Analiz

O. Camal: Ə. Şəfiqin hidrokarbonatların israilə ixracını təsdiqləyəcəyi gözlənilirdi

  • News Code : 324745
  • Source : Salam News
“Misirin yeni Prezidenti Məhəmməd Mursinin bəyanatına əməl olunacaq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən SalamNews-a Mursinin yeni Misir rəhbərliyinin qarşılıqlı maraqlar çərçivəsində bütün dövlətlərlə balanslaşdırılmış münasibətlər quracağı barədə bəyanatını şərh edən Rusiya publisisti Orxan Camal bildirib ki, “Misirin yeni Prezidenti Məhəmməd Mursinin bəyanatına əməl olunacaq”.

Mursinin bəyanatının müəyyən bir razılaşmadan irəli gəldiyini vurğulayan O.Camal qeyd edib: “Misirdə Əhməd Şəfiq və Məhəmməd Mursi arasında prezident seçkiləri zamanı meydana gələn mübarizənin məğzi israil problemləri ətrafında idi”.

“Şəfiqin israilə hidrokarbonatların ixracını təsdiqləyəcəyi gözlənilirdi. Nəticədə, Mursi qalib gəldi. Çünki Misir-israil münasibətlərindən başqa, bu gün Misirdə isarilin digər siyasi maraqları da var”, - O.Camal deyib.

Qeyd edək ki, Misir Prezidenti Məhəmməd Mursi ilk çıxışında beynəlxalq ictimaiyyəti Misirin bütün beynəlxalq öhdəliklərə və konvensiyalara əməl edəcəyinə əmin edib. Bu qonşu israil üçün xüsusi ilə vacibdir. Misir bir neçə qanlı müharibədən sonra israil ilə sülh bağlayan ilk ərəb dövləti olub.

“Biz qarşılıqlı maraqlar çərçivəsində bütün dövlətlərlə balanslaşdırılmış münasibətlər quracağıq”, - Mursi əlavə edib.

Bununla yanaşı o qeyd edib ki, misirlilər digər ölkələrin işlərinə qarışmayacaq və Misirin suverenliyinin pozulmasına imkan verməyəcək.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib