Hacı Vaqifin həbcxanada ölümü İslamçıları qorxutmayıb

  • News Code : 329008
  • Source : musavat
“O, məhkəmə zamanı hakimə yalnız bir sual verirdi: Məni nədə ittiham edirsiniz?”

İyulun 12-də Azərbaycan İslam Partiyası (AİP) sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etdi. Onu elə həmin gün “Allahu Əkbər!”, “Biz ölərik, zülmə boyun əymərik”, “Qanunsuz yerə möminləri, hicab şəhidlərini zindana salanlara Allah lənət etsin” şüarları altında Hövsan qəbiristanlığında torpağa tapşırdılar. Qan xərçəngindən əziyyət çəkən sədr müavini həkimlərin rəyinə baxmayaraq həbsdən azad olunmamışdı, ölənə qədər orada saxlanıldı.Yas mərasimi keçirilən həyətdə böyük bir mağar qurulmuşdu. Məclisdə iştirak edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri, AİP ictimai məsələlər üzrə müavini Hacı Rövşən Əhmədli Hacı Vaqifin həbsinin AİP sədri Vaqif Səmədovun məlum çıxışı ilə bağlı olduğunu dedi: “Sonradan başqa motivlər seçmək, işə bir qədər başqa rənglər qatmaq üçün Hacı Vaqifi xüsusi bir qrupun düşündüyü ssenari əsasında həbs edib tragikomik məhkəmə səhnəsi qurdular. Onun konkret olaraq nədə təqsirləndirildiyi bu günə kimi də bəlli deyil. Həmin məhkəmə adlı məzhəkə boyu Hacı Vaqif yalnız bir sual verirdi - məni nədə ittiham edirsiniz? Həyatının sonuna kimi onun özünə də nədə ittiham edildiyi məlum olmadı. İttiham aktında da Hacı Vaqiflə bağlı bir dənə də olsun ittiham yoxdur”.Hacı Rövşən saxtakarlıqla, qanunlara məhəl qoymadan günahsız insanların zindana atılmasının yaxşı nəticələr vəd etmədiyini söylədi: “Hacı Vaqifin 60 yaşı zindanda tamam oldu. O, Rusiyada ali təhsil almış iqtisadçı-mühəndis idi. Azərbaycana qayıdandan sonra universitetdə dərs də demişdi. ”Lenkombinat"da həmkarlar ittifaqının sədri olmuşdu. Ömrüboyu inzibati xəta törətməyən bir insanı heç bir əsas olmadan, ittiham irəli sürmədən 11 il müddətinə azadlıqdan məhrum etmişdilər. Onun aramızdan vaxtsız getməsinin 1-ci səbəbi qanunsuz həbsi oldu. Həbsdə ola-ola bizlərə tövsiyələr verirdi ki, narahat olmayın, bu zülm çox uzaq gedə bilməyəcək".Hacı Rövşən Hacı Vaqifə ömrünün son günlərində yaxınları ilə görüş verilməməsini insanlığa yaraşmayan addım adlandırdı. Bildirdi ki, AİP sədri Hacı Mövsüm Səmədov başda olmaqla həbs olunan bütün islamçılar qanuna zidd bir əməl törətmədikləri halda qanunsuz olaraq azadlıqdan məhrum olunublar: “Düşünürlər ki, zor tətbiq etməklə, insanları zindanda şəhadətə yetirməklə istədiklərinə nail olacaqlar. Bilsinlər ki, zor və zülm məsələnin həlli deyil. Nəinki islamçıları, demokratik düşüncəli Azərbaycan insanlarını bu cür yollarla həqiqətdən, düz yoldan uzaqlaşdıra bilməyəcəklər”.Yas məclisini idarə edən AİP-in sədr əvəzi Elçin Manafov bildirdi ki, Hacı Vaqifin yoxluğundan narahat olsalar da, bir məsələyə görə sevinirlər: “O bu dünyadan izzətlə, iftixarla köçdü. Biz onun sağlığında vücudu, varlığı ilə fəxr edirdik. O nəinki islamçılara, bütün Azərbaycan xalqına iftixar oldu. Hacı Vaqif ömür boyu haqq uğrunda mübarizə apardı, əqidəsindən dönmədi. Həbsxana həyatı onu sındırmadı. Allah, islam, hicab, haqq yolunda şəhid oldu”.E.Manafov islamçıların təqib və təzyiqlə yollarından döndərməyin mümkünsüz olduğunu dedi: “O kəslər ki islamçıları həbs etdirməklə düşünürdülər ki, bizləri yolumuzdan döndərəcəklər səhvə yol verirlər. Özlərinə də gözəl aydın oldu ki, mübarizəmizin qarşısını ala bilməyəcəklər”.Məclisdə iştirak edən Nardaran ağsaqqalı Məşədi Natiq V.Abdullayevin əqidəsi uğrunda şəhid olduğunu dedi. O, hökumətin etirazçı insanlara qarşı sərt addımlar atdığını dedi: “Hökumətin davranışları qisasçılığa oxşar forma alır. Məhkəmələr də qanunsuz hökmlər verirlər. Hacı Vaqifə məhkəmədə nədə ittiham olunduğunu deyən olmadı. Buna ATƏT-in prosesdə iştirak edən nümayəndəsi də şahidlik etdi. Elə situasiya oldu ki, hətta prokuror ona iş istəməyi də unutmuşdu. Bu adam mütləq şəkildə azad olunmalı idi. Çünki heç bir günahı yox idi. Bizim hakimiyyət bu məsələdə çox ləng tərpəndi”.Məclisdə iştirak edən mərhumun yaxınları isə Hacı Vaqifin sağlığında bütün fikirlərini ictimaiyyətə çatdırdıqlarını, indi isə danışmağın mənası olmadığını deyib açıqlama verməkdən imtina etdilər. 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib