Şeytana Papış Tikənlər

“The Telegraf” qəzetinin iddiaları özləri kimi şər və böhtandır

  • News Code : 339497
  • Source : İslamin Sesi
Dünya müsəlmanlarının rəhbəri Ayətullah-üzma Seyid Əli Xamenei guya Azərbaycanda terror əməliyyatlarına fətva verib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Britaniyanın “The Telegraf” qəzetinin yaydığı məlumatlara görə, İİR-in dini lideri, Dünya Müsəlmanlarının Rəhbəri Ayətullah –uzma Seyid Əli  Xamenei guya Azərbaycanda terror əməliyyatlarına fətva verib.

Mövzu ilə bağlı İslaminsesi.az saytına açıqlama verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin birinci müavini İnqilab Əhədli vurğuladı:

Əvvəla, terrorun nə olduğunu araşdıraq. Hz.Peyğəmbərdən bu günə qədər məsum imamlara, dini rəhbərlərə, alimlərə olan terrorlara nəzər salaq. Hz. Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti zamanı düşmənləri ona qarşı terror planlaşdırmişdılar. Peyğəmbər (s) Həzrət Əliyə onun yerində yatmasını tapşırır. Həzrət cavabında soruşur ki, bunun sizə və dinimizə bir xeyri varmı? “Bəli” cavabını alandan sonra “baş üstə” deyib peyğəmbərin yatağında yatdı. Allah Peyğəmbəri bu yolla qorudu. Bəqərə surəsinin 207-ci ayəsi Əli İbn Əbutalibin bu şücaətinə həsr olunub. Zaman-zaman bu terror cəhdi Peyğəmbərin övladlarına qarşı edildi. Bu gün də dini,milliyəti olmayan terrorcuları islam rədd edir. Amma cəsarət, şücaət, mərdlik, mübarizlik və zalıma boyun əyməmək Hz. İmam Hüseynin məktəbi Kərbəla hadisəsindən qalıb. İslam rəhbərilərinə ləkə yaxmaq din düşmənlərin işidir. Peyğəmbər dövründən bu günə qədər mövcud olan İslam düşmənləri bütün müsəlmanlara məlumdur. Azərbaycanın taleyi, dövlətin inkişafı, müstəqilliyi isə yaxın qonşu dövlətlərlə stabil münasibətlərdən aslıdır. Yeri gəlmişkən qeyd edim ki, Seyid Əli Xamenei təkcə İranın deyil, bütün dünya müsəlmanlarının rəhbəridir. Onun Azərbaycanda rəhbərin yüz minlərlə təqlidçisi var. Yəni ondan şəri, dini, fərdi, ictimai məsələləri öyrənirlər. Və bu cür şəxsiyyətə belə böhtanların atılması qəbuledilməzdir. Bu, itin günəşə hürməsinə bənzəyir. Mən ümüdvaram ki, Azərbaycan xalqı, müsəlmanları bu böhtanı, bu şantajı qəbul etməyəcək, böhtançıları lənətləyəcəklər. Onu da yaddan çıxartmaq olmaz ki, Azərbaycanın ən ağır günlərində o rəhbər İrandan xalqımızın köməyinə yetişmək əmri vermişdi. Qarabağ savaşına silah və canlı qüvvə sarıdan dəstək məhz dini rəhbərin istəyi ilə həyata keçirilmişdi. Buna kölgə salmaq istəyənlərin məqsədi Azərbaycanı regionda köməksiz görmək və təkləmək niyyətində olanlardır. İsrail və Amerika guya bizi müdafiyə etmək üçün öz hərbi bazalarını sərhəd bölgələrində yerləşdirmək istəyir. Bunun arxasında mütləq çirkin əməllər, çirkin şantajlar durur. Məqsəd xalqımızın içərisində xaos, qorxu yaradaraq öz çirkin panlarını həyata keşirsinlər. Böyük Birtaniya dini əqidəsi bilinməyən, tarixən islama düşmən kəsilən bir məmləkət özünü guya ölkəmizin qayğısına qalmış göstərərək elə bir böyük şəxsiyyətin adına böhtan atır. Mən şəxsən bu böhtanın səbəbini son günlərdə Seyid Əli Xameneinin Azərbaycanın əzəli müqəddəs Qarabağ torpaqlarının geri alınmasının vacibliyi və burada döyüşən əsgərin həlak olacağı təqdirdə şəhid olmaq kimi yüksək məqama yetişəcəyi haqqında fətvası ilə əlaqələndirirəm.

Tarix boyu ingilslər dinimiziə düşmənçilik ediblər. Onlar bu gündə torpaqlarımızın işğaldan azad olunmasında maraqlı deyillər. Çünki bundan xristian təəssübkeşləri Azərbaycanı təzyiq altında saxlamaq niyyətini güdürlər. Allahın xalqımıza bəxş etdiyi sərvətlərimizi qəsb etmək üçün bizə yaxınlaşıb “dost”adı altında hər zaman oğru siyəsətlərini davam etdiriblər. Oğruların bir hiylələri var , oğru əgər sənin evini oğurlamağı, sərvətini qəsb etmək istəyirsə ilk halda səninlə dost olur. Daha sonra sənə elə bir zərbə vurur ki, bu sənə ömrün boyu dərs olur. Bu gün belə oğrulardan, dırnaqarası dostlardan ehtiyatlı olaq ki, onların sonu düşmənçılikdır. Dərk etməliyik ki, ani qəflətimiz bizi zələlətə aparar, oğrunun şikarına çevirər. İngiltərənin, Amerikanın dostluqda “sədaqətini” Misir hadisələrində, öncə isə İraqın işğalı, Səddamın edamında, Liviya və onun prezidenti Qəddafinin aqibətində gördük, İsrailin Türkiyəyə “müttəfiqlik” məqamı özünü “Mavi Mərmərə” gəmisindəki türk vətəndaşların qətliamında göstərdi. Bu gün Azərbaycana dost deyənlər xalqımız, dövlətimizə rəğmən deyil, neftimizə, sərvətlərimizə görə dilə, gələnlərdir. Bundan ötrü belələri İranı, birazdan Türkiyəni, dinin əzib rəhbərlərini bizlərə düşmən kimi təqdim edər, yüksək etimadı sındırmağa çalışarlar. Bizim, xalqımızın, hakimiyyətdə duranların ən ümdə, ilkin vəzifəsi dostu düşməndən ayırmaq, Azərbaycanı seçənlərlə sevənlərə sevənlərə fəqləndirməkdir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib