İgid Ölər Adı Qalar

Talış Generalı H. Aslanovun müəmmalı ölümü

  • News Code : 326285
  • Source : ABNA- Xəbər Agentliyi
Mircəfər Bağırovun seçimi Həzi Aslanovun ölümünə nöqtə qoyub

Əhli Beyt -ABNA- xəbər agentliyi- Görkəmli şəxsiyyətlərin həyatında cəmiyyət həmişə sirr axtarır. Özəlliklə onların ölümü əsasən, təbii, bioloji son sayılmır, bu ölümdə ən müxtəlif xəyanətlərin, qəsdlərin izi axtarılır, onlar barədə şəhər əfsanələri yaradılır... Azərbaycanda da tanınmışların ölümü ilə bağlı müəmmalı söhbətlər az deyil. Onlardan biri də iki dəfə Sovet Ittifaqı Qəhrəmanı adı qazanan general Həzi Aslanovdur.

Onu ikinci dəfə qəhraman adı almaqdan məhrum edən insan

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Talış bölgəsində, Lənkəran rayonun Gərmətuk kəndində taliş ailəsində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, sonra o komsomol göndərişi ilə Zaqafqaziya hərbi hazırlıq məktabinə daxil olub.

1924-1930 illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktabinə daxil olub. Iki illik təhsildən sora o Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrəir həm də öyrədir.

Ikinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik Həzi Əhəd oğlu Aslanov

1942-ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. Aslanovun polkuna isə “Qvardiya” adı verilmişdir. O, daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq, Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1-ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.

Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.

Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.

Ölümündən 47 il sonra ona ikinci Sovet Ittifaqı Qəhrəmanı adı verilmişdir.

Rəsmi məlumatlara görə, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olub.

Bəzi iddialara görə, 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRI hərbi rəhbərliyində təmsil olunan erməni generalı I.Baqramyan buna maneçilik törədib. Generalın ölümündə də bu Baqramyanın adı çəkilir. Oxucuların marağını nəzərə alaraq biz tədqiqatçı jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” kitabı vasitəsi ilə Həzi Aslanovun vəfatı ilə bağlı qələmə aldığı qeydləri dərc etməyi gərəkli bilirik.

Belə deyirlər

“...Uzun müddət Həzi Aslanovun ölümünə dair müəmmalı fikirlər, söhbətlər gedib. Mən bu məsələylə məşğul olub əsl həqiqəti axtarmağa başladım. Əvvəllər də H.Aslanovun silahdaşları ilə dəfələrlə bu barədə danışmışdım. Onlar da müxtəlif fikirlər söyləyir, faktlar, sübutlar gətirirdilər. Danışılanlardan belə nəticəyə gəlmək olardı ki, onun ölümünü döyüş yoldaşlarından heç kim görməyib və görübsə belə, düzünü deməkdən çəkinir.

“Generalın yolu” adlı kitabımın məsləhətçisi, SSRI Müdafiə Nazirliyi Baş Qərərgahı akademiyasının professoru Kurenkovun dediyinə görə, o, bir neçə zabitlə hücuma keçmək üçün əlverilşi mövqe axtardığı zaman uzaqdan atılan top atəşindən həlak olub. Belə idisə, onda nə üçün tək o həlak olub? Axı Həzinin əhatəsində 10-15 zabit olub. Mənim bu sualıma o “belə deyirlər” cavabı verirdi".

Mircəfər Bağırovun seçimi

“Nəhayət, uzun tədqiqat işlərindən sonra çox qiymətli fakt əldə etdim. 1945-ci ilin əvvəlində I.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitənin bürosunda Mircəfər Bağırov nazirin kim olmasını müzakirəyə qoyur. Çox götür-qoydan sonra Bağırov özü H.Aslanovun namizədliyini verir. Büro üzvü T.Quliyevin ”axı o cəbhədədir, onu buraxarlar" sualına M. Bağırov cavab verir ki, “siz məsələni mənə həvalə edin”. O, birbaşa Stalinə zəng edir. Stalin razılığını bildirir və H.Aslanovun müdafiə naziri olmasına etiraz etmir".

Məkrli təbrik

“...1944-cü ilin 15 iyununda Aslanovun komandanlıq etdiyi 35-ci tank briqadası daxil olduğu korpusla birlikdə 3-cü Belorusiya cəbhəsinin sərəncamından 1-ci Pribaltika cəbhəsinin sərancamına verilmişdi. Burda isə komandan erməni I.X.Baqramyan idi. Artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də I.Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: ”Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm!". Sonra da əlavə edir: “Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edərdin. Mənim apardığım tədqiqatlara və Aslanovun silahdaşlarının dediklərinə görə o günlər, o regionda heç bir hücum məsələsi, planı olmayıb. Sonralar bu məsələ ilə bağlı bir çox arxivlərdə və eləcə də Podolskidəki hərbi arxivdə bu hücum planı ilə bağlı  bir dənə də olsun gündəlik tapmadım, əbəttə, heç bu gündəliklər olmayıb da. O günlər korpusa başqa hərbi hissələrə birlikdə Kurlyandiya qruplaşması adlandırılan böyük bir alman qarnizonunu sıxışdırıb, mühasirədə saxlayaraq öz əsas qüvvələri il birləşməyə imkan verməmək vəzifəsi tapşırılmışdı. Hətta H.Aslanovun ölümündən xeyli vaxt sonra da orda heç bir hücum, vuruşma olmayıb. Məlum olur ki, ”hücum planı" yalnız I.Baqramyanın düşməncəsinə uydurduğu bir hiylə imiş.

Qənimət götürülən alman silahı ilə qəsd

“Korpusun bütün veteranları bilirdilər ki, məni H.Aslanovun müəmmalı ölümü marqalandırır. Axırda Aslanovun silahdaşlarından iki nəfər ”polkovnik Klimenko və mayor Beqiaşvili əhvalatı olduğu kimi mənə danışdılar. Klimenko o zaman tabor komandiri, Beqiaşvili isə briqadanın baş həkimi olmuşlar. Beqiaşvili həm də Həzinin yaxın dostu olub.

Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçmiş H.Aslanov olan maşın 6 lüləli minaatandan atəşə tutulur. H.Aslanov ağır yaralanır. Məsələ burasındandır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur".

O vurulandan sonra 23 saat sağ qaldı

“...Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdəm. O dedi: ”H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı". Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib".

Talış xalqının igid övladı Həzi Aslanovun məzarı

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış. 1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

Həzi Aslanov, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

P.S. Müharibədən uzun illər sonra Lankona səfər edən Həzinin sürücüsü burada insanlarla ünsiyyəti zamani "şimon” (talish dilində "getdik” deməkdir) sözünü eşidəndə Həzi ilə keçdiyi döyüş yolunu xatirlayaraq demişdir: "Hər dəfə maşina oturanda Həzi mənə bu sözü deyərdi”…

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib