Rusiya, Türkyə və Suriya Əlaqələri

"İzvestia": 'Suriya, Türk təyyarələrini lunaparkdakı ördəklər kimi vurardı'

  • News Code : 331591
  • Source : ABNA- xəbər agentliyi “Hürriyet”ə istinadən
Ruslar, türkləri qəzəbləndirəcək açıqlamalar verib.


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rus mətbuatında yeni Şok bir xəbər yayımlanıb. Suriya ilə Türkiyə arasındakı yaşanan gərginlikdə, 5 İyulun əhəmiyyətli bir tarix olduğunu açıqlayan ruslar, türkləri qəzəbləndirəcək açıqlama veriblər.

Suriya karasularına yaxın bir bölgədə suriya tərəfindən Türkiyə kəşfiyyat təyyarəsinin vurulması hadisəsindən bir ay keçməsinə baxımayaraq Rusiya məsələ ilə bağlı belə açıqlama verib: "Ankara döyüş təyyarələrini qaldırıb Suriya hava müdafiə sistemlərini vurmağa cəhd etsəydi bölgədə böyük bir fəlakət yaşanardı. Suriya hava müdafiə sistemi, Türk F-16 döyüş təyyarələrini lunaparkdakı ördəklər kimi vurardı. Sonra isə böyük bir müharibə başlardi".

Rusiya rəhbərliyinə yaxınlığı ilə tanınan "İzvestia" qəzeti, 22 İyundan sonra Türk cəbhəsində nələr yaşandığını maraqla işıqlandırır.

Xəbərdə deyilir:

"Türk Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri flotu İncirlik Bazasında 5 İyul tarixinə qədər 'Suriyada Əməliyyata Başla' əmrin verilməsini gözləyirdi. Təyyarələr hər an döyüş vəziyyətinə gətirilirdi. Bu kritik vəziyyət F-4 kəşfiyyat təyyarəsinin pilotlarının cəsədlərinin tapılmasına qədər davam etdi. Rus kəşfiyyatının məlumatına görə Ankara Suriyanı vurmaq mövzusunda çox ciddi idi. Türkiyənin belə düşünülməmiş addım atmağa tək bir ünsür maneə törətdi. Türkiyə Baş Qərargahının, Suriya Hava Müdafiə Sistemlərinin nələrə qadir olduqlarını tam sürətdə bilməməsi idi. Nəticə olaraq “Bombardmana Başla” əmrinin verilməməsi son dərəcə məqsədəuyğun qərar oldu.

"Rusiya son dövrdə Suriya ordusuna yeni model 'Buk' zenit mərmi batareyaları vermişdi. F-16 təyyarələri Suriya səmalarında göründükləri an bu sistem tərəfindən lunaparkda havalı tüfəng stendindəki ördəklər kimi vurulardılar. Beləcə Türkiyə, darmadağın edilmiş kəşfiyyat təyyarəsinin intiqamını alıram deyərkən, növbə döyüş təyyarələri flotuna çatardı. Sonra da Türkiyə Suriya ilə geri dönüşü olmayan döyüşə girmiş olardı".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Arba'een
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib