Cühüd Təşkilat Üzüvləri

İİR və Hizbullahın əsas düşməni israil əməkdaşı, Səudiyyə kralıdır

  • News Code : 335041
  • Source : ABNA- xəbər agentliyi
ABŞ-ın bütün sol və inqilabçı hərəkətlərə qarşı apardığı planlarında həmişə Səudilər durur.

Əhli Beyt -ABNA- xəbər agentliyi- 18-ci əsrin sonundan etibarən ingilislərlə əməkdaşlıq edən, Vahabi məzhəbinin ingilislərlə birgə banisi, Səud Ailəsi Osmanlıları müqəddəs Məkkə və Mədinə torpaqlarından qovduqdan sonra 1945-ci ildə  Amerikalıların xidmət və himayəsinə keçdi. O gündən bəri, bu ailə din adı altında həmişə ABŞ-ın tabeçiliyində oldu.

Məsələn Misirdəki Ərəb milliyyətçisi anti-imperialist idealları olan Nasirin qiyamı qarşısında Səudilər dayandı. Səbəbləri də Nasirin `Allahsız kommunist Sovet İttifaqı ilə əməkdaşlıq edir` olması idi... O gündən sonra Ərəb coğrafiyasında hətta Türkiyə daxil olmaqla İslam ölkələrində ABŞ-ın bütün sol və inqilabçı hərəkətlərə qarşı apardığı planlarında həmişə Səudilər durur. Lakin Petro-dollarlarla ... Səddamı İrana qarşı döyüşdürən sonra da həmin Səddamı Küveytdən çıxardan və İraqın işğalını təmin edən yenə Səudiyyə pulları. əl-Qaidə və Talibanı maliyyələşdirərək güclü edən yenə Səudilərdir. Çeçen və Bosniya xalqlarının mübarizələrini radikallaşdıran və bu mübarizələrin qanlı bir şəkildə  həyata keçmə infrastrukturunu hazırlayan yenə Səudi Vahabiləridir. Libyanın NATO tərəfindən işğal edilməsi və Suriyadakı qiyamın davamı üçün Səudilər milyardlarla dollar xərclədi və xərcləyir... Özüdə də İslamın uca dəyərləri uğrunda!!!  Eyni ilə Bəhreyndəki xalq qiyamının basdırılmasında olduğu kimi.

Xülasə Səudiyyə Ailəsinin pisliklərini izah etmək üçün İngilislər, Amerikalılar və ümumi olaraq Qərblilər bir yığın kitab yazdıqları halda mən bunların  bir məqalədə izah verməyim mümkün deyil. Lakin deyilməsi lazım olan əsas bir iş vardır: Bu ərazidə ABŞ və tərəfdaşlarının bütün pisliklerinin önündə mütləq səudi krallarına mühüm bir rol verilib və verilməkdədir. Məsələn israili Livanda dizə çökdürən Hizbullah səudilərin  əsas düşmənidir. Daha sonra israil üçün böyük bir təhlükə olan İİR, səudilərin  əsas düşmənidir. İİR-ın əsas düşməni sayılan və bölgədəki Sünni ölkələrin Şiə ölkəsi İİR-a qarşı birləşməyə sövq edən Səudilər təbii olaraq israilin baş tacıdır...

 

Məqalənin davamın aşağıdakı linki tıklayaraq oxu...

http://www.rasthaber.com/yazar_13324_805_iran-ve-hizbullah---basdusman-olan-suudi-kraliyeti-israil--in-bastacidir-.html

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib