“Şeytana sadiq hökümət”

Bu gün Azərbaycan cəmiyyətində masson siyasəti həyata keçirilir

  • News Code : 330416
  • Source : Haqq Yolu `İslam Times`ə istinadən
Xalqın arzusu və ümidi puç oldu və Qarabağ unutduruldu.

Bu gün Azərbaycan cəmiyyətində masson siyasəti həyata keçirilir. İblisin proqramının arxasında həm hazırki hakimiyyət həm də xarici düşmənlər. Şübhə edənlər televizora baxsınlar hər şeyi aydın şəkildə görəcəklər.

Televiziya demişkən hansı kanala çevirirsən gecə-gündüz ancaq ucuz şou proqramlar, şit və bayağı toy verilişləri, evlənmə proqramları nümayiş etdirilir. Hər kəsdə belə abırsız qeyrətsiz, əxlaqsız sujetlərə həvəslə tamaşa edirlər və bununlada cəmiyyətimizdə ciddilik aradan gedib.

Uşaqdan böyüyə kimdən sual etsən heysiyyətsiz, şərəfsiz, üzdəniraq müğənniləri ata-anasından yaxşı tanıyırlar. Ancaq soruşsan ki, Laçın, Kəlbəcər, Zəngilan nə vaxt işğal olunub cavab tapmayacaq.

Unutmamalıyıq ki, bizim sağalmaz yaramız, əbədi dərdimiz olan Qarabağ kimi dərdimiz var.Əvvəllər gənə xalqda qeyrət və şücaət var idi. Əli silah tutan gənclər vətənin azadlığı uğrunda canlarından keçirdilər. Lakin xarici və daxili müdaxilələr nətiəsində doğma torpaqlarımızı və mədəniyyət beşiyimiz olan Şuşanı öz əllərimizlə düşmənə təhvil verdik.

Sonradan 1994-cü ildə Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Səbəb kimi isə göstərildi ki, bu sülh sayəsində Azərbaycan ordusunu gücləndiribyenidən torpaqların mübarizəsi üçün döyüş meydanına dönəcək. Ancaq bu belə olmadı xalqın arzusu və ümidi puç oldu və Qarabağ unutduruldu.

Bu siyasətdə yani xalqın yaddaşının silinməsində böyük rolu KİV və seriallar oynayıb. Efirə çıxan ancaq yalan danışır, məqsədsiz yerə nalaiq ünvanlara təriflər yağdırıllar. Bir gün gələr qarabağı alarıq, bayrağımızı Şuşaya sancarıq və s. yalançı şüarlar səsləndirillər. Elə ki, bayrağımızı uca tutursunuz onda niyə torpaqlarımız hələdə düşmən tapdağı altındadır?

Kanallarda türk və yaxud digər əcnəbi seriallar yayımlandığına gəlin mavi ekranlarda Mübariz İbrahimov, Əli Hacıyev, Tofiq Hüseynov kimi oğullarımızın kimliyi tanıdılsın və xalq bilsin ki, hansı tərzdə yaşamaq və necə qeyrət qorumaq lazımdır.

Müqayisə edin televiziya kanallarında Qarabağın işğal altında olması haqda verilişlər çoxdur yoxsa şou xarakterli? Problemlərimizin həlli üçün mənim fikrimcə bir yol var, şirin yuxudan ayılmaq və yumruq kimi olub zalimlərə qarşı mübarizə aparmaq, bu yolda özünə yalnız Allahı dost tutmaq lazımdır. Müsəlman yaddaşımıza qayıtmaq vacibdir bizlərə. Əgər müsəlman olduğumuzu unutmasaq problemlərimizi həll edərik. Allah buyurur “ Hər hansı bir qövm özü öz vəziyyətini dəyişməyincə Allah onu dəyişməz”.

Elvin Namazov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib