ABŞ-ın Sorğudan Məqsədi...

İ.İbrahimoğlu "PEW" Araşdırma Mərkəzinin sorğusunun nəticələrini şərh etdi

  • News Code : 337007
  • Source : Deyerler
Azərbaycanda bu araşdırma kimin arasında, hansı metodika üzrə, necə aparılıb və s. bu kimi məsələlər aydın deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Xəbər verildiyi kimi, ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən biri olan "PEW" Araşdırma Mərkəzi bir neçə il ərzində müsəlman ölkələrində geniş sorğu keçirib. Müsəlmanların 67%-nin yaşadığı 39 ölkədə aparılan sorğular yekunlaşıb. Azərbaycanın da daxil olduğu həmin ölkələrdə ümumilikdə 39 min müsəlmanla üzbəüz sorğu keçirilib və əhalinin neçə faizinin namaz qıldığı, oruc tutduğu, İmam Zaman Ağanın (ə.f) zühuruna inandıqları və s. haqda məlumatlar araşdırılıb.

Sorğunun nəticələrini şərh edən DEVAMM sədri, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirib: "Bu sorğunun necə aparılması ilə bağlı müəyyən suallar var. Sirr deyil ki, Pew Research Center-in apardığı sorğu və araşdırmalar zaman-zaman müsəlman dünyasında kifayət qədər ciddi mübahisələr yaradıb. Belə ki, bu qurumun sırf tədqiqatçı yanaşma sərgiləməməsi, əslində tədqiqatların haradasa siyasi kökənli olması iddia olunur.

Azərbaycanda bu araşdırma kimin arasında, hansı metodika üzrə, necə aparılıb və s. bu kimi məsələlər aydın deyil.

Nəticələrə gəldikdə, bizdə namaz qılanların əhalinin 70%-i, oruc tutanların 43% olması iddia edilir. Qeyd edək ki, ənənəvi olaraq, bizim ölkədə oruc tutanların sayının namaz qılanlarlardan çox olması müşahidə edilir. Oruc tutanların da sayının 43% olması sual doğurur.

Məscidə gedənlərə gəldikdə isə, düşünmürəm ki, bizdə əhalinin yalnız 1 faizinin məscidə getməsini iddia etmək olar. Sorğunun müəllifləri də bildirirlər ki, respondentlərin 73 faizi namaz qıldıqlarını bəyan edirlər. Bir məsələ də var ki, Pew Research Center bəlkə nəzərə almayıb ki, xristian dinindən fərqli olaraq, İslamda ibadət üçün keşiş kimi bir vasitə və kilsə kimi bir xüsusi məkan zəruri deyil. Bu baxımdan, məscidlərə gedib-getməmə başqa bir paradiqmanın mövzusudur.

Aşura, Fitr və Qurban bayramları kimi tarixlərdə insanlarımızın bəlkə də yarasından çoxu məscidlərə axışır. Belə olan halda, ildə, ayda, həftədə bir dəfə məscidə getməklə bağlı müxtəlif nəticələr əldə ediləcək və müxtəlif ekspert qiymətləndirmələri ortaya çıxacaq.

Başqa məsələ ki, bizdə olan məscidılərin sayı və tutumu tələbata qətiyyən adekvat deyil. Biz dəfələrlə vurğulamışıq ki, elə Bakının özündə azı 1000 məscid olmalıdır. Yəni insanlar istəsə də, məscid və ibadətgahlara gedə bilmirlər - əlçatarlılıq baxımından, yerin darlığı baxımından kifayət qədər problemlər var.

 

Xəbər xidməti

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib