Şeytana Ram Olanlar

Kredit, sələm - cəhənnəm... - II Hissə

  • News Code : 327146
  • Source : Modern az
“ALLAH SƏLƏMİ PUÇ EDƏR” (Qurani-Kərim, əl-Bəqərə, 276)

“...14 ildir ki, ailəlikcə banklara sələminə pul ödəyirik. Bilmək istəyirəm, respublikada nə zaman sələm genosidinə son qoyulacaq, bu zülmün sonu olacaqmı? Yoxsa ömrümüzün sonuna kimi yəhudi bankirlərinə sələm ödəyəcəyik?.. Axırıncı dəfə oğlum Həsənov Şahin Kred-Agronun Cəlilabad filialından  3 min manat sələminə pul götürüb. Həmin təşkilat krediti bizə çox yüksək faizlə- 36 faizlə verib...

...Bu, böyük bir plandır. Sələm genosidi əsrlərlə davam  edir. İmkansız ailələr bu pulu götürüb süni surətdə yaradılmış saysız-hesabsız qayğılarının həllinə yönəldirlər. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar... Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar?..

Respublikamızın ziyalılarının əksər hissəsini məhkəmələrə çəkiblər, məhkəmələr onlara qarşı sərt qərarlar qəbul edib... Gəlin görək, bu pulu götürənlər quldur və yaxud oğrudurlarmı? Xeyr, əsl cinayətkarlar məhz həmin bankirlərin özləridir... Bilə-bilə ki, ölkədə pul yoxdur və bütün məişət, sənaye sahələri məhv edilib, əhaliyə pul paylayırlar, evlərindən bütün qiymətli əşyalarını satdırıb əmlaklarını ələ keçirirlər... Bu oyunlar 80 ilə yaxındır Türkiyə xalqının başına gətirilir... Sovetlər dağılandan indi də bizi öz  cənglərinə keçiriblər... Biz müstəqil olmağımıza peşiman olmuşuq. Azərbaycan xalqı bu bankirlərə qarşı tədbir görülməsini, maddi-mənəvi genosidin dayandırılmasını tələb edir... Neftimizi, ağ balığımızı, qara kürümüzü pulsuz  daşıyıb aparırlar, əvəzində bizə sələminə pul verirlər... Ölkəmizin transmilli təşkilatlar tərəfindən işğalından sonra zavod və fabriklər hamısı dağıdılıb, əvəzində hər yerdə yüksək faizlə sələm verən yaraşıqlı  bank ofisləri açılıb. Əhali iş qurmaq üçün bu banklardan pul götürür, çünki başqa heç yerdən pul əldə etmək mümkün deyil. Maaşlar olduqca cüzidir, pensiyalar haqqında isə heç danışmağına dəyməz... Müstəqil olandan sonra məlum olub ki, bunlar investisiya deyəndə kredit pul paylamağı nəzərdə tuturmuşlar....

...Kred-Aqro ABŞ və İsrail kapitalistlərindən müxtəlif proqramlar çərçivəsində verilən kreditlərdən istifadə etməklə yerli şəxslərə sahibkarlıq və istehlak kreditləri təqdim edir...Məhz Kred-Aqro və digər bu kimi xarici təşkilatlar Azərbaycan xalqını  dilənçi vəziyyətinə salıb qul kimi işlədirlər.  Respublikada onların qarşısına çıxacaq bir qüvvə yoxdur, çünki orta əsr sələmçi quldur təşkilatı olan Tamplierlərə bağlıdırlar... Əhalinin büdcədən maaş alan əksər hissəsi sələmçi bankirlər tərəfindən istismar olunur... Xahiş edirik, Azərbaycan xalqını bu qaniçən bankirlərin əlindən xilas edin...”

İstəkli oxucular, əvvəla, yazının ikinci hissəsini əsasən texniki səbəblər üzündən gecikdirdiyimə görə sizlərdən üzr istəyirəm. Bu sətirlər Cəlilabad rayonu Qarazəncir kənd sakini Həsənova Maarifə Məmi qızının 12 may 2012-ci il tarixdə dia.az saytında dərc olunmuş geniş şikayət məktubunun bəzi parçalarıdır... Bu məktub onu göstərir ki, vətənimizdə kredit, sələm ucbatından insanlar çox əziyyət çəkir. Ən acınacaqlısı da odur ki, çox vaxt insanlar bunun haram, düşmənlərimizə xidmət olduğunu bilə-bilə məcburən sələmə pul götürürlər...

Oxucularımızın yazdığı şərhlər də məni çox təsirləndirdi. Məsələn, kredit götürməyə məcbur olmuş bir müəllimə yazır: “Ulu Tanrım şahiddir ki, mən aldığım bu maaşla, yoldaşımın çox olmayan qazancı ilə heç vaxt ev-eşik ala bilməzdim...”  Leyla xanımın şərhi daha düşündürücüdür:”...Bəs kimisə ölümdən xilas etmək üçün faizlə pul alıb onu sağaltmaq da haramdır? Bundan imtina edib haram deyərək insanı öldürməliyikmi?... O qədər haram işlər var ki... Yaxşı ki, banklar var, yoxsa ömür boyu...”

Sələmdən uzaq durmağın yolları haqqında  yazının 3-cü hissəsində ətraflı yazacam. Hələlik isə onu demək istəyirəm ki, Leyla xanım, sizin də, mənim də - hamımızın başına gələn müsibətlər, eləcə də xəstəliklər məhz  Allahın əmrlərinə laqeyd yanaşmağımızdan, günahlar etməyimiz  ucbatındandır(Qurani-Kərim, əş-Şura, 30)... Əgər mən ölüm ayağında olsam və yalnız  sələmlə həyata qaytarılacağımı desələr, nə özüm götürürəm bu haramı, nə də başqasının götürməsinə razı olaram... Bunu dərk etmək üçün öncə Allaha, Axirətə və s. qəlbən  inanmaq lazımdır...

İndi isə söhbətimizə davam edək. Bəli, Maarifə bacımızın qeyd etdiyi kimi, düşmənlərimiz sələmdən də türk-müsəlman xalqlarına qarşı bir genosid – soyqırım vasitəsi kimi yararlanırlar. Təəssüf ki, İblis nəfs vasitəsilə insanları, o cümlədən imanı zəif müsəlmanları yoldan çıxarır. Düşmənlərimiz də məhz bundan məharətlə yararlanaraq İslama qarşı mübarizə aparır, qüdrətli müsəlman, türk dövlətlərini çökdürməyə müvəffəq olurlar. Hələ XVIII əsrin əvvəllərində Böyük Britaniya Krallığı Müstəmləkələr üzrə Nazirliyinin İslamı, xüsusən Osmanlı dövlətini parçalayıb məhv etmək üçün hazırladığı 1000 səhifəlik kitabda müsəlmanların sarsıdılmalı olan güclü cəhətlərindən  ikincisi kimi  İslamda sələmçiliyin, möhtəkirliyin, zinakarlığın və spirtli içkilərin qadağan olunması göstərilir.  Müsəlmanların zəif cəhətlərinin gücləndirilməsindən bəhs edən planların 10-cu maddəsində isə  müsəlman ölkələrində dövlət qulluqçularını cürbəcür xülyalarla yoldan çıxarıb  fırıldaqçılığa, dələduzluğa vadar edərək şərab, qumar vasitəsilə rüşvətxorluğa, sələmçiliyə meyilləndirmək nəzərdə tutulur....

O vaxtdan 300 ilə yaxın vaxt keçib və düşmənlərimiz planlarının xeyli hissəsini həyata keçiriblər; bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyə və Azərbaycanda şərab, qumar, möhtəkirlik, zinakarlıq kimi sələmçilik də kütləvi şəkildə yayılaraq qəlblərdən iman nurunu silməkdədir. Düzdür, Yaradan kafirlərin üzərimizdə tam qələbə çalmasına imkan verməyəcək, inşəallah. Ancaq fakt göz qabağındadır ki, müsəlman adlananların çoxu Allahın sınaqlarına tab gətirə bilməyərək Şeytana uymaqdadırlar...

Fəqət, insanlıq düşmənləri nə qədər mükəmməl  strateji planlar qursalar da, Allahın planlarını  əsla önləyə bilməzlər. İmansızların çoxu ən çox var-dövlət, ən müasir silahlara malik olduqlarından   özlərini dünyanın ağası  zənn edirlər. Əlbəttə ki,  aldanırlar. Yaradan  günahlarını daha da artırmaları  üçün onlara daha çox varlanmaq(eləcə də daha çox sələm almaq) şəraiti yaradıb...

SƏLƏM VERƏNLƏR NİYƏ  CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMUR?..

Banklar tərəfindən verilən kredit  əksər  dünyəvi(!) dövlətlər  tərəfindən qanuniləşdirilib. Əslində isə kredit leqallaşdırılmış sələmdən başqa bir şey deyil. Fərq yalnız ondadır ki, sələm dediyimiz adətən sahibkar kimi heç bir lisenziyası olmayan, dövlətə vergi ödəməyən bir şəxs tərəfindən, kredit dediyimiz isə  dövlət qeydiyyatı, lisenziyası olan, vergi ödəyən bir qrup şəxs tərəfindən  verilir. Bəs nəyə görə şəxsi qazancından sələm verənlər cinayət məsuliyyətinə cəlb olunmurlar. Axı kasıbın biri iki toyuq satan kimi ondan lisenziya, vergi tələb edirlər. Cavab sadədir; mütəmadi sələm verənlərin çoxu vaxtlı-vaxtında polisə-filana “hesablar”ını verirlər. Və yaxud onların çoxu elə vəzifələrdə, hüquq-mühazifə orqanlarında işləyib rüşvət alanlar və ya onların ailə üzvləridir. Əyani sübut kimi 2010-cu ildə Bakıda Ağır Cinayətlərə dair Məhkəmənin məşhur hakimlərindən birinin həyat yoldaşının sələm verdiyi şəxs tərəfindən qətlə yetirilməsini göstərmək olar. Bu həm də Allahın hələ bu dünyada sələm yeyənlərə verdiyi cəzanın bir nümunəsidir...

Tanınmış hüquqşünas Adil İsmayılov “Ekspress” qəzetinə verdiyi müsahibədə bildirir ki, sələm verənlər Cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşıyırlar. Çünki onlar əvvəla, qanunsuz sahibkarlıqla məşğul olurlar, ikincisi də,  vergi ödəmirlər...

 SƏLƏMİN İQTİSADİ FƏSADLARI

Faizli kreditin, sələmin üstünlük təşkil etdiyi ölkələrin iqtisadiyyatı başdan-başa haram içindədir. Haram olan yerdə isə inkişaf zahiri və ya müvəqqətidir. Haram qazanc gec-tez öz fəsadlarını göstərməlidir. Sələm olan məmləkətdə mütləq əhalinin cüzi hissəsi  ifrat varlı və xeyli hissəsi  ifrat kasıb olmalı, işsizlər ordusu yaranmalıdır. Ən güclü hesab edilən  ABŞ iqtisadiyyatını izləsək,  yüz minlərlə işsiz görərik. Azərbaycanda isə hər şey göz qabağındadır... Haramın çoxluq təşkil etdiyi ölkənin iqtisadiyyatı gec-tez böhranla üzləşməlidir...

Son illərin ümumdünya iqtisadi böhranı haramla, o cümlədən sələmlə varlananların bir çoxuna Allah-Təalanın verdiyi cəzadır. Doğrudur, belə bir fərziyyə də vardır ki, bu, masonların, ABŞ-ın öz  planıdır. Bütün hallarda Allahın izni olmasa, bu, baş verməzdi. Və əksər İslam alimləri belə hesab edirlər ki, bu böhran qazanclarını haram, rüşvət, sələm, istismar, qəsb üzərində qurmuş ölkə və dünya səviyyəli kapitalistlərə Allahın bu dünyada verdiyi yüngül bir cəza və xəbərdarlıqdır...

Peyğəmbərimiz hədislərindən birində buyurur: “Riba, sələmçiliklə(sərvətini artırmaq üçün) məşğul olan elə bir kəs yoxdur ki, onun sonu az ilə(yəni, malının azalması) başa çatmasın”(İbn Macə, Şeyx Albani)...

“Dini fətvalar” saytında dərc olunmuş “İslamın böhrana baxışı” məqaləsində sələm üzərində qurulmu


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib