Araşdırma

İslam adına sədaqət

  • News Code : 324130
  • Source : Haqq Yolu
“Şübhəsiz, qələbə Allah partiyasınındır” Maidə. 56

Əhli Beyt -ABNA- xəbər agentliyi- Siyasi partiya nədir? Dünya miqyasında qəbul olunmuş ümumi tərif belədir: Siyasi partiya xüsusi ictimai təşkilat, birlikdir. Onun qarşısında duran vəzifə dövlətdə siyasi hakimiyyətə sahib olmaq və ya dövlət hakimiyəti orqanlarında, yerli özünüidarəçilikdə nümayəndələr səviyyəsində iştirakla bu hakimiyyətdə təmsil olunmaqdır. Partiyanın proqramı olur, proqramda ideoloji baxış, məqsədlər, məqsədə çatmaq yolları öz əksini tapır.

Partiyalar elita partiyası, xalq partiyası, etnik partiya, hərəkat partiyası ola bilər. Seçki birlikləri əsasında yaradılan partiyalar daha çox rəsmiləşib. Məsələn, ABŞ və Qərbdə hakimiyyətdə olan və ya hakimiyyətə gəlmək üçün mübarizə aparan əksər partiyalar bu tipdəndir.

Bütün bunlar kağız üzərindədir. Əslində partiyalar dini və individual olmaqla iki qrupa bölünür. Bu bölgünü partiyaların proqramlarında açıq müşahidə etmək olur. Proqram kim tərəfindən hazırlanır, onun bazası nədir? Bu ya müqəddəs kitabdır, ya da şəxs və ya qrupun düşüncə məhsulu. Xalq, millət, etnik qrup mənafelərini təmsil edən partiyaların da proqramı təzadlı düşüncə məhsuludur.

Latın mənşəli “partiya” sözü ərəbcəyə “hizb” kimi tərcümə olunur. Quranda bu sözdən bizim nəzərdə tutduğumuz mənada istifadə edilibmi? Maidə surəsinin 56-cı ayəsində buyurulur: “Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə rəhbər tutarsa, qalibdir. Şübhəsiz, qələbə Allah firqəsinindir (partiyasınındır).”

وَمَنْ يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ

Demək, Qurani-Kərim partiyalaşmanı qərb partiyalaşmasından (19 əsr) ən azı 12 əsr qabaq gündəmə gətirmişdir. Partiya mübarizə vasitəsi olduğundan ana xətti mübarizə olan İslamda bu vəsitənin qeyri-məqbul sayılması ən azı nadanlıqdan qaynaqlanır. Müasir siyasi poliqonda “din siyasətdən ayrıdır” vəsvəsəsi isə İslam düşmənlərinin təxribatından başqa bir şey deyil.

Müsəlmanların nəhəng toplum olaraq mənafelərini kim təmsil və müdafiə etməlidir? Təbii ki, dini yönlü partiyalar. Bu partiyaların təsis qrupu, proqramı, nizamnaməsi, adı şəxsi rəy əssında seçilmir və dini meyarlar ortaya gəlir.

Azərbaycan İslam Partiyası bir sıra uğursuzluqlara baxmayaraq İslam meyarlarına sədaqətli olmuşdur. Bu partiyanın təsis qrupunun əsasən dindar Naradaran qəsəbəsindən olması ortada şeytan əlinin olmamasına ciddi sübutdur. Partiyanın təşəbbüskarı, ali şurasının ilk sədri, sonradan ağsaqqalı mərhum Hacı Əlikram Əliyevin sədaqətinə şübhə edən özü şübhəlidir deyə bilərik. Sonda partiyanın rəhbərliyinə hazırda həbsdə olan Hacı Mövsüm Səmədovun gəlişi bir daha təsdiqlədi ki, Azərbaycan İslam Partiyası prinsiplərə sadiqdir. Fəaliyyətlərdəki nöqsanlar isə partiya yetkililəri tərəfindən heç zaman inkar olunmayıb.

Azərbaycan Respublikasında İslama qarşı repressiyaların tüğyan etdiyi, dini kəsimə qarşı MOSSAD-ın layihələri üzrə iş aparıldığı zaman Azərbaycan İslam Partiyasına qarşı da təxribat planlarının mövcudluğu gerçəkdir.

Hansı planlar cızıla bilər? Bu barədə hələ ki susmağı üstün tuturuq. Şübhə doğurmayan budur ki, partiyada prinsiplərə sədaqət hədəfdədir. Azərbaycan cəmiyyətində maddi mənafe, vəzifə, dövlət himayəsi umacaqları bütün müxalif partiyalarda süzgəc sistemini zəruri edib. Süzgəc texnologiyasından yararlanmayan partiyalarda ideoloji prinsiplər şəxsi mənafelərə qurban verilir.

Azərbaycan İslam Pertiyası ilə bağlı təxribatlara qarşı qabaqlayıcı tədbirlər görmək zəruridir. Bundan ötrü partiyanın baza prinsiplərinin və adının dəyişməməsi zəruri görünür. Azərbaycanda qanun işləmir və vəd olunmuş (inandırıcı olmayan) qeydiyyat məsələsinə görə prinsiplərdən və prinsiplər qədər mühüm olan addan imtina etmək oyun ola bilər. “Oyundur” münasibətini növbəti yazıya saxlayırıq.

 

Babək Təbrizli

b_tabrizli@mail.ru

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib