ANALİZ

Azərbaycan ilə münasibətlərin soyuması Avropa İttifaqına təzyiq göstərməkdə rəsmi Tehrana kömək edəcək - rusiyalı ekspertlər

  • News Code : 324881
  • Source : Salam News
Azərbaycan və İran siyasətçilərinin bəyanatlarından sonra sərhəddə baş vermiş hadisələr 2011-ci ilin payızında iki ölkə arasında vəziyyəti gərgin həddə çatdırıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiyanın Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun Beynəlxalq siyasətin təhlili mərkəzinin mütəxəssisləri belə bir fikri irəli sürüblər: "İran Azərbaycan ilə çəkişmələrdən sanksiyaları yüngülləşdirmək üçün Avropa İttifaqına (Aİ) qarşı təzyiq aləti kimi istifadə edə bilər".

Analitiklərin fikrincə, əsas səbəb, Aİ və ABŞ-ın Transxəzər qaz kəmərinin çəkilişində maraqlı olmalarındadır. Xəzər regionundakı istənilən münaqişə isə, layihənin reallaşmasına mane olur və sərmayəçilərin maraqlarını azaldır.

Rusiyalı mütəxəssislər Azərbaycanın xammal ehtiyatının məhdud olması səbəbindən Avropa İttifaqının “Cənub qaz dəhlizi” layihəsini təmin etmək üçün əlavə ixracatçılar tapmağa məcbur olduqlarının vurğulayıblar. “Qaz kəmərləri layihələrinin yaradılmasında fəallıq hazırda daha çox siyasi əhəmiyyət daşıyır. Belə ki, Aİ-də mövcud maliyyə böhranı yaxınlarda onların reallaşdırılmasını məhdudlaşdıracaq”, - Rusiyanın Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun direktoru Boris Kaqarliskiy bildirib. Lakin institut rəhbəri, Mərkəzi Asiyada qazın qiymətinin aşağı olması səbəbindən Aİ-nin bu enerji növünün ixracında maraqlı olduğunu əlavə edib.

Rəsmi Tehran ilə Bakı arasında münasibətlərin soyuması Aİ-nin TransXəzər layihəsinə marağının artdığı 2011-ci ilin payızına təsadüf edib. “Xəzər regionundakı heç bir münaqişə TransXəzər qaz kəmərinə təsirsiz ötüşmür. İran Azərbaycan ilə çəkişmələrdən sanksiyaları yüngülləşdirmək üçün Aİ-yə qarşı təzyiq aləti kimi istifadə edə bilər”, - Beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov deyib. 2012-ci ilin iyununda geoloji kəşfiyyat işləri səbəbindən Azərbaycan ilə Türkmənistan arasında münasibətlər kəskinləşib.

Azərbaycan və İran siyasətçilərinin bəyanatlarından sonra sərhəddə baş vermiş hadisələr 2011-ci ilin payızında iki ölkə arasında vəziyyəti gərgin həddə çatdırıb. 2011-ci il sentyabrın 12-də isə, Aİ Nazirlər Şurası Azərbaycan və Türkmənistan ilə danışıqlar aparmaq üçün Avropa Komissiyasının mandatını təsdiq edib. Aİ-nin layihədə maraqlı olmasını təşkilatın Qazaxıstan və Türkmənistandakı nümayəndəliyinin rəhbəri Aureliya Buçez iyunun 14-də “Xəzər şelfinin inkişafı 2012” neft-qaz konfransında çıxışı zamanı bir daha vurğulayıb.

Dövlət Departamentinin Avrasiyadakı nümayəndəsi Daniel Steyn “ABŞ-ın da, öz növbəsində, TransXəzər layihəsini reallaşdırmaq üçün səylərini əsirgəməyəcəyini” bəyan edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib