsün özünü xarici öhdəçilikdən qurtara bilib, yoxsa yox.

Maraqlı açıqlamanı isə Azərbaycanda Amerikayönlü açıqlamaları ilə tanınan bir politoloq vermişdi. O demişdi ki, Azərbaycanın bu Hərəkatda iştirak etməsi, bizim qüdrətli ABŞ qarşısında mövqeyimizi zəiflədər. Politoloq bu açıqlaması ilə əslində ABŞ-ın ölkələrə müstəqil siyasət yürütməyə icazə verməməsini təsdiq etmiş olur. Daha doğrusu, sözügedən politoloq dolayısı ilə  Amerikanın dünyanı quldur və diktatura üsulu ilə idarəetməsini özü də xəbəri olmadan etiraf edib. Hər halda ümid edirik ki, bir gün biz həqiqi müstəqilliyimizi əldə edərək, heç kəsdən izn almadan torpaqlarımızı azad edərək, bayrağımız Qarabağda fəxrlə dalğalandıracağıq.

 

Əziz Sahiboğlu

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib